Mixail Saakaşvili: “Mən erməni deyiləm”

27.09.2011 05:56

“Mən erməni deyiləm, hətta anam təəccübləndi ki, heç kəs mənim erməni mənşəli olmadığım haqda danışmır”.
Bu fikirləri Gürcüstan prezidenti Mixail Saakaşvili “Xüsusi reportaj” proqramına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan telekanallarından biri ondan müsahibə götürmək istəyib: “Onlar dedilər ki, mənim erməni mənşəli olduğumu bilirlər və qorxurlar ki, məndə bununla bağlı kompleks yarana bilər. Mən onlara belə cavab verdim: “Mənim üçün erməni olmaq böyük şərəf olardı, amma problem odur ki, mən erməni deyiləm”. Telekanallarda bir veriliş getmişdi və orada mənim milliyyətcə erməni olduğumu demişdilər. Anam mənə zəng vurdu və dedi ki, onlar hər şey deyə bilərlər, bəs sən niyə erməni olmadığını demədin. Biz çoxlu etnik qrupların bir arada yaşadığı böyük sivilizasiyaya malik ölkəyik”




Bu xəbər 154 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC