Əhməd Qarayev .....                        Pərnisə Qarayeva .....                        Vətən Qadın .....                        Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                       
Tarix : 4-12-2017, 11:11
Bəlkə də, həmin gənclər bizi gözləyir...


Əvvəllər çox yaxın idilər. Yaralı olduğumuz vaxtlarda. Qəfildən çıxdılar qarşımıza. Bir neçə ardıcıl təsadüflər nəticəsində tanış olduq, dostlaşdıq. O vaxtlar qayğıya çox ehtiyacımız olduğuna görə tərəddüd etmədən, həddindən çox yaxına buraxdıq. Sağ olsunlar, onda peşman eləmədilər . Əksinə, kömək elədilər, yaranı sağaltdılar.
Biz də əslində onların yaraya məlhəm sürtərkən yaranın yerini daha yaxşı öyrənmələrindən xəbərsiz şəkildə onlara inandıq. Bir müddət keçdi, yara sağaldı. Uzun müddət davam edən qaranlıqdan sonra, nəhayət, günəş çıxdı. Amma artıq vaxt tamam olmuşdu. Getməli idilər. Elə-belə gedə bilməzdilər. Ona görə də dərhal bir bəhanə tapıldı və yaralandığımız yerdən yaramızı göstərdiyimiz şəxs tərəfindən yenə yara aldıq. Onlar öz yollarına, biz də öz yolumuza...Bəlkə də, daha yaxşı ola bilərdi. Əgər hər şey yolunda getsəydi. Amma mən getməkləri də heç vaxt bəyənməmişəm. Bir yerdə ki, "getmək" var, ondan nə gözləyirsiz ki? Əmin olun ki, orda tərk edilmək, ən azı bir nəfərin hüznü və mütləq yalan var. Yəni o qədər məsum görsənməyinə baxmayın "yolunda getməy"in. Hər şeyin daha yaxşı olması üçün bir şərikli yolumuzu çəkməli idik, hərəmiz bir tərəfə dönməli deyildik.
Üstündən xeyli müddət keçəndən sonra, indi nələrə görəsə peşman olurammı? Arada, elə-belə. Məsələn hərdən kompüterimdə mühüm bir yazı yazarkən yadıma düşür. Ya da yol gedərkən, kitab oxuyarkən. Amma ən çox bulvarda gəzəndə xatırlayıram onu. 15-20 metr aralıda gitaranın müşayətilə mahnı oxuyan gənclər gözümə dəyir. İcazəsiz filansız gedib onlara qoşuluram. Oxumaqda davam edirlər. Bir müddətdən sonra elə bilirəm ki, o da sol tərəfimdədir. Üzümü çevirib demək istəyirəm ki, hər şey necə də gözəldir-musiqinin, dalğaların və qağayıların səsi, uzaqda parlayan günəş və mənim əlimi sənin çiyninə qoyub, səni özümə sıxmağım. Amma bir də baxıram ki, solum bomboşdur. Orda heç kim yoxdur.

Kənan Novruzov
Butov.az


Paylaş



Bölmə: ---
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!