Türkiyədən sərt bəyanat

25.01.2012 13:00

Fransa Senatının qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul etməsi ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb. Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, bəyanatda qeyd olunub ki, qanun Fransa prezidenti Nikola Sarkozi tərəfindən də imzalanarsa, Türkiyə Fransa ilə bağlı öncə açıqladığı sanksiyaları sürətlə həyata keçirəcək.
Türkiyə Xarici İşlər Nazirliyi bu qanunun qəbulunu məsuliyyətsizlik adlandırıb, Senatın Konstitusiya Komissiyasının bu qanunun Fransa Konstitusiyasına zidd olması barədə mövqeyini xatırladıb: “Buna baxmayaraq, qanun layihəsinin qəbul edilməsi belə həssas məsələnin Fransada daxili siyasətdə necə vasitə kimi istifadə edildiyini göstərir. Tarixin və ədalətin, başqa xalqların tarixi keçmişlərinin siyasiləşdirilməsi, ifadə azadlığına zərbə vurulması Fransanın özü üçün ciddi bir itkidir. Heç bir ölkə parlamentinin tarixi bir hadisə ilə bağlı qərar vermək haqqı və səlahiyyəti yoxdur”.




Bu xəbər 35 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC