"Gül Dəftəri"nin təqdimat mərasimi keçirilib.

29.01.2012 04:17

Atatürk Mərkəzində şair - publisist İlham Qəhrəmanın toplayaraq, tərtib etdiyi XVII əsrin görkəmli bayatı ustadı Sarı Aşığın bayatılarından ibarət “ Gül Dəftəri” adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözüylə filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı açıb: “Bayatının çətin janr olmasına baxmayaraq, Sarı Aşıq sözün qüdrətindən istifadə edərək gözəl və təkrarolunmaz sənət nümunələri yaradıb və bayatıya öz möhürünü vurub. Ana dilimiz, milli ruhumuz Sarı Aşığın bayatılarında özünün təsdiqini bir daha ən yüksək səviyyədə tapıb”. Sonra tanınmış tənqidçi Əsəd Cahangir, çıxış edərək İlham Qəhrəmanın 12 ildən artıq bu kitab üzərində çalışdığını və sonda gözəl bir toplu meydana gətirdiyini vurğulayıb. “Nizami deyəndə poema, Fizuli deyəndə qəzəl, Vaqif deyən də qoşma yada düşürsə, Sarı Aşıq deyəndə bayatı yada düşdür deyən Əsəd Cahangir həmçinin Sarı Aşığın irsinin daha dərindən elmi iş səviyyəsində öyrənilməsi məsləhət bilib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraət ustası Zülfiyə Eldarqızının çıxışı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Daha sonra çıxış edən, “Laçın yurdu” jurnalının baş redaktoru, şair – publisist Arif Məmmədli, tanınmış rəssam Yusif Mirzə, laçınlı ziyalı Azər Məmmədov, Facebook sosial şəbəkəsində olan "Laçın və laçınlılar" qrupu adından İbrahim Mirzəyev, Asif Ata ocağının nümayəndəsi jurnalist İşıqlı Atalı, kitabın ərsəyə gəlməsində göstərdiyi fədakarlığa görə İlham Qəhrəmana minnətdarlıqlarını bildiriblər. Sonda söz, İlham Qəhrəmana verilib: Uzun illərin araşdırmalarından sonra mən artıq öz zəhmətimin bəhərin gördüm deyən İlham Qəhrəman, havanın həddən artıq soyuq, qarlı olmasına baxmayaraq Sarı Aşıq işığına yığışanlara öz dərin təşəkkürünü bildirib. Siyavuş Əmirli



Bu xəbər 414 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC