Xəyanətkar ermənilərin mötəbər övladları?

21.02.2012 09:49

Geniş oxucu kütləsi tərəfindən daha çox Corc Ouel təxəllüsü ilə tanınan ingilis yazıçısı və jurnalisti Erik Artur Bleyrin “Paris və Londonun enişi və çıxışı” adlı kitabını oxuyarkən, diqqətimi 13-cü bölmədə yer alan bir fransız atalar sözü çəkdi.
Həmin atalar sözündə deyilir ki, “...Erməniyə əsla etibar etmə”. Ermənilərlə tarixən xoş münasibətləri olan Fransada belə bir atalar sözünün mövcud olması məni heyrətləndirdi.
Açığını desəm, fransız mədəniyyətini yaxından tanımağıma baxmayaraq, belə bir atalar sözünün mövcud olmasından xəbərsiz idim. Ona görə də bunun yaranmasının səbəbləri ilə maraqlanmağa başladım.
Qarşılaşdığım nəticə daha da təəccübləndirici idi. Rast gəldiyim yazılı ədəbiyyat onu göstərir ki, ermənilərin Avropada siyasi müttəfiqi hesab olunan Fransada bu gün güclü erməni diasporunun bəzi siyasi qərarların alınmasına yön verməsinə baxmayaraq, tarixən onlar haqqında ifadə edilən rəylər heç də hər zaman ürəkaçan olmayıb. Belə ki, məşhur fransız yazıçısı və səyyahı A.Düma onlar haqqında yazırdı:
“Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olublar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevriliblər”.
Fransalı səyyah qraf De-Şolye isə məyusluqla qeyd edirdi ki, mən ermənilərlə heç zaman dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir.
Bunları gördükcə fikirləşirdim ki, bəlkə o zamanlar Fransada ermənilərə qarşı xüsusi bir antipatiya olub ki, o dönəmin ziyalıları onlar haqqında bu qənaətə gəliblər. Ona görə də digər Avropa ölkələrində də bənzər halların mövcud olub-olmadığı ilə maraqlandım.
Sən demə, Avropada ermənilərdən məyus olanlar təkcə fransızlar deyilmiş. Alman səyyahı A.Kerte oxucularına belə məsləhət verirdi:
“Erməni ilə iş görmək fikriniz olarsa, heç bir sənədləşmə aparmağın əhəmiyyəti belə yoxdur, sadəcə şərə rast gələcəksiniz. Erməni ilə rastlaşmaq təhlükəlidir, onu yuxuda görmək də xeyir gətirmir”.
İsveç səyyahı A.Metsə görə, dərisi ağ qulların pisi ermənilərdir. Abır-həyaları yoxdur, oğurluqları olduqca məşhurdur. Onlar yalnız dəyənək və qorxu altında yaxşı işləyirlər.
İngilis səyyahı Vilson isə öz mövqeyini belə ifadə etmişdir:
“Ermənilər acgöz və tamahkardır. Onlar istənilən bir cəfəngiyatı böyütmək üzrə abırsız dərəcədə mahirdirlər və yalnız bunları özlərindən başqalarına edirlər”.
Araşdırmalarımı uzaq Avropada dayandıraraq yaxın coğrafiyaya qayıtdım. Hazırda Ermənistanın əsas hərbi müttəfiqi olan Rusiyada dünənin dahilərinin onlar haqqında hansı qənaətdə olduğuna nəzər saldım.
Rus ziyalılarının əsərlərində də onlar haqqında bənzər fikirlərə rast gəldim. Belə ki, məşhur rus şairi A.S.Puşkin öz misrasında səsini ucaldaraq: “Sən qorxaqsan, sən qulsan, sən ermənisən!” fikrini ifadə edir.
Digər rus mütəfəkkiri və diplomatı A.Qriboyedov isə imperatoruna məktubunda yazırdı:
“Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpağımızdır”.
Və ən nəhayət, rus tədqiqatçısı V.L.Veliçko “Qafqaz” əsərində ermənilərlə bağlı narahatçılığını belə çatdırır:
“...məhz onlar hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdir. Onları özgə evinə buraxmadıqda, yaxud hər hansı bir hiylələrinin üstünü açdıqda, ya da oğurluqlarını məhkəməyə bildirdikdə təkcə özləri hay-küy qoparmırlar, həm də özgə xalqdan olan səfeh, yaxud satqın adamları da hay-küy qoparmağa məcbur edirlər”.

Tədqiqatımın istiqamətini qərbdən şərqə çevirdim. Şərq ədəbiyyatının dəyərli incilərindən biri olan “Qabusnamə” əsərində deyilir ki, ermənilərin eybi: bədfel, kündə bədən, oğru, gözügötürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüşsöyən, ürəyi xıltlı, ağasına düşmənçiliklidir.
Digər şərq mütəfəkkiri S.Şirazi isə onlar haqqında bəhs edərkən “erməni yer üzünün ilanı, insanlığın düşmənidir” fikrini ifadə etməkdən çəkinməmişdir.

Bu yazılanları gördükdən sonra araşdırmanı nə okeanın o tayına, nə Afrikaya, nə də Uzaq Şərqə qədər uzatmağa lüzum gördüm, çünki oralarda da eyni nəticə ilə qarşılaşacağıma artıq əmin idim. Anidən ağlımdan hər kəsin verə biləcəyi bir sual keçdi.

Görəsən ermənilər o qədər millətə nə edib ki, onlar özlərini bu dərəcədə qəddarlıqla danışmaq məcburiyyətində hiss ediblər? Görəsən hər sözün, hər kəlmənin qədrini bilən, dəyərini saxlayan, fərqli zamanlarda və fərqli məkanlarda yaşamış, bir-birindən fərqli o dahi insanlar ermənilərdə nə tapıb ki, onlar haqqında yekdilliklə eyni qənaətə gəliblər?

Və bu sual məni ikinci suala yönəltdi: bəs görəsən onlar bizim yerimizdə olsaydılar, bizim yaşadıqlarımızı yaşasaydılar, çəkdiklərimizi çəksəydilər ermənilər haqqında nə deyərdilər, nə yazardılar? Xocalıda başı kəsilən uşaqlar, gözü oyulan yaşlılar, qarnı yarılan qadınlar onların öz ailə üzvü olsaydı, erməniləri necə xarakterizə edərdilər?

Polemika açmaq fikrində deyiləm. Bunları yazmaqda məqsədim ermənilər haqqında qara piarla məşğul olmaq da deyil. Əksinə, bunları oxuduqca mən özüm də məyus olurdum. Ona görə ki, azərbaycanlı olaraq, taleyimiz belə gətirib ki, ermənilər bizim məcburi qonağımız olub, sonra isə məcburən qonşu olmuşuq.

Qonşumuzun da belə bir imic yaratmasının bizi məyus etməsi təbii haldır, çünki ağırlığını biz daşımalı oluruq. Milli adət-ənənəmizə görə, nə qədər narahatedici olsa da, biz qonaqlarımıza hər zaman hörmət etmişik, onları evimizin yuxarı başında oturtmuşuq, nemətlərimizin ən yaxşısını onlara vermişik.

Ermənistanda hazırda bir nəfər də olsun azərbaycanlı qalmadığı halda Bakıda on minlərlə erməni heç bir təhlükəyə məruz qalmadan yaşayır. Onlara qarşı necə xoş münasibət göstərdiyimizi ermənilər özləri də etiraf edirlər.
Amerikalı erməni yazıçısı Sürməliyan “Xanımlar və cənablar, müraciətim sizədir” kitabında ifadə edib ki, Türklərlə ermənilər arasındakı ziddiyyətlərin yaranmasının əsas səbəblərindən biri də türk və Azərbaycan xalqlarının humanizminə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı erməni millətçilərinin aramsız qəddarlığıdır.
Məni düşündürən başqa məsələdir. Necə oldu ki, əcdadları ermənilərin əcdadları haqqında belə fikirləşən millətlərin övladları onların övladlarına bu gün mötəbər münasibət bəsləsin? Dahi insanlarmı yanılmışdılar, yoxsa o ermənilərin bugünkü xələflərimi sivil dünyana uyğunlaşa biliblər?
Məncə məsələ tam başqadır: müasir beynəlxalq münasibətlər nəzəriyyəsinin dili ilə desək, dəyişən geosiyasi maraqlar münasibətləri də dəyişdirir. Dövlətlərin əbədi dostu və ya düşməni olmur, əbədi milli maraqları olur.
Bu nöqteyi-nəzərdən, əgər dünən hər hansı bir xalqa ehtiyacı olmayanlar onları bu cür, olduğu kimi xarakterizə etdiyi halda, bu gün onları əzizləyərək maraqlarına uyğun istifadə edirsə, sabah maraqlarına cavab vermədikdə, təbii ki, bugünkü ehtiramı onlara göstərməyəcəklər.

Başa düşmək lazımdır ki, xalqlar birdəfəlik istifadə üçün deyildir, onların yaşamı əsrlər, minilliklər üçün nəzərdə tutulur. Ona görə də, hər bir xalq bugünkü yaşamını sürdürərkən, dünənki yaşamından ibrət götürməli, sabahkı yaşamına zəmin hazırlamalıdır.
Müasir beynəlxalq münasibətlər sisteminin dövlətlərin suverenliyini ehtiva etdiyi bir dönəmdə, nə vaxta qədər onun-bunun boyunduruğu altında yaşamaq olar, müstəqil aktyor olmaq imkanı mövcud ikən, nə vaxta qədər “katalizator dövlət” rolunu oynamaq olar? Nə qədər başqasının maraqlarına xidmət edən alətə çevrilmək olar? Bu gün istifadə edilib, sabah yenə də atılmaq bu millətə nə qazandıracaq? Bu onların alnınamı yazılıb?
Axı ermənilər də insandır, ən azından hər kəs kimi onların da qüruru olmalıdır. Bütün bu qeyd etdiklərim xalq-dövlət-hökumət münasibətlərinin incəliyini özündə ehtiva edir. Dövləti idarə edən, xalq adına qərar verən və o qərarı tətbiq edən iqtidarın xalqın maraqlarına nə dərəcədə xidmət etməsi bu münasibətlərin onurğa sütununu təşkil edir.
Bu gün Ermənistanda baş verən siyasi proseslərə baxmaq kifayət edər ki, bu ölkənin rəhbərliyinin öz şəxsi maraqlarından özgə bir şey düşünmədiklərini anlamaq mümkün olsun.
Ermənistanın Azərbaycanla sülh danışıqları aparmaq niyyətini ifadə etməsindən sonra Ermənistan Parlamentində törədilən qırğınlar, ölkədə keçirilən seçkilərin demokratik olmadığına etiraz etmək üçün küçələrə axışan xalqın öz ordusu tərəfindən gülləboran edilməsi dediklərimizə əyani sübutdur. Erməni rəhbərliyinin öz xalqına bu cür münasibət göstərməsi birinci dəfə deyil.
Rus diplomatı general Mayevski “Ermənilərin törətdiyi kütləvi qırğınlar” adlı kitabında öz xatirələrini yazarkən emosiyalı şəkildə yazır ki, ermənilərin “qəhrəmanları” həmişə öz xalqlarının xilaskarlarından daha çox cəllad olublar.
Elə çox da uzağa getməyək. Fransa ictimaiyyəti tərəfindən yaxşı tanınan və sevilən şansonye, eyni zamanda Ermənistanın İsveçrədəki səfiri, erməni əsilli Şarl Aznavur təxminən bir ay bundan əvvəl “Layf şoubiz” internet nəşrinə müsahibəsində bildirmişdir ki, Ermənistanda daxili soyqırımı baş verir, Ermənistan hökuməti öz gənclərinə nəfəs almağa imkan vermir, ölkəni gənclərdən məhrum edir.Maraqlısı odur ki, bu cür fikirlər onun tərəfindən ilk dəfə səsləndirilmirdi. Ötən ilin avqust ayında Fransada nəşr olunan “Nuvel d’Armeni” jurnalına müsahibəsində o, Ermənistanın mafiya tərəfindən idarə olunmasına qəti etirazını bildirərək demişdi:
“Ermənistan əzab çəkir və günü gündən boşalır. Bu, kimin üçün faydalıdır? Bir neçə mafiya başçılarına? Minlərlə bədbəxt insanlar dünya üzrə səpələnir. Burada insanlara kömək etmək üçün heç nə edilmir. Bu mafiya üzvlərini güllələmək lazımdır”.

Digər bir erməni, Vaşinqtonda yerləşən Şərqi Yeparxiyanın Leqatı baş yepiskop Viken Aykazian isə 2010-cu ilin mayında Bakıda keçirilən sammitdə iştirakından sonra erməni mətbuatına müsahibə verərək, Azərbaycanda gedən inkişaf, quruculuq işləri ilə əlaqədar bildirmişdir ki, Bakı çox gözəl, canlı və çox təmiz şəhərdir. Bu qədim şəhəri görəndə başa düşürsən ki, burada mədəniyyət var və bu təkcə neft pulları deyil. Mən başa düşdüm ki, şəhərdə Prezident İlham Əliyevin rəhbərliyi altında böyük işlər görülüb. Yollar olduqca yaxşı vəziyyətdədir. Yerevanda isə əksinə aeroportdan şəhərə gedən yol tamamilə cansıxıcıdır.

Göründüyü kimi, yuxarıda qeyd etdiyim son iki sitat iki sivil ölkədə, Fransada və ABŞ-da yaşayan, özlərinə görə nüfuz sahibi olan iki erməniyə aiddir. Çünki, onlar da reallıqları görür, dərk edir, etiraf edir. Onlar yaxşı başa düşür ki, ermənilərin də öz ölkələrində xoşbəxt yaşamağa hüquqları vardır.
Bu isə mümkün olmayan hal deyil, yetər ki, o ölkənin rəhbərliyi öz şəxsi maraqlarını deyil, xalqın maraqlarını düşünsün. Ermənistan iqtidarı silah gücünə iqtidarda qalanların aqibətinin necə olduğunu bu gün ətrafda baş verənlərə baxaraq anlamalı, özləri üçün nəticə çıxarmalıdır.
Təbii ki, erməni xalqının da üzərinə böyük məsuliyyət düşür. Onlar da yaxşı başa düşməlidirlər ki, onların xoşbəxtliyinin yolu ölkələrinin qonşuları ilə münasibətlərin yaxşılaşdırılmasından keçir.
Bunun üçün də, onlar isbat etməlidirlər ki, yuxarıda sadaladığım, onlar haqqında yazılan, deyilən mənfi rəylər həqiqətə uyğun deyil, onlar dahilərin qeyd etdiyi kimi “hiyləgər və kələkbaz, alçaq, əclaf, abır-həyasız, oğru, dəyənək və qorxu altında işləyən, acgöz, tamahkar, bədfel, kündə bədən, gözügötürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüşsöyən, ürəyi xıltlı, ağasına düşmən, yer üzünün ilanı, insanlığın düşməni, qəddar, öz xalqının düşməni” deyildirlər.
Bilirəm, bu o qədər də asan olmayacaq, çünki bu istiqamətdə onlar olduqca böyük səy göstərməli olacaqlar.






Bu xəbər 72 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC