Gürcüstan parlamentində dava düşüb

27.09.2011 05:59

Gürcüstan parlamentinin Suxuminin işğalının 18-ci ildönümünə həsr olunmuş iclasında insident baş verib.
“Novosti-Qruziya” agentliyinin verdiyi məlumata görə, 2008-ci ildə baş verən Rusiya-Gürcüstan müharibəsində prezident Mixail Saakaşvilini ittiham edən müxalifətçi deputat Petre Mamradze sözünü bitirməmiş Təbii ehtiyatlar və ətraf mühitin mühafizəsi komitəsinin sədri Akaki Boboxidzedən yumruq zərbəsi alıb.

Zalda səs-küy yaranıb, iqtidar deputatları Mamradzeni Moskvanın sifarişini yerinə yetirməkdə ittiham ediblər. Dalaşan deputatları ayırıblar. Bir neçə dəqiqə sonra parlamentin sədri David Bakradze çıxışını tamamlaması üçün P. Mamradzeyə söz verib. Daha sonra söz alan A. Boboxidze öz hərəkətinə görə üzr istəsə də, bu üzrü Mamradzeyə deyil, cəmiyyətə ünvanladığını söyləyib.




Bu xəbər 132 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC