6-07-2017, 23:39
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 5-də keçirilən imtahanların nəticələrini elan edib. Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, imtahanların nəticələri Mərkəzin internet saytında yerləşdirilib. İmtahanda iştirak etmiş abituriyentlər (şagirdlər) DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
6-07-2017, 23:30
Qazaxıstan Respublikasının Heydərçi Azərbaycanlı Gənclər Təşkilatı iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin iriçaplı silahlardan şiddətli atəşə tutulması nəticəsində mülki şəxslərin öldürülməsi ilə bağlı BMT və ATƏT-ə yazılı müraciət edib.