Zirvələrə yaraşan xanım

13.10.2011 05:51



Onun haqqında yazı yazmaq məni çoxdan düşündürürdü. Lakin nədən və necə başlayacağımı bilmirdim. Bu yaxınlarda əlimə onun şeirlərindən ibarət bir disk düşdü. Mən ona qulaq asa-asa fikirim, xəyalım çox uzaqlara, 30 il bundan əvvəllərə getdi. Axı mən onu 30 ilə yaxındır ki, tanıyıram.
Bizimlə qonşu blokda yaşayırdılar. Səhərlər ya anası, ya da atası onun kövrək əlindən tutub baxçaya aparanda çox vaxt qarşılaşardıq. O vaxtlar mən gənc idim. Bəzən əlini valideynlərinin əlindən qoparıb sürətlə qaçardı. Hələ bir neçə dəfə mən çətinliklə də olsa onu tutmub, valideynlərinə qaytarmışdım. O çevik, cəld, məntiqli və eyni zamanda nadinc bir qız idi. Ancaq buna baxmayaraq çox sevimli idi. Baxçada müəllimləri ona o qədər mahnı, şeir əzbərlətmişdi ki, sayı-hesabı yox idi. Sumqayıtın bütün mədəni-kütləvi tədbirlərində, əlamətdar günlərində bu qızcığaz həmişə gur səsi ilə tamaşaçıları valeh edirdi. Dəfələrlə onun çıxışlarının canlı şahidi olmuşam. Cəngi havasına köklənmiş, olduqca diqqət çəkən məlahətli səsi var idi. Mən o vaxtlar bu qızın böyük gələcəyi olacağı haqqında düşünürdüm. Bu balaca, sarışın, mavi gözlü, çöhrəsi təbəssümlü uşağı Sumqayıtın bütün təhsil müəssisələrində çalışan fəalların əksəriyyəti tanıyırdılar.
Haqqında söhbət açdığım xanım Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəlliməsi, sənətşünaslıq uzrə fəlsəfə doktoru İsmayılo va Zülfiyyə Eldar qızıdır.
Əslən laçınlı olan Zülfiyyə 1972-ci ildə gözəl Xəzərimizin sahilində yerləşən Sumqayıtda dünyaya göz açıb. Xəzərin ruh oxşayan həzin dalğaları ona layla çalmış, cisminə öz kükrəyişini, öz saflığını hopdumuşdur. Bəlkə də elə ona görədir ki, Zülfiyyə indi səhnəyə çıxanda bütün canlı aləmdən özünü təcrid edir. Xəzər kimi coşur, Xəzər kimi kükrəyir. Bütün auditoriyanı ona diqqətlə qulaq asmağa məcbur edir.
Zülfiyyə Eldar qızı 1989-cu ildə Sumqayıtdakı 30 saylı məktəbi bitirmiş, elə həmin il də M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna (ADMİU) daxil olmuşdur. Respublikanın əməkdar artisti, professor Firdovsi Naibovun kursunu bitirən Zülfiyyə bədii qiraətə üstünlük vermişdir. Mən onun institutu fərqlənmə diplomu ilə bitirdiyini eşidəndə heç təəccüblənmədim. Çünki o hələ orta məktəb illərində 1986 – 89-cu illərdə Ümumittifaq çərçivəsində II Respublika Xalq Yaradıcılığı Festivalının iştirakçısı olmuş, Sumqayıtda keçirilən şeir müsabiqələrində, ədəbi-bədii gecələrdə həmişə uğur qazanmışdır. O vaxtlar mən Sumqayıt şəhər Komsomol Komitəsində məsul vəzifədə işləyirdim. 1988-ci ildə Sumqayıt şəhər Nərimanov adına mədəniyyət evinin komsomol komitəsi ilə birgə keçirdiyi «Nəsimi qəzəllərinin ən yaxşı ifası» mövzusundakı şeir müsabiqəsində Zülfiyyə xanım II yerə layiq görüldü. Başqa bir tədbirdə yenə Nərimanov adına mədəniyyət evində ədəbi-bədii gecə keçirilirdi. Söz Zülfiyyəyə verildi. Ağır addımlarla, özünəməxsus əzəmətlə səhnəyə qalxan 10-cu sinif şagirdi –Zülfiyyə Xəlil Rza Ulutürkün «Yest takaya partiya» şeirini necə söylədisə, bütün zal ayağa qalxaraq onu uzun və sürəkli alqışladılar.
Bütün bunlar gələcək sənətşünas alimin zirvəyə doğru yollarında polad pillələr idi. Və belə də oldu. Zülfiyyə Eldar qızı Universitetdə oxuduğu illərdə “C.Cabbarlı” adlı təqaüdə layiq görüldü. Sonralar is? xalq artisti Səməndər Rzayevin anadan olduğu Ağsu rayonu Səməndər Rzayevin adına olan təqaüdü Universitetin ən fəal, əlaçı tələbəsi olan Zülfiyyəyə layiq gördü. 1998-ci ildən təhsil aldığı ocağın «Kinoşünaslıq» kafedrasında çalışan Zülfiyyə Eldar qızı sənətlə bərabər öz elmi araşdırmalarını da davam etdirdi.
Xalq yazıçısı Anarın «Bədii əsərlərinin ekran təcəssümü» adlı dissertasiyanı uğurla müdafiə edən Zülfiyyənin həm də çox gözəl, şirin, oxunaqlı elmi publisistik məqalələrinə respublika mətbuatında tez-tez rast gəlirik. Bu istedadlı xanım hər yerdə radioda, televiziyada, mətbuatda, dəvət aldığı ədəbi məclislərdə ədəbiyyatımızı, mədəniyyətimizi, poeziyamızı təbliğ edir, öz ifası ilə bu poetik şeirlərə ruh verir. O, M.Müşfiqin, Söhrab Tahirin, Bəxtiyar Vahabzadənin, Ramiz Rövşənin, Musa Yaqubun, Zəlimxan Yaqubun, Nəriman Həsənzadənin, Əli Kərimin, Nəbi Xəzrinin, Nüsrət Kəsəmənlinin, Baba Vəziroğlunun, Vahid ?zizin və başqa korifey sənət? ?arlarımızın şeirlərini sevə-sevə oxuyur, öyrənir və gələcək nəslə öyrədir.
O klassiklərimizə də çox böyük məsuliyyətlə və maraqla nüfuz edir. Füzuli, Nizami, Nəsimi, Vaqif, Aşıq Ələsgəri mütaliə etməkdən zövq alır.
Yunus İmrəni oxumaqdan doymur. Zülfiyyə içi Allah sevgisi ilə dolu bir xanımdır. O hal-hazırda yeni albom üzərində çalışır. Kino haqqında araşdırmalarını davam etdirir, yeni monoqrafiya üzərində çalışır.
Zülfiyyə xanım olduqca vətənpərvər bir insandır. Doğma ata-ana yurdu olan Laçın həsrəti onun nisgilidir. Onun torpaqlarımızın işğalı ilə bağlı «Səbuhi» studiyasında işıq üzü görmüş «Ah çəkdim, dedilər ahın da ğlara» adlı diski əl-əl gəzir. Bu şeirlərə qulaq asanda onun qəlbindən nələr keçdiyi aydın hiss olunur. O, hamı kimi torpaqlarımızın azad olunduğu günü səbirsizliklə gözləyir və buna onda böyük inam hissi var.
Zülfiyyə həm də gözəl və qayğıkeş bir anadır. 2 gözəl övladı – Ayşə və Orxanın nazı ilə oynamaqdan zövq alır. Bir sözlə, Zülfiyyə Eldar qızı əsil ziyalı, istedadlı sənətçi, gözəl anadır. Əminəm ki, Zülfiyyə elmin, həyatın çətin keçiləsi yollarını keçə biləcək, zirvələrə çatacaq. Çünki o, zirvələrə yaraşır.

Nurəddin Laçın




Bu xəbər 262 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC