Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
31-05-2018, 05:43
Şah İsmayıl Xətai - 530

Azərbaycanın ictimai-siyasi, mədəni cəhətdən inkişafının ən mühüm mərhələlərindən bir hissəsi XV əsrin ən görkəmli şairi, aşıq-ozanı, dövlət xadimi, ilk dəfə olaraq Azərbaycan dilini dövlət dili elan edən ulu babamız Şah İsmayıl Xətainin adı ilə bağlıdır. Onun keşməkeşli həyatı, uşaqlıq illəri, yaşadığı dövr, Səfəvilər dövlətinin başçısı kimi misilsiz fəaliyyəti barədə tarixçilər, salnaməçilər kifayət qədər yazıblar, indi də yazır, bundan sonra da yazacaq, bu böyük sərkərdə, dövlət başçısı, şair, aşıq barədə bəzi yeni faktları üzə çıxaracaqlar. Çünki cəmi 37 il ömür sürən Xətai babamız elə bir günəş idi ki, bütün Türk dünyasını öz ziyası ilə işıqlandırır, başçılıq etdiyi dövləti işıqlı zəkası, yenilməz qüdrəti ilə qoruyurdu.

Şah İsmayıl Xətai 1487-ci ildə Ərdəbil şəhərində məşhur Şeyx Səfiəddin nəslindən olan Şeyx Heydərin ailəsində dünyaya göz açmışdı. Onun ana babası Ağqoyunlular dövlətinin hökmdarı Uzun Həsən olmuşdur. O Uzun Həsən ki, anası Sara xatunun siyasi və dövlət işlərində uzaqgörənliyi, tədbirliyi diqqəti cəlb edirdi. Sara xanım Şərq aləmində görkəmli bir diplomat qadın kimi tanınırdı. Onun təşəbbüsü və siyasəti nəticəsində bir sıra diplomtik danışıqlar müsbət nəticələr vermişdir. Azərbaycanın qüdrətli Səfəvilər dövlətinin təşəkkülü, idarəsi və möhkəmlənməsi işində böyük xidmətləri olmuş neçə-neçə igid, ağıllı, tədbirli qadının adı tariximizin qızıl səhifələrinə yazılmışdır. Şah İsmayıl Xətainin qızı Məhinbanu Sultaniən xanım sülhsevər, xeyirxah və tərəqqipərvər bir insan olmuşdur. Türkiyə ilə Səfəvi dövləti arasındakı ziddiyyətlərin yumşalması və sülh yolu ilə həll olunmasında o, fəal rol oynamışdır. Belə ki, o, Türk sultanının qızı ilə yazışır, öz məktublarında sultan qızını da müharibə əleyhinə olmağa sövq edir və hər iki hökmdarı bu təhlükəli yoldan çəkindirmək işində fəaliyyət göstərməyə çağırırdı.
Uzun Həsən dünyasını dəyişəndən sonra Ağqoyunlu şahzadələri arasında hakimiyyəti bölüşmək üstündə dava başlayır. Xətainin atası Şeyx Heydər Şirvanşahlarla müharibədə öldürülür. Başsız qalan ailənin qara günləri başlayır. Belə ki, anası Aləmşahbəyim qardaşları ilə birlikdə İstərx həbsxanasına salınır. Balaca İsmayıl zindandan azad olandan sonra Gilan hakimi Həsənxanın himayəsi altında Lələ Hüseyn bəy tərəfindən tərbiyə olunur və o, bir gənc döyüşçü və ziyalı kimi yetişdirilir.
Daha sonra Şah İsmayıl Xətai Laricanda yaşayan dahi alim Şəmsəddin Lahicandan Şərq dillərini öyrənir, həm də at çapmaq, qılınc oynatmaqda tayı-bərabəri olmayan yetkin bir cəngavər olur.
Şah İsmayıl Xətai hakimiyyət uğrunda mübarizəyə hələ kiçik yaşlarından başlayır. Faktlar da bunu əyani şəkildə təsdiqləyir. Belə ki, 1499-cu ildə Lahicandan Ərdəbilə gələndə, onun cəmi 12 yaşı var idi. Onun tərəfdaşları belə qərar qəbul edirlər ki, Ağqoyunlular arasında gedən çəkişmədən vaxtında istifadə edərək, fürsətdən yararlanmaq vaxtıdır. Ona görə də onlar 70 nəfərdən ibarət bir dəstə ilə ilkin olaraq gedib Şeyx Səfi məqbərəsini ziyarət edir, aparacaqları döyüş barədə məşvərət keçirir, mükəmməl bir plan hazırlayırlar. Elə həmin - 1499-cu ildə 12 yaşlı Şah İsmayıl ilk döyüşə başçılıq edir. Şərurda başlanan bu döyüşdə Ağqoyunlu hökmdarı Əlivənd Mirzəni məğlub edir və gəlib Təbriz şəhərində özünü şah elan edir. Bununla da 13 yaşlı Şah İsmayıl Səfəvilər dövlətinin təməlini qoyur.
Elə bundan sonra da gənc dövlət başçısının hərbi yürüşləri ardıcıl olaraq davam edir. Bu yürüşlər nəticəsində Azərbaycanın ərazisi getdikcə böyüməyə, dövlətin qüdrəti artmağa, güclənməyə başlayır. Belə ki, uğurlu hərbi yürüşlər nəticəsində Yaxın Şərqin bir hissəsi, İran, Xorasan, İraq və başqa ərazilər Səfəvilər dövlətinə qatılır. O dövrdə Səfəvilər dövləti böyük Midiyadan sonra ən güclü və qüdrətli bir dövlətə çevrildiyini tarix qarşısında təsdiqləyir.
Şah İsmayıl 1512-ci ildə Osmanlıda hakimiyyətə gələn Sultan Səlim (1512-1520) dövlətinə qarşı hücuma hazırlaşır, 1514-cü ildə isə Sultan Səlimin başçılıq etdiyi Osmanlı ordusu ilə qanlı savaşa girir. Bu dünya hərb tarixinə Çaldıran düzündə gedən ən möhtəşəm döyüş kimi daxil olub. Bu döyüşdə Qızılbaşlar ciddi məğlubiyyətə uğrayır. Qızılbaşların bu məğlubiyyətindən sonra Şəki, Şirvanşahlar və Gürcü çarlığı Səfəvilərin himayəsində qalır.
Şah İsmayıl qüdrətli dövlət başçısı, gözəl sərkərdə, cəngavər döyüşçü olmaqla yanaşı, həm də bənzərsiz şair olub. Azərbaycan poeziyasında özünəməxsus yer tutub. Maraqlıdır ki, o, yaradıcılığa erkən yaşlarından başlayıb. Çünki şairlik ona Allah tərəfindən verilmişdi. Həm də o əsərlərini doğma ana dilində - Azərbaycan dilində qələmə almışdı. Zəngin yaradıcılıq yolu keçmiş şair Azərbaycan ədəbiyyatı xəzinəsinə “Dəhnamə” (On məktub) poemasını və “Nəsihətnamə” kimi məsnəvisini bəxş etmişdi. “Divani”sini və şirin-şəkər qəzəllərini isə Azərbaycan şeirinin əruz vəznində qələmə almışdı. Onun bədii yaradıcılığında Azərbaycan şeirinin müxtəlif formaları - bayatı, qoşma, gəraylı da mühüm yer tutur.
Şah İsmayıl Xətainin ən böyük xidmətlərindən biri də onun sarayına dövrünün tanınmış şairləri və aşıq-ozanlarını cəlb etməsi idi. Böyük şair ətrafında tanınmış saz və söz xiridarlarını görməkdən mənəvi zövq alır, onların hər birinə diqqət və qayğı ilə yanaşırdı. Belə ki, onun şah sarayında bu gün də Azərbaycanın ozan sənətində adı hörmətlə anılan aşıq Qurbani, Misgin Abdal, Həbibi kimi qüdrətli saz-söz biliciləri fəaliyyət göstərirdi.
Mən deyərdim ki, Şah İsmayılın bədii yaradıcılığının hüsnünü aşıq şeir üslübünda yazdığı əsərləri bəzəyir. Təkcə onun bayatılarını nəzərdən keçirdikdə bu qənaətə gəlirsən ki, o, folklorumuza, aşıq şeirinə dərindən bələd olmuşdur.


Xətai, can arxına,
Əhli-ürfan arxına.
Mərifətdən su gəlib,
Tökülür can arxına.

Xətaiyəm, xəttaram,
Haqq sirrinə səttaram.
Həkimlərin dərmanı,
Təbiblərə əttaram.

Xətaiyəm, bir halam,
Əlif üstündə balam.
Sufiyəm təriqqətdə
Həqiqətdə abdalam.


Yaxud da, şairin aşıq-ozanların dilinin əzbəri olan məşhur “Gəldim” rədəfli qoşmasına müraciət edək.

Bir nəfəscik söyləyim,
Dinləməzsən neyləyəyim?
Eşq dəryasın boylayayım,
Ümmana dalmağa gəldim.

Eşq xərmənində sovruldum,
Həm ələndim, həm yoğruldum.
Qazana girdim, qovruldum,
Meydana yenməyə gəldim.

Mən haqqa oldum aşina,
Qalmadı könlümdə nəsnə.
Pərvanəyəm ataşına,
Şəminə yanmağa gəldim.

Şah Xətaidir özümdə,
Heç xələf yoxdur sözümdə.
Əskiklik kəndi özümdə,
Darına durmağa gəldim.


Şah İsmayıl Xətainin bədii yaradıcılığı, zəngin ədəbi irsi zaman-zaman ədəbiyyatşünasların maraq dairəsində olmuş, şair haqqında həmişə yeni faktlar axtarışlarını davam etdirmişlər. Bu cəhətdən Azərbaycanın tanınmış ədəbiyyatşünas alimləri Salman Mümtaz və Həmid Araslının tədqiqatları Xətai yaradıcılığı barədə fikirləri daha çox diqqət çəkir. Onu da qeyd etməyə dəyər ki, Xətainin əlyazmaları, xətt nümunələri, hələ işıq üzü görməmiş əsərləri dünyanın müxtəlif muzeylərində, kitabxanalarında saxlanılır, öz tədqiqatçısını, araşdırıcısını gözləyir. Bu cəhətdən AMEA-nın M.Füzuli adına Əlyazmaları İnstitutunun kollektivinin fəaliyyəti təqdirəlayiqdir. İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Almaniyada yaşayan həmyerlimiz Məhəmmədəli Hüseynin köməyilə Şah İsmayıl Xətainin xətt nümunələrini əldə edib. Həmin nümunələrdə Xətai Həzrət Əlinin kəlamlarını gözəl xətlə yazıya alıb. Bundan başqa, Xətainin Münhen Baviyera Dövlət Kitabxanasında qorunub-saxlanan əsərinin 27 vərəqinin surəti Azərbaycana gətirilib. Vərəqlərin üzərində əlyazmanın üzünün 1514-cü ildə köçürülməsi qeyd olunub. 1965-ci ildə türk alimi İsmayıl Hikmət Ertaylanın “Divani-türkiyi-zəfər” adlı kitabında da 27 vərəqli yazı haqqında da məlumat verilib.
Xətai qeyd etdiyimiz kimi, əsərlərini həm heca, həm də əruz vəznində, eyni ilə epik və lirik janrlarda qələmə almışdır. Görkəmli söz ustadı “Vəhdət gülzarının bülbülü” əsərində yazır:

Çün Xətaidir bu gün gülzari-vəhdət bülbülü,
Dəxi öz zaği-siyəh gülzarə gəlməsin.


Xətai bütün kainatı ilahi varlıqla bir sayan, yaradıcı ilə yaradanı, insanla Allahı eyniləşdirən vəhdət gülzarı, özünü isə bir vəhdət gülzarının bülbülü adlandırır, başqa bir şeirində “həqqi-mütləq” adlandıraraq yazır:

Ənəlhəq sirri uş könlümdə gizli
Ki, həqqi-mütləqəm, həqq söylərəm mən.


Xətai böyük mütəfəkkir şair Nəsimi kimi görünün hər şeydə, insanın simasında ilahi varlığı görmək istəyir.

Yəqin bil əhli-ilqarın yanında
Yerü gög cümlə haqdır, olma gümrah…
Ta səni gördü Xətai valehi şeydayidir,
Hansı gözdür həqq üzün görcək ki, bidar olmadı?

Şairin sufi olması onun zəngin poeziyasına güclü təsir göstərmiş, ilhamına cəsarət bəxş etmişdir. Bu cəsarət elə Xətainin yaradıcılığını Sufi təriqət poeziyasına çevirmişdir. O, ən yüksək insani keyfiyyətləri sufilər arasında axtarır. Sufi-insan adını uca tutmağa çağırırdı.

Sufi isən, alıb-satma,
Halalına haram qatma.
Yolun əyrisinə getmə,
Doğru yola nəzər eylə.


Şairin deyimində sufi əsl insaqdır, onda alıb-satmaq, harama meyil etmək, əyri yol getmək süfilərə yaraşmaz. Əgər sufi bu deyilənlərə əməl etmirsə, deməli, o, sufilikdən də, insanlıqdan da uzaq adamdır.
Şah İsmayıl Xətai - ulu şah babamız 1524-cü il may ayının 23-də Sərab yaxınlığındakı Mənqutay adlı məkanda 37 yaşında ömrünün bahar fəslində vəfat edir. Cəsədini Ərdəbilə gətirib, Şeyx Səfi türbəsinin yanında dəfn olunur.
Şah babamızın ruhu şad olsun.

P.S. Bu günlərdə aşıq dostum İran İslam Respublikasının Aşıqlar Birliyinin yaradıcısı və birliyin sədri aşıq Səlcuq Şahbazi bildirdi ki, iyul ayının axırlarında Ərdəbil şəhərində İran Mədəniyyət Nazirliyi və İAB-nin birgə təşkil etdiyi “Şah İsmayıl Xətai və aşıq Qurbani” festivalı keçiriləcək. Bu festivala Azərbaycandan, Türkiyədən, Gürcüstanın Borçalı mahalından, Rusiyanın Dərbənd şəhərindən bir neçə aşıq dəvət olunub. Dostum ustad aşıq Səlcuq Şahbaziyə uğurlar arzulayıram.[/left]

Bir əlində qılınc, bir əlində saz…

Hüseyn Məmmədov,
"Bütöv Azərbaycan"
29-05-2018, 20:17
xəbər verir ki, mayın 25-də “Dəniz saray”da Çoxmübarizəli idman döyüş növləri üzrə
uşaq, yeniyetmə,
Çoxmübarizəli idman döyüş növləri üzrə X Respublika Çempionatı keçirilib
27-05-2018, 22:25
Gəlin etiraf edək ki, nə qədər təvəzökarlıq etsək də, hər kəsin haqqı tanınanda, qiymətləndiriləndə bu, daha insaflı və daha ədalətli olur
Azərbaycan Cümhuriyyətinin canlı varisi
25-05-2018, 20:22
Ordum.az bildirir ki, konfrans müsəlman şərqində ilk Demokratik Respublika – Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.
“Azərbaycan Xalq Cümhuriyyəti və Ordu quruculuğu” adlı respublika elmi konfransı keçirilib
21-05-2018, 16:45
Tampliyer: Tufandan əvvəl sakitçilik
Tampliyer: Tufandan əvvəl sakitçilik
16-05-2018, 17:19
Butov.az xəbər verir ki, “İnsan hüquqları XXI əsr- Azərbaycan” Fondu Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan ailələri üçün hüquqi xidmətlərin göstərilməsi" layihəsinin icrasına başlayıb.
Yeni layihənin icrasına başlanılıb
13-05-2018, 21:38
"Həyatında ən yaddaqalan günün hansıdır?"-deyə soruşsalar, az qala taleyinin həll olunduğu, gələcəkdə cəmiyyətdə hansı mövqeyə sahiblənəcəyini tənzimləyən gün-qəbul imtahanı verdiyim o həmin gün"-deyərdim.
Valideynlər uşaqları elə həddə gətirirlər ki, iş hətta intihara sürüklənir
10-05-2018, 18:50
Saat birə işləyir
Gecədən çox keçibdir,
Bakı çoxdan yatıbdır...
Gözümə yuxu gəlmir...
10-05-2018, 06:43
“Joly joker Baku”da xeyriyyə tədbiri keçirilib
“Joly joker Baku”da xeyriyyə tədbiri keçirilib
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!