Keçmiş Dünya Ticarət Mərkəzinin yerində İslam mərkəzi açıldı

22.09.2011 04:26

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində 11 sentyabr hadisələrinin cərəyan etdiyi "sıfır nöqtəsi" (Ground Zero) adlanan yerdə İslam mərkəzi açılıb. Vaxtilə Dünya Ticarət Mərkəzinin olduğu yerə yaxın ərazidə İslam mədəniyyət mərkəzinin açılışı bayram əhval-ruhiyyəsi ilə keçib və insidentsiz ötüşüb.

Qeyd edək ki, ötən il Birləşmiş Ştatlarda İslam mərkəzinin və Qoşa qüllələrin yerində məscidin inşası ilə bağlı qızğın mübahisələr yaranmışdı.

Mərkəzin inşasını həyata keçirən Şərif əl-Qamal 11 sentyabr qurbanlarının ailələrinin lap əvvəldən layihəyə cəlb edilməməsini "böyük səhv" adlandırıb. Onun sözlərinə görə, İslam mərkəzi bütün dinlərdən olan insanların üzünə açıqdır və burada 11 sentyabr memorialı da hazırlanacaq.

15-mərtəbəli binada həmçinin teatr, təhsil proqramları, hovuz və restoran yaradılması üçün maliyyə vəsaiti toplanmaqdadır. Məscid və mühazirə otaqlarından başqa, İslam mərkəzində idman və digər məşğulliyyətlər üçün məkan da var.

Mərkəzin açılışı ilə əlaqədar "Nyu Yorkun övladları" adlı foto-sərgi də təşkil edilib. Sərgidə Nyu-Yorkda yaşayan və 170 ölkədən olan 170 mühacir uşağın portretləri nümayiş olunub. Tədbirdə ənənəvi şərq musiqi alətlərində ifa edən orkestr də çıxış edib.




Bu xəbər 148 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC