Qəhrəmanlıq salnaməmiz

01.02.2012 04:24

“Borçalı” İctimai Cəmiyyətinin ”Boçalının hərb və qəhrəmanlıq tarixi” mözusunda növbəti 27- ci Dədə Camal məclisi keçirilib.Tədbiri giriş sözü ilə Elxan Məmmədli açıb, mövzunu və məruzəçiləri təqdim edib. Sonra ənənəvi olaraq son bir ayda görülən işlər barədə “Borçalı” Cəmiyyətinin sədri Z. Məmmədli məlumat verib. Qarşıda duran vəzifələrdən və görüləcək işlərdən danışıb. Bildirib ki, yaxin zamanlarda Borçalıya səfərlər olacaq.
Sonra Z.Məmmədli fevral ayının 1-də Borçalı elinin böyük şairlərindən biri, 94 yaşlı qocaman şair Dünyamalı Kərəmin “Borçalı” İctimai Cəmiyyəti tərəfindən yaradıcılıq gecəsinin keçiriləcəyini elan edib.
Mövzu haqda danışmaq üçün söz doktor Fəxri Hacılara verildi. Fəxri bəy geniş məruzə ilə çıxış edib. Borçalının necə zəngin bir tarixə malik olduğunu və aylarla Tiflis arxivlərində apardığı araşdırmalardan, topladığı məlumatlardan danışaraq qeyd edib ki, mən o arxivlərdə çox mühüm sənədlər əldə etdim və biz vaxtında bu sənədləri götürməsəydik çox şey itirərdik. O, məruzəsində Borçalı qarapapaqları gürcü Kartli-Kaxet çarlığının (XVIII əsr) tərkibində və rus imperiyasının əsarətində (XIX-XX əsrlər) olanda belə, ulularının savaş ənənələrini davam etdirməsindən, qürurlu və yenilməz bir toplum olduğundan, Rusiya-İran və Rusiya-Anadolu müharibələrində Borçalı türklərinin necə qəhrəmanlıqlar göstərdiyindən, bütün bu savaş və müharibələrdə Borçalı qarapapaq generalları və hərbi rutbəli qəhrəmanları Gürcü çarı II İraklinin ən çox etibar etdiyi qoşun sərkərdələrindən biri Xudu bəy Borçalı, XIX əsrin ilk Türk-rus müharibəsində Osmanlıya hücum etmiş rus qoşunlarını sərhəddə ilk qarşılayıb ağır itkilərə məruz qoyan və müharibə boyu onlara ciddi müqavimət göstərən Qara bəy (Qara Mahmud bəy), 1828-29-cu illər Türk-rus müharibəsi başlayanda da Osmanlıya soxulmuş rus ordusunun qarşısına nizami Türk ordu birliklərindən əvvəl sərhəddə, əsas yolların kəsişməsində Şərif ağanın başçılığında mövqe tutmuş minə yaxın könüllü qarapapaq atlılarından, Borçalı-Qarapapaq Türklərinin qeyrət rəmzi olan Mehralı bəy müharibədən sonra ətrafındakı qarapapaqlarla birlikdə yuva saldığı Sivasda 6 bölüklü 40-cı Qarapapaq Həmidiyyə Süvari Alayını qurmasından, Borçalı Həşimoğlu, Saraçlı Əli bəy, Daşdan ağa, İlyas ağa, İsrafil bəy Yadigarov, Qasımlı Daşdəmir ağa və.s fakt və həqiqətlər haqqında geniş məlumat verib.
Bildirib ki, Borçalı-Qarapapaq türkləri zəngin hərb və qəhrəmanlıq tarixinə malikdir. Müharibələr tarixinə dair bütün mənbələr onların hansı cəbhədə və hansı dövlətin ordusu tərkibində vuruşmalarına baxmayaraq döyüşkən ruhlu, mərd və cəsarətli bir toplum olduğunu göstərir.
“Əvvəllər biz Borçalı etnotoponimi deyəndə qərəzli mövqe ilə qarışılaşırdıq. Bu gün isə biz rahatlıqla “Borçalı” İctimai Cəmiyyətinin ən böyük uğurlarından biri kimi qeyd edə bilərik ki, Borçalı sözünü artıq ictimaiyyət və gürcü cəmiyyəti tanıyır və qəbul edir. Borçalının tarixi və hərb tarixi haqqında bizim araşdırmalarımız davam edir, biz bu tarixi üzə çıxararaq cəmiyyətə və gələcək nəsillərə daha yüksək səviyyədə çatdırmalıyıq. Hər bir Borçalı qarapapaq türkü öz şanlı tarixini bilməli və bu tarixlə fəxr edərək qürur duymalıdır”.
Daha sonra söz digər məruzəçi tədqiqatçı alim, polkovnik Şəmistan Nəzirliyə verilib. Şəmistan Nəzirli Borçalıda çox böyük hərbi şücaətlər göstərmiş Yadigarov qardaşlarından danışıb. O, deyib ki, Borçalı-Qarapapaq türklərinin hərb tarixində Yadigaroğulları nəslinin xüsusi yeri var. Bu nəslin nümayəndələrindən İsrafil bəy və oğlu Həsən bəy, Əsədulla bəy və Davud bəy Yadigarovlar general rütbəsinəcən yüksəliblər.
Ş.Nəzirli təkcə Yadigarovlar nəslinin 19 nəfərdən çox hərbiçi yetişdirdiyini vurğulayıb. Xatırladıb ki, Borçalı onlarla general və yüksək rütbəli hərbi zabit yetişdirib.
Sonra Borçalı Cəmiyyətinin üzvləri, ziyalılarımız Əmirxan Babaşovu 65 illik və Rza Mahmudovu 60 illik yubileyləri münasibəti ilə təbrik ediblər.
Tədbirdə təkliflər və rəylər dinlənilib. Qərara alınıb ki, “Borçalı generallarının vahid albomları” hazırlansın və bu iş Ş. Nəzirliyə həvalə olunub.
“Borçalı tarixi qəhrəmanlıq muzeyi”nin yaradılması haqqında təkliflər verilib. Muzeyin yaradılması ilə bağlı Fəxri Hacılar var gücü ilə çalışacağını bəyan edib.
“Borçalı” İctimai Cəmiyyəti tərəfindən Borçalının hərb qəhrəmanı Mehralı bəyin 2014-cü ildə 170 illik yubileyinin keçirilməsi də qərara alınıb.
Z. Məmmədli qeyd edib ki, Borçalının Faxralı kəndindən olan dünya çempionu Canpolad Budaqov Moskvada erməni öldürərək həbs edilib və bu haqda yalnız Rusiya KİV birtərəfli qaydada məlumat verib. Bu da obyektiv gerçəkliyi əks etdirmir. C. Budaqovun hüquqlarının qorunması ilə bağlı Müdafiə Komitəsinin yaradılması qərara alınıb.
Tədbirin sonunda Borçalıdan gəlmiş el sənətkarları aşıq Aslan Kosalı, aşıq Ziyəddin Keşəli, aşıq Cahangir, aşıq Əşrəf öz ifaları ilə tədbirə rəng qatıblar.



Borçalı İctimai Birliyinin
Mətbuat Xidməti




Bu xəbər 97 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC