Sevil Əsədova: “Siqaretin tək-tək satılması düzgün sayılmasa da, Azərbaycanda buna əməl edilmir”

13.09.2011 03:55

“Dünyanın bir çox ölkələrində, o cümlədən Avropa ölkələrində Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasına tam əməl edilmir”.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəsmisi Sevil Əsədova bildirib. O, qeyd edib ki, konvensiyada tütündən azad zonanın yaradılması nəzərdə tutulub: “Konvensiyaya görə ictimai yerlərdə tütündən istifadə qadağan olunub. Çünki tütün tək ondan istifadə edənə yox, ətrafdakılara da zərər verir. Buna passiv tütün çəkmə deyilir. Hər il də dünyada 600 min nəfər passiv tütünçəkmədən həyatını dəyişən insanlar var.”

S. Əsədova deyib ki, konvensiyada nəzərdə tutulan tütün məhsullarının reklam olunmasının qadağası Azərbaycanda həyata keçirilir. Amma siqaretin tək-tək satılması düzgün sayılmasa da, Azərbaycanda buna əməl edilmir: “İctimai yerlərdə tütündən istifadənin məhdudlaşdırılması ilə bağlı biz Milli Məclislə sıx əməkdaşlıq edir və yaxın vaxtlarda bununla bağlı müzakirələr aparılacaq.




Bu xəbər 186 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC