Hüseynzadə və sultani azadlıqda

26.01.2012 01:43

Güney Azərbaycan Milli Hərəkatının iki fəalı azadlığa buraxılıb. “Qaya” rəqs qrupunun rəhbəri Əlirza Hüseynzadə 138 gün həbsdə saxlanıldıqdan sonra Təbriz Mərkəzi Həbsxanasından, şair Əli Sultani isə Qoşaçay zindanından sərbəst buraxılıb.
Sentyabrın 28-də Təbrizdə öz şəxsi mənzilində həbs olunan Əlirza Hüseynzadənin həbsdə saxlanıldığı müddətdə işkəncələrə məruz qaldığı bildirilir. Azərbaycan toylarında milli rəqslər ifa etdiyinə görə təzyiqlərə məruz qalan fəal milli təhlükəsizliyə xələl gətirməkdə ittiham olunur. Bu il yanvarın 1-də “Ettelaat” əməkdaşları tərəfindən Qoşaçay şəhərində həbs olunan Əli Sultaninin də səhhətində ciddi problemlərin olduğu bildirilir.






Bu xəbər 12 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC