Ruhumuz bizi ölməyə qoymadı

22.01.2012 03:52

İşıqlı Atalı
İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağının Yükümlüsü

Azərbaycan tarixində ən dəhşətli faciələrdən sayılan 20 Yanvara Mütləqə İnam Ocağının özünəməxsus baxışı var. İnam Ata Azərbaycanın tarixi faciələrini sadalayarkən 20 Yanvarı ayrıca qeyd edir. Ona görə də faciənin ildönümünə yaxın bu mövzuda danışmağımız təbiidir. Milli faciə kimi yaddaşımızda dərin kök salmış 20 Yanvar haqqında fərqli, mahiyyət üstə təhlillər aparırıq. İnam Ata Azərbaycanın tarixində bir neçə rəmzləşmiş tarixi faciələrimizin adını çəkir. Bu mənada o, həmişə vurğulayırdı ki, Azərbaycanın möhtəşəm fərəhləriylə yanaşı, böyük faciələri də var. Ata deyir ki, Azərbaycanın birinci böyük faciəsi Midiyanın süqutudur. Bunu Ata ilk milli dövlətin çöküşü adlandırır. İkinci faciəmiz Babəkin qətlidir. Yalnız Babəkin qətlindən sonra ruhumuz ərəbə yenildi, milli özgürlüyümüz əlimizdən alındı. Üçüncü faciəmiz Çaldıran fəlakətidir. 1514-cü ildə Osmanlı hökmdarı Sultan Səlimlə Azərbaycan hökmdarı Şah İsmayıl Xətai Təbriz yaxınlığındakı Çaldıran düzündə üz-üzə gəldi. Ata bununla bağlı belə deyib: “Türk türkə qarşı vuruşanda həmişə məğlub olub.”
Türkmənçay Yırtıcılığı dördüncü böyük faciəmizdir. Azərbaycan Xalq Cümhuriyyətinin devirilməsini isə Atamız beşinci faciəmiz sayır.
20-ci yüzildə daha iki dəhşətli faciə yaşadıq. Bunlardan biri 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsidir ki, bugünkü söhbətimizin başlıca mövzusudur. Hələlik sonuncu böyük faciəmiz isə 1992-ci ildəki Xocalı qırğınıdır.
Bu faciələrimiz xalqımızın tarixi taleyinə olmazın zərbələr vurub. Atamız deyir ki, 1920-ci ildə xalqın başını kəsdilər, 1937-ci ildə ürəyini yedilər.Xalqı kim yaratmalıdır? Faciəvilikdən üstün olan kəs. Fərd zamandan, gerçəklikdən üstün olmalıdır ki, xalqı yaratmaq qüdrətinə çatsın, faciəni aşa bilsin. O zaman biz dünyanın indiki qarışıq əhvalını aşıb özümüzü təsdiq edə bilərik. Fərdin faciəsi özünə yetə bilməməsindən, özünü tapmamasından başlayır. Fərd özünü yaratmasa, xalq da yaranmayacaq. Fərd inamsızdırsa, xalq da inamsız olacaq.
20 Yanvara kimi Bakıda iki ildən çox mitinqçilik, nümayiş əhvalı vardı. Eləcə də mərkəz ermənilərlə birləşib Sumqayıt hadisələrini yaratmışdı. SSRİ kimi böyük imperiyanın çöküşü artıq içəridə başlamışdı. Yenidənqurma oyunu, icazəli çıxışlar başlamışdı.
Bizi gözləyən faciələrə hazır ola bilmədik. Faciələrimiz sıralandı. Atamız 1988-ci ilin 17 noyabr mövzusunda yazdığı içsəsində vurğulayırdı ki, camaatın hiddəti idrakiliklə birləşmədi.
Yanvar faciəsi bir sıra cəhətləri üzə çıxardı: ölkənin mərkəzinin amansızcasına işğalı, suçsuz insanların faciəvi aldanışı və qətli, imperiyanın əsl üzünün görünməsi, xalqımızın sarsılması, imperiyaçılığa qarşı cəmiyyətçilik üslubunda mübarizə, zamandan, gerçəklikdən üstün ola bilməmək... Əslində faciəmizdən güc ala bilmədik. Ona görə ki, gücsüz idik. Bu üzdən də hiddətimiz parçalandı. Hiddətimiz naşı nikbinliklə birləşdi və faciə ilə sonuclandı. Faciələr selində adamların ehtirasları coşdu. Bəziləri üçün xalqın azadlığı uğrunda mübarizə əslində hakimiyyət uğrunda mübarizə demək oldu. Milli mübarizəmizin ruhani (insani), idraki yönü olmadı.
Sosializmdən kapitalizmə qayıtdıq. Adamların varlanma ehtirası, rəqabətçilik artdı, milli əhvallara, vətənçilik duyğusuna zərbə dəydi. Bu, o deməkdir ki, 20 Yanvar faciəsi zamanı yaşanan romantik əhvallar bundan sonra çətin görünə. Faciə maddi itkidən çox, mənəvi itki yaradır. Daha çox mənəvi boşluqdan yaranır faciə. Millət gerçəklikdən üstün ola bilmirsə, bu mənəvi uçurumun dərinliyindən yaranır. Faciə güclü millətə gəlsə də, içində otura bilmir. Zəif millətisə içəridən dağıdır.
Həmişə düşünmüşəm: bu boyda faciələrdən sonra niyə yox olmadıq? Çünki möhtəşəm fitrətimiz, ruhumuz bizi ölməyə qoymadı. İnam Atanın istədiyi səviyyədə xalq yaranmalıdır. Fərdlər bu yol da özündən keçməlidirlər. Xilas Mütləqə İnamdadır.

***

Qərb erməniləri Qorbaçovşinadan incimişdilər.
Moskva erməniləri Qorbaçovşinadan incimişdilər.
Ermənistan erməniləri Qorbaçovşinadan incimişdilər.
Balalarımıza güllə atılmalıydı.
Qorbaçovşina inciyənlərlə barışmalıydı.
Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcatdı.
Mərkəz də onun dişini qırıb qarnına tökdü.
Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə.
Neftçalalılara atıldı.
Cəlilabadlılara atıldı.
Naxçıvanlılara atıldı.
Lənkəranlılara atıldı.
Tətilçilərə atıldı.
Gəncə adına atıldı.
Xətai adına atıldı.
Balalarımızı ordunun üstünə göndərənlər Balalarımızla bir yerdə ölməliydilər - onda günahlarını yuya bilərdilər.
Hökumət camaata bildirməliydi ki, müstəqildir - bu səbəbdən də Kirovabadı Gəncə adlandırdı.
Hökumət Mərkəzə bildirməliydi ki, qeyri-müstəqildir - bu səbəbdən də ordunu köməyə çağırdı.
Azərbaycan hökuməti və bəzi qeyri-formallar özlərini və xalqı tələyə saldı, bir-birinin ardınca fəalcasına kal tədbirlər gördü və Mərkəzə müdaxilə imkanı yaratdılar - Şərə xeyir verdilər.
Balalarımıza gülləni Rus imperiyası atdı.
Erməni daşnakları atdı.
Azərbaycan hökuməti atdı.
Qeyri-formallar atdı.
Azərbaycan hökuməti, qeyri-formallar Yağının tələsinə düşdülər, Yağıya qırğın imkanı yaratdılar. Yağı istəyinə xidmət elədilər, balalarımızı ölümün ağzına atdılar.
Dünya bizə ağlamır, çünki bizim Vətəndən başqa Dünyamız yoxdur.
Bakıdan qaçanlara ağlayır Dünya - Bakıda qırılanlara ağlamır.
Dünyanın Balalarımıza ağlamaq ləyaqəti çatmadı.
Hökumət əvvəl Mərkəzə hayqırdı, sonra rus əhalisinə yalvardı, öz hayqırtısından diksindi.
Əvvəl ayrılmağa dartındı, sonra qardaşlıq ailəsindən beşəlli yapışdı.
Azərbaycana Beynəlmiləlçilik gülləsi dəydi.
Balalarımızın qırılması Azərbaycan hökumətini qorxutmadı - Rusların qaçması qorxutdu.
Ölənlər Qalanların əcdadı oldular.
Qalanlar Ölənlərin varisi olmalıdırlar.
Göylər Balalarımıza ağladılar - Muğam yaşıyla.
Balalarımızı əvvəl rus gülləsi qırdı, sonra şaxsey-vaxsey.
Tənha ağlayarlar - Birgə gülərlər.
Hadisə:
Stalinin quraşdırdığı Xalqlar Dostluğundan Qorbaçovşinanın Yenidənqurduğu Yağılıq.
Qurmaçı əslində millətlərə deyir: «Bir-birinizi qırın ki, sizi təzədən qurum!»
Erməni məsələsi:
I. Erməninin Türkiyə daxilində milli dövlət yaratması - əslində Rusiyanın və İngiltərənin Türkiyəyə daxil olması demək idi.
Türkiyə özünü qorumalıydı və erməni məqsədini rədd etməliydi.
II. Erməninin «Böyük Ermənistan» iddiası əslində dünyanın bir hissəsinin zəbt edilməsi deməkdir.
«Dənizdən-Dənizə» şüarı - təzə Reyx kimi bir şeydir - cəfəng və qəddar.
III. Erməni - kapitalizmi, sərmayəçiliyi təmsil eləyir - kapitalizm isə antiinsanidir - o cümlədən yenidənqurma kapitalizmi.
IV. Erməni mənəvi eybəcərliyə təbii surətdə qovuşur, ruhani həqarətdən çəkinmir, xəyanətdən bəhrələnir.
V. Bu səbəbdən də Erməninin Sabahı yoxdur - Erməni dirilmir, ölür - riyakar, pozğun ölüm gözləyir onu…
Yanvar-fevral 1990-cı il. Bakı


İNAM ATA




Bu xəbər 34 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC