Millimiz sınaq qarşısında

02.09.2011 08:35

Bu gün Azərbaycan yığması Avro-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxır. Berti Foqtsun çalışdırdığı komandamız doğma divarlar arasında Belçika millisini qəbul edir. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 21:00-da veriləcək. Belçika yığmasının baş məşqçisi Jorj Leekens isə komandamızdan çəkindiklərini, buna baxmayaraq ələ düşən imkanlardan maksimum yararlanmağa çalışacaqlarını qeyd edib.

“Budəfəki oyun tamam başqa olacaq. Brüsseldəki oyunla müqayisədə işimiz qat-qat çətin olacaq. Özü də hər iki komandanın heyətində böyük ehtimalla ciddi dəyişikliklər olacaq. Biz əlimizə düşən imkanlardan maksimum yararlanmalıyıq. Bakıya kimlər gəlibsə, çətinliklərdən xəbərdardır”, - deyə Jorj Leekens qeyd edib. Baş məşqçi Bakıda oynamağın necə çətin sınaq olduğunu Türkiyə yığması və Belçikanın “Brügge” klubunun da bildiyini bildirib.

Qeyd edək ki, birinci komanda millimizə 0:1, ikinci kollektiv isə Avroliqa çərçivəsində “Qarabağ” klubuna 0:1 hesabı ilə uduzmuşdu.




Bu xəbər 164 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC