Butov.az xəbər verir ki, aprelin 3 - də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ),Bakıİslam Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və digər ali təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının iştirakı ilə “Mili-mənəvi dəyərlərimiz Azərbaycan gənclərinin gözü ilə” adlı gənclər konfransı keçirildi. Konfrans Gəncliyə Yardım Fondunun (GYF) akt zalında baş tutdu.