“Esteglal” və “Traxtur Sazi” komandalarının oyunundan sonra İranda kütləvi iğtişaşlar başlayıb

10.09.2011 14:25

İran futbol çempionatının 6-cı turunda paytaxtın “Esteglal” və Təbrizin “Traxtur Sazi” komandalarının görüşü kütləvi iştişaşlarla müşayiət olunub.Təbriz komandasının 3-2 hesabı ilə qalib gəldiyi oyundan sonra azarkeşlər arasında başlanan qarşıdurma küçələrə sirayət edib.

Azərbaycanlıların oyun ərəfəsində və oyundan sonra Urmiyə gölünün qurumasının qarşısını almayan İran hakimiyyətinə qarşı etiraz aksiyası keçirməyə hazırlaşacağı barədə xəbərlərdən sonra İran təhlükəsizlik orqanları ciddi tədbirlər görüb. Matçı izləməyə gələn çoxlu sayda azərbaycanlı azarkeş stadiona buraxılmayıb. İlk qarşıdurmada burada yaranıb. Stadionun girişində polisin azərbaycanlı azarkeşlərin üzərində axtarış aparması, biletləri əlindən alaraq cırıb atması “Traxtur Sazi” tərəfdarlarının etirazına səbəb olub. Polis “Esteglal”ın ev sahibi olduğu matça rəqib komandanın məhdud sayda azarkeşinin buraxılacağı barədə xəbərdarlığından sonra soydaşlarımız maneələri yararaq stadiona daxil olmaq istəyiblər. Stadionun qarşısında toplanan on mindən çox azarkeş “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun”, “Azərbaycan var olsun, istəməyən kor olsun” kimi şüarlar səsləndiriblər. Bundan sonra polis qanunsuz aksiya keçirildiyi bəhanəsi ilə azarkeşlərə güc tətbiq etməyə başlayıb. Baş verən toqquşmalarda çoxlu sayda azərbaycanlının yaralandığı bildirilir.

İrandakı etibarlı mənbələr daha bir toqquşmanın Tehran məzarlığında İran milli azadlıq hərəkatının lideri Səttarxanın qəbri yaxınlığında baş verdiyini bildirir. Oyun ərəfəsində aksiya keçirməyə cəhd edən azərbaycanlılar Səttarxanın məzarını ziyarət etmək istəyiblər, məzarlığın ətrafına çoxlu sayda polis qüvvəsi cəlb edən hakimiyyət buna imkan verməyib. Nəticədə məzarlığın girişində toqquşma olub. Çoxlu sayda azərbaycanlının həbs olunaraq polis məntəqələrinə aparıldığı bildirir.

“Esteglal” - “Traxtur” matçının keçirildiyi stadionun qarşısında və Səttarxanın məzarı yaxınlığında baş verən toqquşmalardan sonra İran təhlükəsizlik orqanları müxtəlif şəhərlərdə milli hərəkatın fəallarını həbs etməyə başlayıblar. Həbs olunanlar arasında bir müddət əvvəl məhkəmə qərarı ilə girov müqabilində azadlığa buraxılan, cəzası ev dustaqlığı ilə əvəzlənən Abbas Lisani də var.

“Traxtur Sazi” komandasının ənənəvi rəqibi “Esteglal” üzərində qələbəsindən sonra liderliyə yüksəlməsi Təbrizdə böyük ruh yüksəkliyi ilə qeyd olunub. Oyun bitdikdən sonra küçələrə axışan təbrizlilər komandalarının qələbəsini müxtəlif şüarlar səsləndirərək qeyd ediblər. Oyundan sonra taksilərin bütün şəhər boyu aramsız siqnal çalıblar, “Traxtur”un qələbəsini qeyd edən azarkeşlər yolları bağlayaraq maşınları uzun-uzadı siqnal çalmağa məcbur ediblər. Şəhərə çıxarılan polis qüvvələri ictimai asayişi pozduqları bəhanəsilə bəzi azarkeşləri həbs etməyə çalışıb, bu isə qarşıdurmanın miqyasının böyüməsi ilə nəticələnib. Təbrizdən verilən məlumatda bildirilir ki, siyasi şüarlar səsləndirildikdən sonra şəhər küçələrinə hərbi maşınlarla əsgərlər gətirilməyə başlayıb, hazırda şəhərdə qeyri-rəsmi fövqəladə hal rejimi hökm sürür.

Toqquşmalardan sonra şəhərin kənar məhəllələrindən əhali şəhər mərkəzinə gəlməyə başlayıb, lakin onların qarşısı yollarda qurulmuş postlarda alınıb. Bəzi postlarda toqquşmalar baş verib, həbs olunanlar var. Axşam saatlarından Təbrizin müxtəlif yerlərində baş verən toqquşmalar hələ də davam etməkdədir, bəzi xəbərlərə görə, hakimiyyət orqanları toqquşma




Bu xəbər 160 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC