İnsan doğulduğu gündən ölənə kimi çalışıb çabalayır. Yeni günləri xoş ümidlərlə qarşılamağa can atır.Sevgi,rahatlıq,xoşbəxtlik axtarar. Yaşanan günləri ürək dolusu yaşamaq istəyər. Yaşamaq istəyən çox olur amma yaşatmaq arzusuyla yaşayanlar bir o qədərdə çox deyil. Əzmi ilə şan-şöhrətə,hörmətə yüksəlir. Artan vəzifə bəzən gələcəyin gözünə qara pərdə çəkir.