“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
Tarix : 10-01-2019, 10:54
Danimarkada yaşayan soydaşımızın adı bu ölkənin təqviminə salınıb - FOTO

Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, danimarkalılara Azərbaycan musiqisini təbliğ edən Kəmalə Hüseynovanın şəkli “Mənim yeni danimarkalı rəfiqəm” layihəsi çərçivəsində Danimarkanın 2019-ci il təqviminə salınıb. Layihənin təşkilatçısı və ideyası Dünya Qadınlar Cəmiyyətinin rəhbəri Alma Andersendir. Kəmalə xanım Danimarkada Azərbaycan musiqisinin, milli-mənəvi dəyərlərinin təbliğatında xüsusi rol oynayır.
Kəmalə Hüseynova uğurlu layihə haqqında ətraflı məlumat verib: “Kopenhagendə fəaliyyət göstərən Dünya Qadınlar Cəmiyyətinin üzvüyəm. Bu cəmiyyət xətti ilə çox tədbirlərimiz olur. Cəmiyyətə üzv olan qadınlar fərqli ölkələrdəndir. Təbii ki, danimarkalı qadınlar da çoxdur. Bu da bizə öz ölkəmizi təmsil etməyə, mədəniyyət və tariximizi başqa Avropa ölkələrinin nümayəndələrinə, o cümlədən danimarkalılara tanıtmağa imkan yaradır. Həmçinin, Novruz bayramı, danimarkalıların yeni illəri təşkil edilir. Öz adət-ənənələrimizdən danışır, musiqimizi və rəqslərimizi ifa edirdik. Milli mətbəximizdən nümunələr də təqdim edirdik. Bu isə yeni bir layihənin təklif almasına səbəb oldu. İçimizdən 12 nəfər müxtəlif ölkələrdən olan qadınlar seçildi. Hər kəs özünün danimarkalı rəfiqəsini layihəyə daxil etdi. Mən də layihəyə Anne Katrina Tove Brix adlı rəfiqəmi dəvət etmişdim. O, musiqiçi və aktrisadır. Həm də ona piano dərsləri keçmişəm və buradan da dostluğumuz yaranıb. İkimiz də çox emosional olduğumuz üçün həmən dostluğumuz yarandı. Çox danimarkalı emosional deyil, bir az quru və soyuqqanlıdır.
Bir tədbirdə hər ölkə qadını öz milli geyimini geyib podiumda ondan danışır və milli ornamentlərini göstərirdi. Danimarkalı jurnalist Hanne Svendborq bizimlə ayrıca görüşüb, dostluq tarixçəmizi yazdı. Ayrı-ayrılıqda iş yerimizə gəlib müşahidələr aparır, evdə görüşərək ev həyatımızı izləyirdi. Sonra gördüklərini qələmə alırdı. O, iki fərqli mədəniyyətləri olan ölkə qadınları haqqında kiçik hekayələr qələmə alırdı. Professional fotoqraf Daniel Tuladhar fotolar çəkirdi. Axırda ortaya belə bir maraqlı lahiyə çıxdı”.
Danimarkada yaşayan soydaşımızın adı bu ölkənin təqviminə salınıb - FOTO
Danimarkada yaşayan soydaşımızın adı bu ölkənin təqviminə salınıb - FOTO


Elnur Eltürk


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!