Qarakənd faciəsi... .....                        Atəşkəs rejimini 128 dəfə pozulub .....                        "Hərə bir əsgər, hər ev bir səngər .....                        Avropa Məhkəməsindən Ermənistan əleyhinə daha bir qərar .....                        Atəşkəs rejimi 117 dəfə pozulub .....                        O ilk gün... - ŞEİR .....                        Süleyman Piriyev: “Yəqin ki, “Qarabağ” da bu görüşə yaxşı hazırlaşar” .....                        Milyarder yeni gəmisinə Natiq Əliyevin adını verdi .....                        Özbəkistanın Müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib .....                       
Tarix : 26-10-2017, 10:29
Bu günlərdə tələbə yoldaşlarımdan biri mənə telefon açdı. Hal-əhval tutandan sonra yarızarafat, yarıciddi mənə dedi ki, eşitmişəm qəzetdə fəaliyyət göstərirsən. Axı bizim gözəl qələm sahibləri olan şir tələbə yoldaşlarımız vardı. Onlardan Adil Şamiloğlunun, Əlizadə Nurinin şeirlərini əzbər bilirəm. Vaxtaşırı onların şeirlərindən qəzetinizdə verin, biz də tapıb oxuyaq. Mən həmin tələbə yoldaşıma söz verdim ki, növbəti qəzetimizin nömrələrində Adil Şamiloğlunun, Əlizadə Nurinin və Zərifə (Sufi) Mikayılovanın bir neçə şeirini qəzetimizdə dərc edərəm. Odur ki, sözümə, əhdimə sadiq olaraq üç şair tələbə yoldaşımın tər-təzə - heç yerdə dərc olunmayan şeirlərini sizlərə təqdim edirəm.

BİR BAĞIN ÜÇ GÜLÜ


Zərifə (Sufi) Mikayılova 1961-ci ildə Gürcüstan Respublikasının Başkeçid (Dmanisi) rayonunun Yuxarı Qarabulaq kəndində müəllim ailəsində doğulub. 1983-1988-ci illərdə ADPU-nun filologiya fakültəsində oxuyub. Şeir yazmağa tələbəlik illərindən başlayıb. 2003-cü ildə “Ümid” adlı ilk kitabı işıq üzü görüb. 2011-ci ildə “Qırxbulaq nağılı” və 2015-ci ildə isə “Gəl daha sevgidən biz danışmayaq” adlı üç kitabı və 15-ə qədər elmi-metodiki məqaləsi dərc olunub. “Qızıl Qələm”, “İlin müəllimi” fəxri diplomlarına layiq görülüb. “Aşıq Pəri” məclisinin üzvüdür.

Hal-hazırda Bakı şəhəri, Hövsan qəsəbəsindəki 196 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir.

Gəl

Deyirəm, a dostum, bu yerlərə sən,
Nərgizlər, lalələr açılanda gəl.
Yamyaşıl zümrüddən dona bürünən,
Düzlərə ətirlər saçılanda gəl.

Sonalı göllərdə balıqlar üzər,
Gözəllər telinə çiçəklər düzər.
Sevənlər toylarda ahəstə süzər,
Könüllər dil açıb danışanda gəl.

Həyatın rəngində min məna vardır,
Yaşamaq istəsən qəlbini yandır.
Tənha könüllərə Tanrım həyandı,
Həsrət sevgilər qovuşanda gəl.


Bir sevgi yetir

Gəl bir sevgi yetir mənə, İlahi!
Atam, anam qədər fərəh gətirsin.
Gəl bir sevgi yetir mənə, İlahi!
Nə hicran, nə də ki, kədər gətirsin.

Bu sevgi quş kimi uçursun göyə,
Bütün dərdlərimi unudum deyə,
Bu sevgi yenidən səni sevməyə
Özüylə bir dözüm, təpər gətirsin.

Bu sevgi ümmantək qoy dərin olsun,
Coşsun, dalğalansın dəryalar kimi.
Bu sevgi ömürlük həmdəmim olsun,
Qəlbimdə çiçəklər, güllər bitirsin.

Həyat bir xalıdır - min bir rəngi var,
Hər naxış, hər ilmə bir qəlbin səsi.
Gəl mənə bir sevgi yetir, İlahi!
Ömrümə çox şirin illər gətirsin.

Bir sevgi könlümün həzin nəğməsi,
Çalınsın ney kimi, bir rübab kimi.
Gəl bir sevgi yetir mənə, İlahi!
Özülyə bir nurlu səhər gətirsin.

Qara sevda

Bir gün bir məhəbbət
Doğuldu mərhəmətdən,
Doğuldu ünsiyyətdən
Bu sevginin, məhəbbətin,
Özü vardı, adı yox,
Bu sevgi bir ilğım idi,
Qəmi çoxdu, şadı yox…
Bu sevgi bir quş kimiydi.
Bir qanadı ağappaqdı,
Bir qanadı qapqara
Bu sevgi qəlbimizdə
Açmışdı dərin yara…
Qara sevda kimə gərək?
Tufanlar yara-yara
Qərq oldu dalğalara…
Bu şəhərdə bir ürəkdə
Bir məhəbbət yaşayırdı.
Özü vardı, adı yox,
Bu sevgi bir ilğım idi.
Qəmi çoxdu, dadı yox,
O həm vardı, həm də yox…

Adil Şamiloğlu

BİR BAĞIN ÜÇ GÜLÜ


Adil Şamil oğlu Sadıqov (Adil Şamiloğlu) 1961-ci ildə Şəmkir rayonunun Sarxan kəndində anadan olub. 1983-1988-ci illərdə ADPU-nun filologiya fakültəsində təhsil alıb. Şeirləri dövrü mətbuatda ardıcıl olaraq çap olunur. 2011-ci ildə “Ömrün Vurğun yaşında” adlı ilk kitabı nəşr olunub. Hal-hazırda Şəmkir rayonu Sarxan kənd orta məktəbində direktor müavini işləyir və Azərbaycan dili, ədəbiyyat fənnini tədris edir.

Unuda bilsən…

Sənə unut deyib səhv elədim mən,
Ötən günlərimi məhv elədim mən,
Eşqinlə çox səddi dəf elədim mən,
Unut, unut məni, unuda bilsən.

Suyum, çörəyim yox, qəm yeyirəm mən,
Özümü gündə yüz yol söyürəm mən,
Ürək özünündür, nə deyirəm mən,
Unut, unut məni, unuda bilsən.

Tanrı da bəndəni duyur, əfv edir,
Bu ayrılıq məni, vallah, məhv edir,
Olur ki, aqil də hərdən səhv edir,
Unut, unut məni, unuda bilsən.

Beynimə girməzdi heç də öyüdlər,
“Ziyanın yarısı…” belə deyiblər.
Gizlədərdi bizi salxım söyüdlər,
Unut, unut məni, unuda bilsən.

O dağı, o yalı, yamacı unut,
Mənə nə rəhm eylə, nə acı, unut,
Sən mənim dərdimsən, əlacı unut,
Unut, unut məni, unuda bilsən.

Bircə o bulağı, suyu unutma,
Bizi bizdən yaxşı duyur, unutma,
Yadların sözünə uyub unutma,
Unut, unut məni, unuda bilsən.

Qaçma baxışımdan, gözümə bir bax,
Mən məcnuna bir bax, özünə bir bax,
Son dəfə, son kərə sözümə bir bax,
Unut, unut məni, unuda bilsən.

Bir də dolanaydıq o dağı, daşı,
Sızlayır, göynəyir qəlbimin başı,
Ömür boyu sevgi, məhəbbət daşı…
Unut, unut məni, unuda bilsən.

Unut, o ulduzlu oxşamı unut,
O sirri, o Ayı - o şamı unut,
Nə deyirsə desin qoy hamı, unut
Unut, unut məni, unuda bilsən.

At məni


Sənə layiq mən birisi deyiləm,
Unut məni, aldat məni, at məni.
Özüm etdim nə etdimsə özüm mən,
Unut məni, aldat məni, at məni.

Qəlb səsini eşitmədim, kar oldum,
Səni duyub görəmədim, kor oldum.
Ah, nə deyim… gör necə nankor oldum,
Unut məni, aldat məni, at məni.

Bir də gəlib pəncərəni döymərəm,
Saçlarını oxşamaram, öymərəm.
Mən ki, sənin dırnağına dəymərəm,
Unut məni, aldat məni, at məni.

Yadındamı oynayardıq yağışla,
Məftun etdin məni bircə baxışla.
Yox, yox, məni demirəm ki, bağışla,
Unut məni, aldat məni, at məni.

Külək vurdu, açıq qaldı düymələr,
Xəyalıma nələr düşdü, eh nələr.
İndi daha xatirələr inləyər,
Unut məni, aldat məni, at məni.

Yox, sən yuxu deyildin ki… gerçəksən,
Çoxdan mənə dərs verəydin gərək sən.
Mən bir tufan, sən bir zərif çiçəksən,
Unut məni, aldat məni, at məni.

Hara çəkdi bir gör məni səhvlərim,
Aman Allah, kim eyləyər əfv məni?
Bu yanlışlıq məhv eylədi, məhv məni,
Unut məni, aldat məni, at məni.

Bu şeiri gözümdə yaş yazıram,
Hərfləri, bax, ayaq-baş yazıram.
Dar ağacım, asılmağa hazıram,
Unut məni, aldat məni, at məni.

O qız sevgi gəzir, məhəbbət gəzir

Gələr başınıza, heç qınamayın,
O qız sevgi gəzir, məhəbbət gəzir.
Pəcmürdə halını üzrlü sayın,
O qız sevgi gəzir, məhəbbət gəzir.

Açıb qönçə kimi ləçəklənibdir,
O qızın ürəyi çiçəklənibdir.
Elə gözəlləşib, göyçəklənibdir…
O qız sevgi gəzir, məhəbbət gəzir.

Qızlar bulağından içib təzəcə,
Eşqin dərgahından keçib təzəcə.
O qız nə vaxtacan belə gəzəcək?
O qız sevgi gəzir, məhəbbət gəzir.

Məhəbbət tufanı əsir başında,
Sevgi yaşındadır, Leyli yaşında.
Vallah, dilə gələr bağrı daşın da,
O qız sevgi gəzir, məhəbbət gəzir.

Eşq hopub üzünün naxışlarına,
Görərsiz baxçanız baxışlarına.
Bürünüb məhəbbət yağışlarına,
O qız sevgi gəzir, məhəbbət gəzir.

Gözləri yol çəkir, qulağı səsdə,
Baxar oğrun-oğrun, gəzər ahəstə.
Siz ey ürəyində eşq olan kəslər,
O qız sevgi gəzir, məhəbbət gəzir.

Çiçəyi çırtlayıb, sevgisi açıb,
O qız işıq saçır, o qız od saçır.
O qızın yuxusu gözündən qaçıb,
O qız sevgi gəzir, məhəbbət gəzir.

Nə vaxtdır özündə, sözündə deyil,
Dünyanın mal-mülkü gözündə deyil.
Dəyişib maraqlar, dəyişib meyil,
O qız sevgi gəzir, məhəbbət gəzir.

Qəlbini açar o, torpağa, daşa,
Həyası qoymayır həddini aşa.
Xəyalı doğrulub gəlməz ki başa…
O qız sevgi gəzir, məhəbbət gəzir.

Laqeyd baxışlardan bir az solubdur,
Varlığı sevgiylə, eşqlə dolubdur.
Oğlanlar, gözünüz kormu olubdur?
O qız sevgi gəzir, məhəbbət gəzir.

Əlizadə Nuri

BİR BAĞIN ÜÇ GÜLÜ


Əlizadə Nuri 1962-ci ildə Cəlilabad rayonunun Adnalı kəndində doğulub. 1983-1988-ci illərdə ADPU-nun filologiya fakültəsində ali təhsil alıb. Şeirləri dövrü mətbuatda ardıcıl olaraq dərc olunur. Səkkiz kitab müəllifidir. hal-hazırda Cəlilabad rayonu Adnalı kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.

Bahar sevgi kimi gəlib dünyaya

Biz belə dəyişdik, ya o göy üzü -
Göydəki baharı görə bilmirik.
Eyni göy üzünə baxırıq, ancaq
Eyni ulduzları görə bilmirik.

Hər çiçək bir azca sevgidi elə,
Bahar sevgi kimi gəlib dünyaya.
Üstündə körpələr oynasın deyə,
Tanrı bu çəməni sərib dünyaya…

Havalar isinir, biz soyuyuruq,
Bəlkə bu baharla biz də tək gedək.
Ya öz könlümüzü verək bahara,
Ya da bu baharın evindən gedək…

Bu susuz dəryada bir mən, bir qayıq

Kədərim yaş olub gözümdə yandı,
İndi hara töküm bu qaynar suyu?
Könlümün qanına qarışıb bu su, -
Bu kədər suyudu, yoxsa nar suyu?

Bu sevda ağlayır, bax, bu Qan-suda,
Neçə bəy boğulub, ah, o Xan suda.
Səni soraqlayır bu axan “su” da
Gəl “bulaq” üstünə, gəl apar suyu.

Bu sular gəmini yuyub aparır,
Hələ ki, qəmini yuyub aparır, -
Yaxşı ki, bu çayın hələ var suyu…

Sevənlər mürgülü, sevgilər ayıq,
Biz bir-birimizə belə arxayıq…
…Bu susuz dəryada bir mən, mən qayıq,
Kim bizə gətirər bir avar suyu?!

Yoxdusa

Hər nəğməyə qucaq açmaz göy üzü,
Bir sözünün yüz məcaza yoxdusa,
Son hecası əsr düşüb “Vətən”in, -
“Vətən” olmur bir hecası yoxdusa…

Əlim hər gün oynayırdı ələmnən…
Bir ləl tapıb böldüm onu Lələmnən.
…O, özünü bir gün vurdu qələmnən, -
Neynəyəydi tapançası yoxdusa?!

Məndən ağır bu minnəti, neynirəm?
Əl yandıran əmanəti neynirəm?
…Dünya boyda imarəti neynirəm -
Sənə baxan bir bacası yoxdusa…

Sevgi


…İndi bildim SEVGİ nədir? -
Sevmək - eyni yastığa yox,
EYNİ SÖZƏ baş qoymaqdı.
Sevmək-səhra içində də
Cərəyana qoşulmaqdı…

Əqrəb dayananda da, saat getdiyi kimi,
Ürək dayansa da, vurur sevgisi…

...Sevgi!
Biz sənin varisinik, -
Səndən qalan ən böyük MİRAS xatirələrdi.
Sən göydən gəlmisən,
ancaq
Həm də mənim göyə açılmış əllərimsən.
…Bax, o göydələn də elə durub ki,
Sanki göy üzünü öpmək istəyir…

SEVGİ
Mən sənsiz
İçində bayquşlar ulayan bir xarabayam.
Aynası qırılmış AYAM…
…Sənsiz - təkadamlıq XORAM,
Sənsiz doğma elimdə də qürbət nəğmələri
oxuyaram…
SEVGİ - sən əbədi yol yoldaşısan, -
Nə olsun ki, bu dünyadan hamı əliboş gedir
Hər kəs ürəyində SƏNİ aparır…

Çiçəklər boy atır ay işığına…

Çiçəklər boy atır Ay işığına,
Sevdalı ulduzlar göydən tökülür.
Tanrı biçir göydə bulud zəmini, -
Bahar yağışları dən-dən tökülür.

Gecəni məst edib şehli çiçəklər, -
Şeh deyil, gül üstə ətirdi, yoxsa?
Qaranquş gözümə yorğun görünür, -
Yazı dimdiyində gətirdi yoxsa?!

Günəş xumar-xumar əridir qarı,
Quşlar nəğmə-nəğmə dindirir yazı.
Çaylar da tələsir dənizə sarı, -
Qaçır ki, dənizi muştuluqlasın…

Hüseyn Məmmədov,
“Bütöv Azərbaycan” qəzeti


Paylaş



Bölmə: Ədəbiyyat, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!