Bu gün səhər saatlarında Binəqədi rayon Sulutəpə qəsəbəsində qəsəbə sakinlərinin aksiyası keçirilib

27.01.2012 13:13


200 yaxın qəsəbə sakini əllərində Azərbaycan bayraqları tutaraq “Yol istəyirik!”, "Avtobus istəyirik!" şüarı altında aksiyaya keçiriblər. Xatırladaq ki, bir neçə gün öncə qəsəbəyə işləyən 158 nömrəli mikro avtobusları xətdən çıxarılıb. Nəqliyyat Nazirliyi avtobusların köhnə olduğunu, əsas gətirərək onların qəsəbədən kənarda işləməsinə qadağa qoyub. Nəticədə yüzlərlə qəsəbə sakini 4-5 km yolu piyada qət etməli olur. Nəzərə alsaq ki, ərazidə 4 orta məktəb xeyli sayda sənaye obyektləri var. Sakinlərin tələblərini başa düşmək o qədərdə çətin deyil. Hər gün işə gecikən, müəllimlər, şagirdlər, fabrik və zavod işçiləri çıxılmaz vəziyyətdə qalıblar. Qəsəbə sakini Rafiq Hüseynovun dediyinə görə 4 dəfə yeddi dövlət orqanına yazılı surətdə müraciət etməklərinə baxmayaraq heç bir tədbir görülmür. Ona görə də, qəsəbə sakinləri yolu bağlamaq qərarına gəliblər.

“Karvan market” deyilən ərazidə. dörd yol ayrıcını kəsən qəsəbə sakinləri ilə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları arasında insident baş verib. 4 qəsəbə sakini saxlanılaraq bölməyə aparılıb. 1 saatdan artıq çəkən aksiya 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dağıdılıb.

Siyavuş Əmirli




Bu xəbər 258 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC