Sabah İranda Urmiya gölünün qurudulmasına etiraz olaraq aksiyalar keçiriləcək

02.09.2011 08:26

İranın Urmiya şəhərində eyniadlı gölün qurudulmasına qarşı etiraz aksiyalarının yenidən başlanması ilə bağlı çağırışlar edilir. Etiraz aksiyasının sabah keçirilməsi planlaşdırılır.

İranın bir sıra şəhərlərində, o cümlədən Urmiya və Təbrizdə etirazların baş qaldırmasına İran parlamentinin toplantısında Urmiya gölünün quruması ilə bağlı çeşidli fikirlərin səslənməsi səbəb olub. İran parlamentinin üzvü Musəlrza Sərvəti də bildirib ki, Urmiya gölü ətrafındakı əhali digər yerə köçürülməli və onlar başqa bir işlə məşğul olmalıdırlar. Digər bir deputat Məhəmmədhüseyn Fərhəngiyə istinad edən İran mətbuatı Araz çayından Urmiya gölünə su gətirilməsi layihəsi üçün 1 milyard dollar lazım olduğunu, ancaq büdcədən bu məqsədlə cəmi 35 milyon dollar ayrıldığını yazıb.

Şərqi Azərbaycan əyalətinin valisi Əhməd Əlirza Beygi deputatın “yalan danışdığını” söyləyərək, deyib ki, bu ilin dövlət büdcəsindən Urmiya gölünə 20 milyon dollar ayrılıb. İran hökuməti ötən il gölün qurumasının qarşısını almaq üçün dövlət komissiyası yaradıb.

Qeyd edək ki, bu su hövzəsi həcminə görə İranda ən böyük göl hesab olunur. Onun sahəsi təqribən 5000-6000 kv.km-dir. 1967-ci ildə Urmiya gölü qoruq elan olunub. Bundan başqa YUNESKO da buranı qorunan təbii ərazilər sırasına daxil edib. Bununla belə göl quruyur və ekspertlər bunun ekoloji problem yaradacağından ehtiyatlanırlar.

Problemlə əlaqədar olaraq, ötən həftə Urmiya şəhərində etiraz aksiyaları keçirilib. Bir sıra mənbələr aksiyada 3 min, digərləri isə 20 minə qədər insanın iştirak etdiyi barədə məlumat yaymışdılar. Aksiya iştirakçıları ilə polis arasında toqquşmanın baş verməsi barədə də məlumatlar verilmişdi.




Bu xəbər 266 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC