Hücumçu seçim qarşısında

22.01.2012 05:04

"Mançester Yunayted" klubunun hücumçusu Dimitar Berbatov çətin seçim qarşısında qalıb.
Qol.Az-ın məlumatına görə, bolqarsıtanlı futbolçu ilə 3 komanda yaxından maraqlanır.

Rusiyanın "Anji" klubu ilə yanaşı, Almaniyanın "Bavariya" və "Bayer" (Leverkuzen) komandaları da Berbatovu heyətinə qatmaq niyyətindədir.
30 yaşlı futbolçu isə qərar verməkdə çətinlik çəkir. Belə ki, "Bavariya" Avropa nəhəngi olduğu halda, Leverkuzen də Berbatovun sabiq komandasıdır. Mahaçqala təmsilçisinə gəldikdə isə Süleyman Kərimovun komandasının Berbatova yaxşı pul təklif edəcəyi bildirilir.
Qeyd edək ki, 2008-ci ildən "Mançester Yunayted"in şərəfini qoruyan Berbatov keçirdiyi 105 oyunda 47 dəfə rəqib qapılarına yol tapıb.




Bu xəbər 23 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC