NAZLI VƏ ONUN "QƏDİR"İ

26.01.2012 02:36

Proloq əvəzi

Hər bir sözün öz yeri var,
Hər kəlmənin köz yeri var,
Hər baxışın yüz yeri var,
Əyrisi nə, düzü nə.

Bu ətəklər dağdan enib,
Bu qaralar ağdan dönüb,
Bu ayran qaymaqdan dönüb,
Yağı çıxıb üzünə.

Bu ulduzlar göylər qızı,
Bu çilçıraq öylər qızı,
Bu ilhamım dan ulduzu,
Yanır öz-özünə.

Bu uca dağ, bu mən, Fariz,
Bu “Lalbulaq”, bu sən, Faiz,
Yoluna çən düşən Faiz,
Altmışına yetən Faiz,
Nə qalıbdı yüzünə?

İndi “Qədir” əlindədir,
Oxu g
örüm, yaz görüm.
Nazlı kimdir, Qədir kimdir,
-Sirr deyil ki, yoz görüm!

-Nazlı kimdir?
-“Qədir” povestinin müəllifi.
-Bəs sən kimsən?
-Nazlının oxucularından biri.
-Nazlını çoxdan tanıyırsan?
-Yox. Bir sentyabr 1997-ci ildən. Bu kitab əlimə keçəndən.
Bu gün qohumlarım Rüstəm və onun xanımı bizə gəlmişdilər. Onlar içəri daxil olanda mən “Künc otağımda” qəzet oxuyurdum. Lalənin əlində sarı üzlü bir kitab var idi. O, mənə yaxınlaşıb dedi:
-Dayı, bu kitabı indi sizə gələndə aldım. Müəllifi Nazlı adlı bir jurnalistdir. Çox maraqlı bir kitabdır. Müğənni Qədir Rüstəmovdan bəhs edir. Kitabda şeirlər də var. Nazlı həm də şairdir - al oxu dayı, əsl sənin kitabındır.
-Mən Laləni dinləyə-dinləyə həm də “Qədir” i vərəqləyirdim. Kitabın ikinci səhifəsində Nazlının balaca şəkli təsvir olunurdu.
Əvvəlcə Nazlının “minnətdarlığ”ını, sonra redaktorun “Əlvida”sını oxudum. Bu yazı ilə Nazlı haqqında müəyyən bilik əldə etdim. Hiss elədim ki, Nazlı da enişli-yoxuşlu yollar keçib, müxtəlif xarakteli adamlarla üzləşib.
Sonra “Qədir” povestini oxudum. Şeirlərə nəzər yetirdim. Düzü, kitab əlimdən düşmür, elə hey vərəqləyirdim.
Gözlərim önündə müasir musiqi dünyamızın “dahisi” və onun “xarakterik” bənzəri Nazlı canlanırdı.
Axı, Qədiri heç olmasa televizorda görmüşdüm, “Nazlı”nı isə ilk dəfə bu kitabda “görürdüm”.
Düzdür, kitab əlimdə idi. Gözlərim kitabın səhifələrini dolanırdı. Xəyalım isə məni daha uzaqlara aparmışdı. Ayrıla bilmirdim Qədirin yanıqlı dünyasından, itib-batmışdım orda, onun zəngin zəngulələri təzədən sehirləmişdi məni.
Kolxoz sədri Üzeyir İbrahimovun “Sən get şeirini yaz, bala” sözləri yadıma düşdü. Nazlının həmin andakı görkəmi gözümün önündə durdu. Hardansa bir bayatı xatirimə gəldi:
Əzizim, Leylidir bu,
Gözü sellidir bu,
Nə deyir görən, Allah,
Nədən gileylidir bu?

Bəli, hamı kimi Nazlının da giley-güzarı var, heç gileysiz də adam olar?...
Nazlının “birinci” gileyi bəlkə də öz “dünyasından” olub; böhranın burulğanındakı günlərindən, “ikinci, “üçüncü” və. s. gileyli adamların bəzən ona soyuq münasibətindən, onu başa düşməmələrindən olub.
Qədirdən olan gileyi isə...
Bu gileyin dərdi başqadır; Sənətçinin-sənətçiyə, sənətə olaqn böyük məhəbbətindən doğan gileydir: -
“Dinməzcə getsinmi?”
“Bəs sonra adama nə deyərlər.?” - səh. 11.
Kaş danışmağa gəlməyəydi”... - səh.11.
“Ən başlıcası hər şeyi unudub gedəcəkdi... “səh. 12.
Qulaq as, saat düz birdə dördyolda gözləyirəm səni” - səh. 12.
Mən ona... gələ bilməyəcəyimi telefonla deməliydim, bunu bacarmadımsa, günah özümdədir”. Səh. 14.
“O məndən soruşdumu, gəlməyə imkanım var, ya yox?” Yox, getməyəcəyəm.
Bu giley-güzarın içində narahat bir ürək çırpınır. Narahat bir səma dolanıb öz buludlarına, qalıb qarala-qarala.
Bu buludlar sadəcə boşala da bilərdi, göy guruldayan kimi...
Hər halda bu boşalmalar, bu şaqqıldamalar Qızın müğənniyə - Qədirə olan münasibəti ilə bağlı idi: Qədirin böyük sənətinə məhəbbətinin tükənməzliyi ilə bağlı idi: Əsəri oxuduqca, sətirdən-sətirə, səhifədən-səhifəyə keçdikcə qızın narahatlığı diqqəti cəlb edir:
“Qolundan tutan adam Allahından dönüb -“elə bu qarın üstündə otur desəydi, s. 10. “O nədən bildi ku, məhz dörd qızdan biri mənəm, nədən bildi ki, ürəyimdən nə keçir, danışmağa gücüm yoxdur?” səh.17”.
Mən nə ədəbiyyatşünasam, nə də tarixçi, vaxtı ilə dil-ədəbiyyatdan dərs deyən müəllim olmuşam, indi isə təqaüdçü. Ancaq belə işlərlə məşqul olmağa özümdə qüvvə hiss edirəm.
...Bəli, tükənməz zəhmətə qatlaşıb, əzablı yollardan ötüb nəhayət Qədirlə üz-üzə dayanmağın, narahat sual-cavabın məhsulu olan bu əsəsri kim oxusa o, Qədirin psixoloji dünyasını dərindən duyacaq, onu bir insan kimi daha aydın, daha dəqiq görəcək və yenidən təzə hiss, təzə duyğu ilə sevəcəkdir.
Əsər boyu Qız obrazı ilə ümumiləşən Nazlı isə sanki müğənninin protipipi kimi fikirlərini məşğul edərək, onu düşündürəcəkdir.
Çünki ancaq qeyri-adi yazıçı qeyri-adidən, qeyri-adilikdən yaza bilər.
Məhz Nazlı xanım da qeyri-adi yazıçıdır.
Onun qeyri-adiliyinin elementləri isə hələ 6 yaşı olanda “Alma pavilyonu bağlanıb”, “Sanitariya günü” lövhələrində özü hiss etmədən meydana atılmışdı.

EPİLOQ ƏVƏZİ

Bəli, Qədirin axtaran, soyuq qış günlərində müğənninin görüşünə hazırlaşan jurnalistin dərdi açılmışdı. Bu dərd isə Qədirin səsindəki yanıqlıq qədər şirin, “Sona bülbüllər”dəki kimi ürəyə yatımlı və dadlı idi.
Qədirin səsi gələndə Qız özünü unudurdu. Bu ecazkar səsin sehrindən çıxa bilmirdi. Qız bütün varlığıyla bu ecazkar səsə, bu qüdrətli sənətkarın səs dünyasına, sənət dünyasına hopmuşdu. Ancaq narahat düşüncələr, onu rahat buraxmırdı: “getsinmi, getməsinmi?”
Yox, söz qətidir. “Qədirin görüşünə getməlidir və ondan yazmalıdır. Qoy kim necə istəyir başa düşsün...”
Bəli, qız Qədirin görüşünə yola düşdü. Avtobus asfaltın ayna sinəsi ilə irəli şütüyürdü. Başı çalmalı qarlı dağlar arxada qalırdı.
Yol boyu bəlkə də qız öz-özünə düşünürdü:

Bu yolda bir daşam mən,
Bu dağdan düşmüşəm mən.
Nadan nə bilir, anam,
Daşam, ya gümüşəm mən?!


Faiz İzgün




Bu xəbər 16 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC