Azərbaycan paytaxtında avtomobil təmiri sexində güclü partlayış olub, ölən və yaralanan var

13.09.2011 03:51

Bakıda avtomobil təmiri sexində güclü partlayış olub. Bu barədə APA-ya Xəzər Rayon Polis İdarəsindən bildirilib.

Hadisə bu gün saat 11.00 radələrində Qala qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində fəaliyyət göstərən avtomobil təmiri sexində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Ölən və yaralananın adı hələlik açıqlanmır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Xəzər Rayon Prokurorluğunun əməkdaşları gəlib, araşdırmalar davam etdirilir.




Bu xəbər 173 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC