Məhkəmədə dava düşdü, bir nəfər bıçaqlandı

25.01.2012 13:19

Abşeron Rayon Məhkəməsində bıçaqlaşma olub. Bu barədə APA-ya Rayon Polis Şöbəsindən bildirilib. Məlumata görə, hadisə bu gün saat 16.30 radələrində qeydə alınıb. Məhkəmədə keçirilən prosesdə tərəflər arasında dava düşüb. Nəticədə bir nəfər, 42 yaşlı Tahir Mirzəliyev bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun 4 bıçaq zərbəsi aldığı, hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Polisdən həmçinin bildirilib ki, hadisə zamanı bıçaqlanan T. Mirzəliyevin qardaşını bir il əvvəl Elgün Babayev adlı sürücü avtomobillə vuraraq öldürüb. Lakin istintaq onu həbs etməyib. Buna görə də qarşı tərəf məhkəməyə üz tutub. Bu gün keçirilən prosesdə tərəflər arasında dava düşüb. Dava zamanı T. Mirzəliyev E. Babayevin yaxınları tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.




Bu xəbər 150 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC