Teymur Rəcəbovun növbəti qələbəsi

22.01.2012 05:11

Hollandiyada keçirilən şahmat superturnurində ermənistanlı Levon Aronyanı məğlub edən norveçli qrossmeyster Maqnus Karlsen turnirin lideri olub. Turnirin rəsmi saytının verdiyi məlumata görə, dünya reytinqinin bir nömrəsi Maqnus Karlsen ağlarla oynayıb və oyun 68-ci gedişdə başa çatıb.
Üçüncü turda daha iki qələbə qeydə alınıb. Azərbaycanlı Teymur Rəcəbov ağlarla çexiyalı David Navaranı, rusiyalı Sergey Karyakin isə hollandiyalı Aniş Girini məğlub edib.
Turun qalan oyunları sülhlə başa çatıb: Boris Gelfand (İsrail) - Veselin Topalov (Bolqarıstan), Lyuk van Veli (Hollandiya) - Vüqar Həşimov (Azərbaycan), Qata Kamski (ABŞ) - Vasili İvançuk (Ukrayna) və Hikaru Nakamura (ABŞ) - Fabiano Karuana (İtaliya).
Turnir cədvəlinə 2,5 xalla Maqnus Karlsen başçılıq edir. Üç turdan sonra hərəyə 2 xal toplayan Levon Aronyan, Fabiano Karuana və Teymur Rəcəbov sonrakı yerləri bölüşdürürlər.
Dünya reytinqinin yeddi qrossmeysterinin iştirakı ilə keçirilən turnir yanvarın 29-da başa çatacaq.

Bu xəbər 18 dəfə oxunmuşdur.

Paylaş

REKLAMLAR

Təqvim

HAVA

MƏZƏNNƏ

ÜNVAN

Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu

SAYĞAC