Kannavaro futbola qayıdır

22.01.2012 04:59

2006-cı ilin ən yaxşı futbolçusu Fabio Kannavaro 38 yaşında karyerasını bərpa etməyi qərara alıb.
Bu barədə İtaliya yığmasının sabiq müdafiəçisi özünün “twitter”dəki səhifəsində yazıb.
O, Hindistanın “Vest Benqal” komandasının heyətində meydançaya dönəcəyini bildirib. Bu klubun baş məşqçi postuna isə “Qəbələ”dən noyabrın 17-də istefa vermiş Toni Adams da namizəddir.
Yenicə yaradılan Hindistan Premyer Liqasının qaydalarına əsasən, çempionatda 6 dəvət olunmuş futbolçu çıxış etməlidir. Kannavarodan əlavə, Ernan Krespo, Cey-Cey Okoça, Xuan Pablo Sorin, Rober Pires və Robbi Fauler də dəvətlilər siyahısındadır. Fevralın 25-də başlanacaq turnir 7 həftə davam edəcək.
Çempionata Hindistanın müxtəlif şəhərlərini təmsil edən 6 komanda qatılacaq. Hər bir komanda 5 ev, 5 səfər matçına çıxacaq. Bundan sonra 4 ən güclü klub “pley-off”a yüksələcək.




Bu xəbər 22 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC