“Amnesty İnternational” Fransaya xəbərdarlıq etdi

25.01.2012 13:12

Beynəlxalq Amnistiya Təşkilatı (Amnesty İnternational) Fransa Senatında qəbul edilən qanunun 1915-ci il hadisələrini araşdırmağı cinayət saydığı üçün ifadə azadlığını pozduğunu bəyan edib. Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, Beynəlxalq Amnistiya Təşkilatının Avropa və Orta Asiya Masasının direktoru Nikola Dukvort bildirib ki, bu qanun qüvvəyə minərsə, ölkədəki azad diskussiya atmosferini baltalayacaq və Fransanın beynəlxalq miqyasda digər ölkələrə ifadə azadlığını tövsiyə etməsi ilə ziddiyyət təşkil edəcək.

Nikola Dukvort Fransada da, dünyada da, Türkiyədə də insanların fikirlərini ifadə etməkdə azad olmasını vacib sayıb. Onun sözlərinə görə, insan haqlarına dair beynəlxalq konvensiyalar yalnız insanların şəxsi hüquqlarına, azadlıqlarına hörmət və ya dövlət düzəni ilə milli təhlükəsizliyin qorunması kimi bəzi prinsiplər pozulduğu təqdirdə fikir azadlığının məhdudlaşdırılmasına icazə verir. “Amnesty İnternational” isə Fransada bu istisna halların heç birinin olmadığına diqqət çəkib: “Məsələ 1915-ci ildə həqiqətən bir soyqırım olub-olmadığı deyil, məsələ Fransada fikir azadlığının məhdudlaşdırılmasıdır. Fransa rəsmi dairələri beynəlxalq miqyasda müdafiə etdiyi dəyərlərlə ziddiyyət içərisindədir”.




Bu xəbər 282 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC