Milli - mənəvi dəyərlərə qayıdış

22.02.2012 03:12

“Borçalı” İctimai Cəmiyyətinin ”Boçalı folklor mühiti və Borçalı aşıq məktəbi” mözusunda növbəti - 28-ci Dədə Camal məclisi keçirilib. Tədbiri giriş sözü ilə Elxan Məmmədli açıb. O,iştirakçıları salamlayaraq mövzunu məruzəçi qismində təqdim edib. Mövzuya keçməmişdən öncə ənənəvi olaraq son bir ayda görülən işlər haqqında danışmaq üçün sözü “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə verib.
Z. Məmmədli iştirakçıları salamlayaraq ötən bir ay ərzində “Borçalı” Cəmiyyətinin gördüyü işlər haqqında məlumat verib. Keçirilən mətbuat konfransı, gənclərin Gürcüstan səfirliyi qarşısında dəyişdirilmiş türk toponimlərinin geri qaytarılması və torpaq islahatları ilə bağlı keçirdikləri etiraz aksiyası haqqında danışıb.
Söz yenidən məruzəçi Elxan Məmmədliyə verilib. Elxan müəllim mövzunun çox dərin və geniş bir mövzu olduğunu xüsusi vurğulayaraq qeyd edib ki, Borçalı folklor mühitinin və Borçalı aşıq məktəbinin cox böyük və zəngin bir tarixi var. Laylalarımız, ağsaqqal və ağbirçəklərimizin dilindən süzülüb gəlmiş el deyimlərimiz bunlara bariz nümunədir.
Tədbirdə dəyərli, tədqiqatçı alimlər, ziyalılar, elm adamları Qəzənfər Paşayev, Muxtar İmanov, Tahir Talıblı, Müşfiq Çobanov və s. “Borçalı” Cəmiyyətinin üzvləri, el sənətkarları aşıq Cahangir, aşıq Tərmeyxan, aşıq Abbas, aşıq Əşrəf, aşıq Şahbaz, aşıq Elbəyi və hələ cox gənc olan Sənan iştirak ediblər.
Mövzuya uyğun olaraq “Borçalı” İctimai Cəmiyyətinin 14.02.2012-ci il tarixli qərarına əsasən, Borçalı türk folklorunun toplanması, tədqiqi və təbliğindəki xidmətlərinə görə bir çox şəxslərə “Borçalı” İC-nin “Fəxri üzvlük” diplomu və rəsmi təşəkkürnamə təqdim edilib. Məhərrəm Qasımlı, Asif Hacıyev, Qəzənfər Paşayev və Muxtar İmanov təltiv edilənlər arasında olub.
Professor Qəzənfər Paşayev mövzu ətrafında çıxış edi. O, qeyd etdi ki, bu gün mən Borçalılardakı birliyi gördüm və mənim “Borçalı” Cəmiyyətinə fəxri üzv seçilməyim mənim üçün ən böyük ödüllərdən biridir.
Daha sonra mövzu ətrafında professor Muxtar İmanov, Tahir Talıblı, Abbas Abdulla, Dərviş Osman, Musa Nəbioğlu çıxış etdilər. Abbas Abdulla qeyd etdi ki, Borçalı folkloru və aşıq məktəbi haqqında nə qədər yazilsa belə yenə azdır. Çünki Borçalı elə bir qədim tarixə malikdir ki, gürcülərin VII əsrdəki Kartli Cxovreba mənbəsində qeyd edilib ki, V əsrdə bu ərazilərdə Kəpənəkçi kəndi mövcud olmuşdur. Bu onu göstərir ki, Borçalının tarixi çox qədimdir.
Musa Nəbioğlu “Borçalı” Cəmiyyətinə belə bir mövzuya müraciət etdiyi üçün xüsusi təşəkkür edərək Aşıqlar Birliyinin bəzi planlarından danışdı və təklif etdi ki, bu tədbirlərin davamı Borçalıda daha geniş və davamlı keçirilsin. Bolnisidə azərbaycanlıların Mədəniyyət Mərkəzi yaradılsın. Bu işdə “Borçalı” Cəmiyyəti və Aşıqlar Birliyi bir-birinə dəstək olmalıdır.
Tədbirdə çıxış edənlər böyük şairimiz Zəlimxan Yaquba səhhətində yaranmış problemə görə Allahdan şəfa dilədilər.
Daha sonra meydan el sənətkarlarına verildi. Hər biri ayrı-ayrılıqda öz gözəl ifaları və avazları ilə hər kəsi xəyalən gözəl yaylaqlara, vüqarlı dağlara, Ulu Borçalıya apararaq ovqatlara və tədbirə daha da rəng qatdılar.
Sonda yenə söz Z. Məmmədliyə verildi. O, qeyd etdi ki, artıq Dədə Camal Məclisinin Gürcüstan bölməsi yaradılır və Dədə Camal Məclisləri Gürcüstanda da ənənəvi olaraq keçiriləcək. Gürcüstanda keçiriləcək ilk Dədə Camal Məclisi mart ayının 4-də Marneulidə keçiriləcək. O, hamını Borçalıda keçiriləcək Dədə Camal Məclisində iştirak etməyə dəvət etdi.
Daha sonra mart ayının 16-17 də Gürcüstanda aşıqların III qurultayında “Borçalı” Cəmiyyəti heyətinin iştirak edəcəyini, Borçalıda Novruz şənliklərində “Borçalı” Cəmiyyətinin də çox fəal iştirak edəcəyini. Bildirdi. Həmin günlərdə Faxralı Məscidinin açılışında da “Borçalı” Cəmiyyətinin iştirak edəcəyini, aprel ayının 18-də Tbilisidə görkəmli alim Valeh Hacıların xatirəsinə həsr edilmiş Beynəlxalq simpoziumda da təmsil olunacaqlarını vurğuladı. Daha sonra o təklif etdi ki, “Borçalı Türk folklor Mərkəzi” yaradılsın və Mərkəzə frəhbərlik Elxan Məmmədliyə həvalə olunsun. Eyni zamanda bu mərkəz Gürcüstanda da yaradılsın və ona rəhbərlik Dərviş Osmana həvalə olunsun
Təklif və qərarlar tədbir iştirakçıları tərəfindən qəbul edildi.

“Borçalı” İctimai Cəmiyyətinin mətbuat xidməti






Bu xəbər 80 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC