Arif Əliyev anılıb

14.10.2011 02:36


“Borçalı” Cəmiyyətinin mərkəzi ofisində SOCAR-ın Gürcüstan nümayəndəliyində məsul vəzifədə çalışmış dəyərli ziyalı Arif Əliyevin vəfatıyla bağlı anım mərasimi təşkil edilib. Tədbirdə Borçalının və Azərbaycanın alim və ziyalıları, SOCAR-ın Bakı nümayəndəliyi, mərhumun yaxınları iştirak ediblər.
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli qonaqları salamlayıb Arif Əliyevin həyat yolu haqqında qısa məruzə edərək vurğulayıb ki, o, el-obasını, Borçalı türklərini, Azərbaycan türkünü, bütövlükdə türk dünyasını düşünən, onu yaşaya bilən, burulğanların içərisindən üzüağ çıxmağı bacaran ləyaqətli türk dü. O, öz millətinə, onun dəyərlərinə nə qədər sayğılı və sadiq idisə, gürcü millətinə, onun mədəniyyətinə, dövlətçiliyinə də bir o qədər sevgiylə bağlıydı.
Tədbir iştirakçılarından alim Elxan Məmmədli, SOCAR-ın Bakı nümayəndəliyindən Emin bəy, Abbas Abdulla və digər ziyalılar Arif Əliyev haqqında ürək sözlərini, xatirələrini söyləyiblər və onun fəaliyyətini müxtəlif aspektdən açıqlayıblar. Dəyərli ziyalının həyatın ən çətin məqamlarında belə yurda sevgi, xalqa məhəbbət, elinə bağlılıq nümunəsi olduğunu xüsusi vurğulayıblar.
Tədbirdə Arif Əliyevin doğmaları da iştirak ediblər. Mərhumun qardaşı Valeh bəy “Borçalı” Cəmiyyətinə və onun sədrinə öz minnətdarlıqlarını bildirib. Tədbirin sonunda Zəlimxan Məmmədli yekun nitqi ilə çıxış edərək vurğulayıb ki “Borçalı” İC-nin İdarə Heyətinin qərarı ilə Arif Əliyev ölümündən sonra “Borçalı” İC-nin “El adamı” fəxri diplomuna layiq görülüb. O, bir daha Arif Əliyevin xidmətləri fonunda Borçalı elini birliyə və yurda dönməyə səsləyib.





Bu xəbər 207 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC