O şəhid olmayıb

30.09.2011 09:19

Şəhid olsaydı özü ürəklərdə, ruhu göylərdə yaşayardı. Onun nə urəklərdə, nə də göylərdə yeri var. O, bu dünyanın üstündə, insanların fövqündədi. Deyilənə görə o dünyanı görüb gəlib. Amma ölməyib. Əslində heç yaşamır da. Sadəcə yol gedir. Eniş-yoxuşlu bir yol. Dünyanın ən uzun, ən dolanbac yolu. Bu eniş-yoxuşları, dolanbacları tək ayaqla tək gedir.
Tək ayağın üstündə dünyanın ən ağır, ən çəkilməz yükünü dartır. Gözlə görünməyən pünhan yükü tək canı ilə sağa-sola dönmədən, arxasına baxmadan aparır. Onu buralarda məndən başqa tanıyan yoxdur. Ona görə də maşınlar yanından ötüb keçir. O da maşın saxlasınlar deyə, kimsəyə əl qaldırmır. Bilir ki, onun gedəcəyi yolu maşınla getmək olmur. Həmin yolu yüz illərdi gedən yoxdu. Ot-alaq basmış o yollarda az qalıb iz də itə. Bir də ki, Zəngəzurdan, Göyçədən, Borçalıdan başlayıb Dərbəndə, Marağaya, Təbrizə uzanan həsrət yolu Qarabağda düyünə düşüb. Vətən oğlu bu düyünə qılınc çəkdi, qılınc düyündən ötüb öz ayağın kəsdi. Uf demədi. Qanla qoyulan iz silinməz, dedi. Yarası qaysaqlamamış özündə təpər tapdı, yoluna davam elədi. On yeddi ildir ki, beləcə gecə-gündüz yol gedir. Yorulmadan, usanmadan. Nə yerişini dəyişir, nə baxışını, nə yönünü. O yol məni də çəkir. Heç nə soruşmadan, interval dəyişmədən, hənir eləmədən, qarabaqara gedirəm. Bilirəm ki, beləsinin getdiyi yol müqəddəs olur.

Tamxil ZiyƏddinoğlu

“ Bütöv Azərbaycan” 11.12.2008 № 5




Bu xəbər 194 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC