Saxta duz istehsalçılarına qarşı mübarizə başlayır

09.09.2011 06:59


Azərbaycan Duz İstehsalçıları Assosiasiyası yerli duz bazarında fəaliyyət göstərən duz istehsal müəssisələrinin fəaliyyətinin monitorinqinə başlayır.

Azərbaycan Duz İstehsalçıları Assosiasiyası ölkə ərazisində satılan duzların tərkibindəki mövcud problemləri nəzərə alaraq duz istehsalı müəssisələrində monitorinqlərə başlayır.
Satılan keyfiyyətsiz duzların mənbəyini araşdırarkən məlum olmuşdur ki, bu duzlar respublika ərazisində yerləşən müxtəlif göllərdən toplanan duzların hesabına istehsal olunmaqdadır.
Mövcud duz bazarında yodlaşdırılmayan, təmizlənməyən, rəngarəng qablara qablaşdırılmış duzların satışı davam edir. Bakı şəhərində və respublika ərazisində əfsuslar olsun ki, çörək bişirmə, pendir hazırlama sahəsində əksər hallarda yodsuz, təmizlənməyən mənşəyi bəlli olmayan, təhlükəli duzlardan istifadə olunur. Assosiasiya monitrinqləri başa çatdırdıqdan sonra nəticələr barədə ictimaiyyətə ətraflı məlumat verəcək.




Bu xəbər 360 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC