Qarabağa yol Təbrizdən keçir

30.09.2011 09:11



Bakıda Qulamrza Əmaninin anım mərasimi keçirildi

Dekabr ayının 4-də Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasında Azərbaycanımızın bütövlüyü uğrunda həyatını qurban vermiş Qulamrza Əmaninin anım mərasimi keçirildi. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi sükutla yad olunduqdan sonra DAK-mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəyli Bütöv Azərbaycanın igid əsgərlərindən biri, vətən, millət yolunda canını fəda etmiş, bu il oktyabrın 28-də Güney Azərbaycanda qardaşları Cəfər və Kərimlə birlikdə faciəli şəkildə həlak olmuş Qulamrza Əmaninin şərəflə yaşanmış qısa ömür yoluna işıq tutdu.
Qeyd etdi ki, Qulamrza Əmani, Heris ətrafında olan Qaragüney kəndində anadan olmuş, ali təhsilini Təbriz Universitetində aqrar mühəndisliyi ixtisası ilə bitirmişdi. O, İran İslam Respublikasının rəsmi TV-sının hazırladığı “Siz türklərlə qonşu olub, evlənərsinizmi?” adlı məşhur anketə etiraz aksiyasının, Bəzz Qalasının yığıntıların, Səttarxan məzarı üstü tədbirlərin fəal iştirakçılarından idi. Şəhid Əmani başqa şəhidlərimizlə yan-yana İran hakimiyyətinin həbsxanasında 5-il müddətində ağır işgəncə və təzyiqlərə məruz qaldı. Lakin İran hakimiyyəti onun iradəsin sındıra bilmədi. Milli fəallara qarşı dəfələrlə təkrarlanmış aradan götürmə cəhdi ən sonuncusu olaraq Q.Əmani və onun 2-qardaşına qarşı yönəlmişdi. Təbrizin yaxınlığında 2-ağır yük maşını onların üzərlərindən keçmiş, 2-qardaşı yerindəcə vəfat etmiş, özü isə Təbriz xəstəxanasına çatdırmaq bəhanəsi ilə təcili yardım maşınına mindirilmiş, lakin 25 dəqiqəlik yolu təcili yardım 4-5saata qət edib. Q. Əmani xəstəxanaya əməliyyat otağına yerləşdiriləndən 15 dəqiqə sonra İran Təhlükəsizlik Məmurları qanunsuz olaraq cərrahiyə otağına daxil olmuş və çıxanda onun öldüyün söyləmişlər.
Q.Əmani haqqında qısa məlumat verdikdən sonra Əbülfəz Elçibəyin Bütöv Azərbaycan idealogiyasını, konsepsiyasını ortaya qoyduqdan sonra Güney Azərbaycan milli azadlıq hərəkatına yeni bir nəfəs gəldi, Azərbaycanın müstəqilliyi, Güney Azərbaycanın oyanışına stimul verdi sözləri ilə Əlirza müəllim çıxışını davam etdi. Güney və Şimali Azərbaycanın ziyalıları Güney Azərbaycan məsələsini Beynəlxalq aləmə və gündəmə gətirdilər.Bu gün Güneydə gedən milli mücadilə heçkimin diqqətindən yayınmır. Lakin bütün beynəlxalq təşkilatlar bu məsələni gözardına vururaraq bizim millətin taleyi ilə maraqlanmırlar. Şimali Azərbaycan müstəqil olduğu kimi, cənubi Azərbaycanın müstəqilliyi istəsələrdə-istəməsələrdə qaçılmazdır. Əlirza müəllim çıxışını bitirdikdən sonra sözü Zahid Əlisoya verdi. Təəsüflə qeyd etdi ki, 50 milyonluq xalqın böyük əksəriyyəti hələ də pərakəndə şəkildədi. Qüvvələrimizin səfərbər olması, məqsədimizə çatmaq üçün bizim ruhumuzu birləşdirməlidir, bizim düşüncə tərzimizi yaxınlaşdırmalıdır. Fikirlərimizin, ruhumuzun yaxınlaşacağı bir dövrdə təəssüf edirəm ki, bizim bir hissəmiz kiril əlifbası, bir hissəmiz latın əlifbası, bir hissəmiz əski ərəb əlifbası ilə yazırıq. Bununla da bitmir bəzilərimiz özümüzü Azərbaycanlı, bəzilərimiz Türk, başqa bir hissəmiz isə İranlı adlandırırıq. Bu bizim xalqın böyük faciəsidir. Əmani qardaşlarının ölümü də məhz bu problemlərin həllinə yönəlmiş mübarizənin nəticəsidir. Pərakəndə şəkildə itkilərimiz çox olub. Təəsüflənirəm pərakəndəlik deyəndə təşkilatlarımızın çoxunun parçalanmasından sanki bizim hər birimizdə şəxsi maraqlar milli maraqlarımızı üstələyir və nəticə etibarı ilə bizim təklənməmizə məhf olmamıza gətirib çıxarır. Təbii ki, hər birimizin içində öz məqsədimizə, hədəfimizə çatmaq üçün böyük inam var. Məhəmməd Əmin Rəsulzadənin yazdığı millət və milliyyət fikri mənim üçün çox əhəmiyyətli və qiymətlidir. O, milliyyət məfhumu ilə millət məfhumun bir-birinən ayıraraq qeyd edir ki, milliyyət-bir etnosa deyilir. Biz türk etnosu olaraq milliyyətik. Millət-anlayışına gələndə isə millətin hədəfi, məqsədi olmalıdır. 50 milyonluq Azərbaycan türkünün bir məqsədi olmalıdır-Azərbaycanı bütövləşdirmək, böyük və müstəqil Bütöv Azərbaycan qurmaq. Bizim tələbələrimiz, gənclərimiz, uşaqlarımız baxçadan başlayaraq bu ruhda tərbiyə almalıdır. Siyasi ictimai təşkilatlarımız bu məqsədlər uğrunda mübarizə aparmalıdırlar. Çox təəsüflər ki, misal gətirməyə məcburam ermənilər öz gənclərinə, uşaqlarına böyük ermənistanı qurmağı, dostunu, düşmənini öyrədir. Gürcüstanda da, belə bir məsələ var, əsası Qamsaxurdiya tərəfindən qoyuldu və bu gün də kimin nə deməyindən asılı olmayaraq o siyasət davam etdirilir. Həm Şvardnadze tərəfindən davam elətdirildi həm də Saakaşvili tərəfindən davam elətdirir. Saakaşvilinin münasibəti əvvəliki adın çəkdiyim ikisindən nisbətən müsbətdir. Gürcülərdə uşaqlarını o cürə tərbiyə edirlər. Çün ki, gürcülər 2 milyondur onların yarısı meqril, yarısı gürcüdür. Say etibarı ilə orada yaşayan türklər gürcülərlə bərabərdir. Abxazlar orada təqribən 80-120 min arasıdır amma onların dili gürcülərin dilindən sonra ikinci dil sayılır. Baxmayaraq ki, biz dəfələrlə onlardan çoxuq və bununla belə orada heçbir hüququmuz yoxdu. Bütöv Azərbaycan birliyi yarananda cəmiyyətdə müəyyən dəyişikliklər yaradırdılar. Ali məktəblərdə təhsil alan tələbələrinin Ə. Elçibəyin fikirlərinə qulaq asması müsbət effekt verirdi. Üzülürəm ki, onun vəfatından sonra bu proses azərbaycanda zəiflədi. Mən demək istəyirəm ki, bizim hər birimiz çalışaq ki, özümüz və ətrafımızdakıları bir məqsədə yönəldək məhs Bütöv Azərbaycan qurmağa. İnanıram ki, çox insanı bu ideya ətrafında mərkəzləşdirsək bizim itkilərimiz az olar, hər mənada uğurlarımız böyük. Bu yolda hamımıza uğurlar arzulayıram bütün şəhid qardaşlarımızın ruhu şad olsun.
Gültəkin Həsənova “biz bir yolun bir əqidənin insanlarıyıq” Deyə çıxışına başladı. Əmani qardaşlarının qətli Azərbaycanın bütövlüyünə, birliyinə, yönəlmiş zərbədir. Rəhmətlik Ə. Elçibəy belə bir söz deyirdi: “Qarabağa yol təbrizdən keçir”. Bunu anlamayanlar, dərk etməyənlər, qəbul etməyənlər ancaq Qarabağ problemin görürdü, birinci Qarabağ problemin həll etməyi düşünürdü. O, insanlar Bütöv Azərbaycanın içində olan Dərbənd, Təbriz, İrəvan, Göyçə mahalı, zaman-zaman itirilmiş digər torpaqları görmürdü.Bunlar bəlkədə bilməməkdən irəli gəlirdi. Bu gün bizim dərdimiz Bütöv Azərbaycandı. Bizim hamımızın yolu Bütöv Azərbaycan yoludur. Bu yolda nə qədər şəhidlər versək belə, nə qədər əzabla yüklənsək belə hədəfə yürüməliyik. Saysız hesabsız manelər olsa belə bizim xilasımız Bütöv Azərbaycandı. Biz itirilmiş torpaqlarımızı Azərbaycanın bütövlüyündə almağa nail olacağıq və bu yolda da hər bir Azərbaycan türkünə uğur diləyirəm, millətimizə birlk arzulayıram, millətimizə o şəhidləri unutmamağı arzulayıram, millətimizə o şəhidlərin ruhun şad etmək gücün arzu edirəm, Tanrı bizə güc versin biz onların ruhun şad edə bilək.
“Bütöv Azərbaycan” qəzetinin təsisçisi, baş redaktoru Tamxil Ziyəddinoğlu bütün şəhidlərimizə Tanrıdan rəhmət dilədi, qeyd etdi ki, onların ruhları həmişə bizimlədi və bizim hər addımımıza şahidlik edirlər. Biz, “Bütöv Azərbaycan” qəzeti yaratmaqla bildirmək istəyirik ki, azadlıq mücahidlərinin sırasındayıq. Biz Bütöv Azərbaycan uğrunda gedən mübarizənin əsgərləriyik və milli mücadilə yolunda canımızı verməyə qədər hazırıq. Bu günkü pərakəndəliklərdən çox sıxılmayın. Tək adamda başladığı yolu inamla gedəndə hədəfə çatır. Biz isə həmişə sizinləyik və əsgər qardaşlarınız olaraq öz səngərimizdəyik. Hamımıza bu döyüşdə uğurlar diləyirik.
Pr. Dr. Vaqif Sultanlı: “Ölümü ilə bu xalqın düzənini pozan, öz itkisi ilə xalqın taleyində ciddi çətinliklərə səbəb olan, bir çox şəxsiyyətlərimiz olub”. 20-ci əsrin əvvəllərində Səttarxanın, S.C. Pişəvərinin, Ş.M. Xiyabaninin, M. Rəsulzadənin, M.H.Şəhriyarın və bunlar kimi çoxların saymaq olar. Əvəz olunmaz şəxsiyyətlərimizin ölümləri ilə əlaqadar bizim imkanlarımız olmayıb ki, onlara Bütöv Azərbaycan Miqyasında anım mərasimi keçircək. O mərasimdə, tədbirdə vətənin bütün insanları millətinin itirilmiş övladının taleyi üçün narahatçılıq keçirdsin. Son dövrlərdə Ə. Elçibəyin ölümü bir istisna olmaqla. Təxminən 10 il bundan əvvəl erkən dünyasını dəyişən Əli Kəmalinin anım mərasimi keçirildi. Əslən Güneydən olan ziyalılarımızdan Böyük Rəsuloğlunun təşəbbüsü ilə Ədəbiyyat İnistitutunda başlanğıcdan sona qədər çox ciddi və böyük bir anım mərasimi keçirildi. Tədbir möhtəşəm keçdi ona görə ki, Azərbaycan xalqı illər boyu edə bilmədiklərini sıravi bir vətəndaşın, ziyalı bir insanın anım mərasimində əks elətdirmək istəyirdi. Orada ziyalılar öz dərdlərini izhar etmək həyəcanında idilər. O hadisədən sonra Azərbaycanda şəhidlərimizin anım mərasimini keçirmək ənənə halına çevrilib. O milli düşüncə yaşayacaq, onu bir nəfər də olsa yaşadacaq. Azərbaycanın mentaritetində dahilər yetirmək qüdrəti var. O, çox zaman başqa sahələrdə yetişir. Siyasi şəxsiyyətlərin yetişməsində bir qədər xüsusilik olur. Bəzən 100 ildə bir, bəzən 200 ildə bir yetirə bilmir. Bəzən də görürsən M.Rəsulzadə, Əhməd bəy Ağaoğlu, Əli Bəy Hüseynzadə, Üzeyir bəy kimi nəhəng şəxsiyyətlər yetirir. Şəhidlərin taleyi təkcə bir insanın taleyi ilə bağlı deyil, o həmdə millətin problemlərinə bir təkan vericidir. Biz Bütöv Azərbaycanın taleyi ilə bağlı nə qədər narahat olsaq da işlər davam edir. Baxın bu gün Bütöv Azərbaycan qəzeti çıxır və bu qəzet məhs Azərbaycanda çıxır. Hal hazırda Azərbaycanda daim 600-ə qədər qəzet çıxır. Elə bir qəzet tapa bilmərik ki, orada Güneylə bağlı kiçik bir xəbər və ya məlumat da olsa getməsin. Hal hazırda MDB məkanında Azərbaycan diasporası çox aktiv fəaliyyət göstərir və Avropadakı diasporadan fərqlidir. Çün ki, bu Azərbaycan respublikasından çıxmış insanların hesabına formalaşmış diasporadır. Onların 100-qədər mətbuatı var, Kamçatkadan tutmuş müxtəlif ölkələrdə fəaliyyət göstərir. Hətta televiziyalar, radyolar da fəaliyyət göstərir. 15 il bundan qabaq Rusiyada Güney sözün anlamazdılar və bu sözü tələffüz etməyə belə çəkinərdilər, qorxardılar. Yadımdadır 10 il bundan qabaq hansısa bir məqaləmdə İran adın bircə cümləmdə sərt şəkildə işlətmşdim Maskvada söz söhbətə səbəb olmuşdu. Amma indi nəzarət edə bilməzlər. 100-lərlə mətbuat orqanı çıxır nəinki İranın adın çəkmək onu tənqid etmək, hətta oradakı cinayətləri çox sərt şəkildə açıb göstərmək mümkündü. Biz avropa ölkələrində çox sərbəst şəkildə fəalliyət göstərə bilirik. Azərbaycanın həqiqətlərini, problemlərini xüsusilə Güney problemlərini istənilən ölkədə deyə bilərsən. Dekabrın 12-14 də Peterburqda Azərbaycan milli höküməti ilə bağlı tədbir keçiriləcək. Bu tədbiri pozmaq üçün cəhdlərdə var artıq bizə xəbərdarlıq olunub və biz çalışırıq ki, nə formada da, olsa bu tədbir keçirilsin. Burada Rusiyanın müxtəlif Azərbaycanşunas alimləri iştirak edəcəklər hansı ki, o həqiqəti söyləməyi bacaranlardır. Bu yaxınlarda Qarabağ muharibəsində iştirak edən General Volox gəlmişdi. O, vaxtı ilə Qarabağda bizim əleyhimizə müharibədə general kimi Azərbaycana qarşı vuruşub. Həqiqətlə tanış olandan sonra xatirələrini yazır və Azərbaycan tarixi ilə bağlı tədqiqatlar aparır. İtirdiyimiz şəxslərə görə, şəhidlərə görə, Azərbaycanın çox dəyərli bir övladına görə başımız sağolsun. İnanıram ki, bu cür itki Azərbaycanda ümidsizlik yaratmayacaq, əksinə milli hərəkatın inkişafında millətin öz ideallarına doğru mübarizədə yeni təkan olacaq.
Tədbirə yekun vuran Əlirza Amanbəyli, son bir həftə içində İranda Azərbaycan dövlətçiliyi əleyhinə olmayan təhqiredici fikirlərin yayılmasından narahatlığını bildirdi ki, bəzi insanlar bizim millətimizin mənafeyinə yox düşmən mövqeyində olan dövlətlərin mənafeyinə xidmət edir. Yəqin ki, bu məsələ cavabsız qalmayacaq. Güney Azərbaycan fəalları İranın rəsmi orqanlarına müraciətlər edirlər. İran Televiziya kanalında səhər kanalı bütün günü Azərbaycanı İranın tərkib hissəsi olaraq şimali iran adlandırır və Azərbaycan dövlətçiliyi əleyhinə təbliğatlar aparılır. İranda 500-1000 qəzet çıxırsa onun 15-20 də Azərbaycan İranın ərazisi kimi qiymətləndirilir. Azərbaycan daxilində din pərdəsi altında müəyyən təxribatlar müəyyən təbliğatlar aparılır amma bunlara heç kim heç nə demir. Amma burda sadəcə 1-qəzetdə Güney Azərbaycan sözü yazıldığına görə İranda Azərbaycanın ordakı səfirini çağırırlar 4-5 saat izahat istəyirlər ki, niyə belə yazıblar onun da dili yoxdur ki, desin sizinkilərdə yazır axı. Sözümün canı odur ki, deyilən sözün cavabını vaxtında və yerində verdikdə hər kəs öz işin bilər. Mərhum Heydər Əliyevin vaxtında ona demişdilər ki, sizin mətbuatda İran əleyhinə yazılar yazılır. O, da cavab olaraq bəyəm siz yazmırsınız? -demişdi.
Əzizlərim, Qulamrza Əmaninin ölümü tək onun ailəsi, Bütöv Azərbaycan milləti və Azərbaycan xalqı üçün, hamımız üçün böyük itkidir. Belə itkilərimiz vətən eşqinədir. Təki vətən sağolsun!
Tamxil Ziyəddinoğlu “ Bütöv Azərbaycan” 11.12.2008 № 5




Bu xəbər 242 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC