Zəmanətlə azadlıq

26.01.2012 01:38

Güney Azərbaycan Milli Hərəkatının fəalı Hüseyn Səduqi zəmanətlə azadlığa buraxılıb. Soydaşımız 10 min dollar mülk girovu qarşılığında sərbəstliyinə qovuşub.
Azərbaycanlı fəal 2012-ci il yanvarın 16-da İranda futbol üzrə ölkə çempionatının 20-ci həftəsi çərçivəsində “Səhənd” stadionunda Təbrizin “Şəhrdari” və Tehranın Perspolis” futbol komandaları arasında keçirilən oyunu izləyərkən “Ettelaat” əməkdaşları tərəfindən tutulub. Milli şüarlar səsləndirdiyi üçün həbs olunan Hüseyn Səduqi cibgirlik etməkdə təqsirləndirilib. Qeyd edək ki, son günlər futbol yarışlarında azarkeşlik edən və həbs olunan bir çox azərbaycanlı fəallar üçün eyni ittiham, məhz cibgirlik etmək irəli sürülür. Ancaq həmin gün tutulan digər 5 azərbaycanlı fəalın azadlığa buraxılıb-buraxılmadığı haqda heç bir məlumat yoxdur.






Bu xəbər 9 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC