"Ölsəm şəhidəm, qalsam qəhrəman..."

09.09.2011 14:05



Allah yolunda, dini, canı, malı, namus və şərəfi, vətən və milləti
uğrunda ölənlərə şəhid deyilir. Şəhidlər Allahın hüzuruna diri olaraq getdiklərinə, sorğusuz-sualsız cənnətə girəcəklərinə, şahidlik olunduğu üçün bu adı alıblar. Qurani – Kərimdə belə buyrulur:"Allah yolunda öldürülənlərə ölülər deməyin, onlar ölü deyil, diridirlər, lakin siz (o yüksək həyatın) fərqində deyilsiniz" (Bəqərə,154).
Vətəni və milləti uğrunda döyüşərək müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri də avqustun 20- də 45 yaşı tamam olan Azərbaycanın Milli Qəhrəmanı, şəhid Fazil Mehdiyevdir. Fazil Umud oğlu Mehdiyev 20 avqust 1966-cı ildə Laçın rayonunun Ələkçi kəndində anadan olub. O, uşaq olarkən ailəsi Ağdamın Abdal Gülablı kəndinə köçüb. 1983-cü ildə məktəbi bitirdikdən sonra. 1984-1986 – cı illərdə hərbi xidmətdə olub. 1988 – ci ildə başlanan Qarabağ münaqişəsi başqa həmvətənlərimiz kimi ilk gündən Fazili də narahat edib. 1990-cı ildə Ağdam rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna yazılan Fazilin səsi ən qaynar döyüş meydanlarından eşidilməyə başlayıb. 1991-ci ildə Qaradağlı kəndində ağır yaralanmasına baxmayaraq azacıq sağalan kimi yenidən döyüşə yollanıb. Döyüşlərdə böyük qəhrəmanlıqlar göstərib. 1991- ci ilin avqust ayında erməni işğalçılarına məxsus "Niva" markalı avtomobili ələ keçirib polis idarəsinə təhvil verib. Bu sayaq igidlikləri çox olub. Fazilin qəhrəmanlığı haqqında əfsanələr hələ sağlığından yayılıb. 1991-ci il sentyabrın 23-dən 24-ə keçən gecə ermənilərin Abdal Gülablı kəndinə hücum xəbərini eşidən Fazil dostu Salehlə birlikdə döyüşə tələsib. Ancaq Ağdama gələn yolda ermənilərin qurduğu pusquya düşüblər və Fazil bu döyüşdə qəhrəmancasına həlak olub. Igid vətən oğlu Ağdamın "Qarağacı" qəbiristanlığın dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Mehdiyev Fazil Umud oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
21 avqust 2011- ci ildə şəhidin doğum günü ilə əlaqədar olaraq “ Facebook “ sosial şəbəkəsində yaradılan “ Laçın və laçınlılar “ qrupunun təşəbbüsü ilə şəhidin Nəsimi rayonun da yerləşən büstü önündə “ Şəhidlər ölməz, Vətən bölünməz” adlı anım tədbiri keçirilib. Tədbirdə “ Laçın və laçınlılar” qrupundan başqa, Abuzər Nadirovun rəhbərlik elədiyi “ Laçın “ futbol klubu, Azərbaycan “ Məcburi Qaçqın və köçkün ” gənclər təşkilatının üzvləri, ziyalılar, hərbiçilər və şəhidin döyüş yoldaşları da iştirak ediblər.
Torpaqlarımız uğrunda şəhid olmuş soydaşlarımızın ruruhuna dualar oxunduqdan və bir dəqiqəlik sükutdan sonra tədbiri giriş sözü ilə açan Laçın rayon Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Orxan Cəbrayılov Fazil Mehdiyevin döyüş yolundan, göstərdiyi igidliklərdən söhbət açaraq onun bu gün də gənclərə bir örnək və qəhrəmanlıq nümunəsi olduğunu qeyd eləyib. Sonra söz milli qəhrəmanın anası Şövkət xanıma verilib. Göz yaşlarını saxlaya bilməyən ana bu gün onlarla bərabər olduqlarına görə bütün tədbir iştirakçılarına minnətdarlığını bildirib. “ Bu gün ürəyim dağa döndü. Sizlərin hər biri mənim üçün övlad yerindəsiniz. Mən fəxr edirəm ki, gənc nəslimiz belə vətənpərvər böyüyür, keçmişinə, bu gününə hörmətlə yanaşır. Ailəm və yaxınlarım adından bir daha hər birinizə təşəkkür edirəm “.
Daha Sonra çıxış edən Söhrab Həsənov, Abuzər Nadirov, Günel İsmixanova, Fazil Mehdiyevin qəhrəmanlıqlarından, göstərdiyi igidliklərdən danışıblar və gənc nəslin nümayəndələrini onların xatirəsini daima belə ehtiramla xatırlamağı tövsiyə ediblər.
Sonda Elbrus Şahmarın qəhrəmana həsr olunmuş " Fazilin Allah dərgahına gedən ömür yolu " kitabı tədbir iştirakçılarına hədiyyə olunub.

Siyavuş Əmirli




Bu xəbər 634 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC