“Yaxşı Cazibə” serialının Bakıda çəkilən bölümü sabah nümayiş olunacaq

12.09.2011 13:11

Azərbaycan və Türkiyədə çox izlənilən “Yaxşı Cazibə” televiziya serialının Bakıda çəkilişləri aparılan 53-cü bölümü sentyabrın 10-da Türkiyənin “ATV” telekanalında nümayiş olunacaq.

APA-nın məlumatına görə, azərbaycanlı qızın taleyindən bəhs edən serialın nümayişi Bakı vaxtı ilə 22:00-da gerçəkləşəcək. Qardaş Türkiyə və Azərbaycan tamaşaçılarını paytaxt Bakıdan salamlayacaq yaradıcı heyət bu bölümdə izləyicilərə bir çox sürprizlər bəxş edəcəklər. Ötən həftə sonu Bakının Fəvvarələr meydanında Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin önündə, eləcə də Dənizkənarı Milli Parkda çəkilişləri aparılan 53-cü bölümdə Azərbaycanın “Eurovision” qalibi Nigar Camal da serial izləyicilərinin görüşünə gələcək. Qalib sənətçi bu seriyada azərbaycanlı qız rolunu canlandıran Cazibə Abbasovanın (Aslihan Gürbüz) rəfiqəsi rolunda çıxış edib. 53-cü bölümün çəkilişləri sentyabrın 1-2-də baş tutub. Bakıya aktyor heyətindən Kamal rolunun ifaçısı Hakan Yılmaz, Cazibəni oynayan Alsihan Gürbüz, eləcə də serialın Simgəsi Hande Katiboğlu səfər ediblər.




Bu xəbər 152 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC