Bu yolda o, böyük çətinliklər çəkdi, çünki Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə almalıydı, o icazəni aldı da. Axı məqsədi olanların əziyyətlərə baxmayaraq ona çatması üçün vasitələri də olur. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxdı. “Əkinçi” qəzeti 1875-1877-ci illər ərzində fəaliyyət göstərərək 56 nömrəsi işıq üzü görə bildi. Çünki çar Rusiyası qəzetin insanların maariflənməsində müstəsna rol oynadığını bildi və beləcə, qəzetin nəşri dayandırıldı.