Azərbaycanlı jurnalist həbs olunub

26.01.2012 01:40

Azərbaycanlı jurnalist, “Tebriznews” xəbər saytının baş redaktoru Peyman Pakmehr həbs olunub. “Ettelaat” əməkdaşları tərəfindən tutulan azərbaycanlı jurnalist Tehrandakı Evin həbsxanasına salınıb. Onun həbsinə Təbriz İnqilab Məhkəməsi order verib. Jurnalistin konkret nədə günahlandırıldığı bilinmir. Qeyd edək ki, Peyman Pakmehr əvvəllər İran adlanan yerdəki mövcud hökumət tərəfindən nəşrinə qadağa qoyulmuş “Şəms Təbriz” qəzetində işləyib. O, “Tebriznews” saytında Azərbaycanla bağlı xəbərlər verirdi. Peyman Pakmehr Təbriz Universitetinin ingilis dili fakültəsini bitirib. Dünya Jurnalistlər Federasiyası və İran Jurnalistlər Dərnəyinin üzvüdür. Eyni zamanda bu şəxs əvvəllər öz yazılarında GAMOH sədri, doktor Mahmudəli Çöhrəqanlıya qarşı yalan ittihamlar irəli sürüb, Güney Azərbaycan Milli Hərəkatı və onun fəallarını tənqid edib.






Bu xəbər 12 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC