ABŞ-da 22 illik istintaqdan sonra ölüm hökmünə qarşı mübarizənin simvolu edam edildi

22.09.2011 04:32

ABŞ-ın Corciya ştatında 1989-cu ildə polisi qətlə yetirmiş Troy Devis edam edilib. Dünya ictimaiyyəti günahkar olması böyük şübhələr doğurmuş Devisin əfv olunmasına çağırsa da, məhkəmə ölüm cəzası qərarını dəyişməyib. Müttəhimin vəkili ölüm cəzasının vaxtının müvəqqəti olaraq uzadılmasına belə nail ola bilməyib.

Son söz məsələnin yekunlarını nəzərdən keçirən ABŞ Ali Məhkəməsinin olub. Vəkillər və Devis tərəfdarları balistik ekspertizanın nəticələrinin tutarlı olmaması və şahid ifadələrinin bir-birilə uzlaşmamasını əsas gətirərək, ölüm cəzası qərarının təxirə salınması tələbi ilə çıxış edirdi.

Qeyd edək ki, Troy Devis 1989-cu ildə Burger Kinq kafesinə silahlı basqın zamanı vəzifəsini yerinə yetirən polis nəfərini qətlə yetirmişdi. Müttəhimə ölümcül iynənin vurulduğu bildirilir.




Bu xəbər 145 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC