"Demirəm, qızıldan saray tikdirsin...." - ŞEİR .....                        "Darıxmışam" - Təranə Məmmədzadədən yeni şeir .....                        Daha bir layihənin icrası yekunlaşıb .....                        Həmin dünya .....                        Azadlıq carçısı .....                        “1918-ci il hadisələri – UNUDULMAYAN TARİX” sənədli filminin təqdimatı olacaq .....                        “Serj Sarqsyanla 5 rayonun qaytarılması haqda razılıq əldə olunmuşdu, Paşinyan onu ləğv etdi” - Aleksandr Dugin .....                        "Tabutu kəm Azərbaycan elmi" .....                        Mərkəzi Elmi Kitabxanadan mediaya mesaj .....                       
Tarix : 2-03-2018, 11:14
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə ləyaqətsiz faşist Ermənistan silahlı birləşmələri və Rusiyanın Xankəndində yerləşən 366-cı motoatıcı alayı Azərbaycanın qədim şəhəri olan Xocalı şəhərinə hücum etdilər. Həmin gecə Xocalı şəhəri işğal olundu. Azərbaycanlılara qarşı etnik soyqırım törədildi. Bu soyqırım mütəşəkkil formada həyata keçirildi. Həmin gecə Xocalıda tarixdə görünməmiş soyqırımda 63 uşaq, 106 qadın, 70 qoca olmaqla 613 nəfər Xocalı sakini vəhşicəsinə qətlə yetirildi. Bu soyqırımda ən dəhşətlisi isə 8 ailə tamamilə məhv edilmiş, 25 uşağın hər iki valideyni, 130 uşağın isə ya atası, ya da anası öldürülmüşdür. 487 nəfər güllə yarası almışdı ki, bunun da 76 nəfəri kiçik yaşlı uşaqlardı. Biz orta məktəbdə tarixdən oxumuşduq ki, 1941-1945-ci il Böyük Vətən müharibəsində faşist Almaniyası işğal etdiyi məkanlarda uşağa, qadına, qocaya toxunmayıb. Ancaq yaramaz erməni daşnakları nə uşağa, nə qadına, nə də ki, qocaya rəhm etmədi.

1300 nəfərdən çox Xocalı sakini erməni daşnaklar tərəfindən əsir götürülmüşdür. Əsir götürülən girovlardan 160 nəfərdən çoxunun bu günə kimi taleyi barədə heç bir məlumat yoxdu. Həmin 160 nəfərlik girovdan 70 nəfərdən çoxu qadın, 30 nəfərə qədəri kiçik yaşlı uşaqlar olmaqla bu girovların taleyi haqqında heç bir məlumat verilməyib.
Azərbaycanda Xocalı soyqırımını ilk dəfə yaddaşa köçürən, o dəhşətli gecənin ağrı-acısını yaşayan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev olmuşdur. Xocalının müdafiəsi zamanı Azərbaycanın könüllülərdən ibarət olan ordusu son nəfəslərinədək döyüşmüşdü. Onlardan 7 nəfəri ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü. Onlar Əsgər Novruzov, Əlif Hacıyev, Allahverdi Bağırov, Tofiq Hüseynov, Adil Quliyev, İnqilab İsmayılov və Füzuli Rüstəmovdur.
Xocalının müdafiəsi zamanı döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi. Amma heç bir döyüşçü bu döyüşdə geri çəkilməmişdi, axıra qədər qəhrəmancasına döyüşmüşdü. Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsi idi. Bu faciəni hər il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları başda olmaqla bütün dövlət nümayəndələri tərəfindən yüksək səviyyədə qeyd olunur. Xocalı soyqırımı abidəsi önündə onların əziz xatirəsi yad edilir.
Xocalı soyqırımı haqqında şair və yazıçılarımız olduqca dəyərli şeir və nəsr əsərləri yazıb və yazırlar. Onların əsərlərini oxuyanda elə bilirsən ki, həmin gecəni onlar özləri yaşayıb. Sərdar Zeynalın “Xocalı”, İlhamə Namazovanın “Xocalı, ay Xocalı!”, Daşqın Gülməmmədovun “Xocalı ağrısı”, İlahə Əliyevanın “Xocalı yası” və Rahilə Qaralovanın Xocalı haqqında, Şəhidlər haqqında yazdığı şeirlər bu qəbildəndir.
Rahilə Qaralovanın “Xocalı”, “Şəhid anası”, “Ağlama anam”, “Xocalını unutmayaq” və s. şeirlərini Xocalı soyqırımının ildönümü münasibəti ilə oxuculara çatdırmağı özümə borc bildim.
Xocalı

O gecə ağlayan kaman dinlədim,
Göylərə yalvaran aman dinlədim,
O orda, mən burda yanıb inlədim,
Ruhum dolandığı candı, Xocalı,
O gecə alışdı, yandı Xocalı.

Səsləndi aramsız topların səsi,
Allaha çatmadı insan naləsi,
Öldü qocaları, yandı körpəsi,
Torpağın suvaran qandı, Xocalı,
O gecə alışdı, yandı Xocalı.

Güllələr göylərdə alov saçırdı,
Ölümə durmadan yollar açırdı,
Kimi yıxılırdı, kimi qaçırdı,
İlk dəfə ölümü andı Xocalı,
O gecə alışdı, yandı Xocalı.

Çoxun şaxta vurdu, yollarda dondu,
Qırılan bir deyil, beş deyil, ondu,
Sanki qiyamətdi, elə bil sondu,
Özünü tək, yalqız sandı Xocalı,
O gecə alışdı, yandı Xocalı.

Haraydan çoxunun səsi də batdı,
Eşidən kim oldu, kim haya çatdı?
Gəlinlər özünü qayadan atdı,
Bunu nicad yolu sandı, Xocalı,
O gecə alışdı, yandı Xocalı.
ŞƏhid anası

Vətənin dar günü önə atılan,
İntiqam hissilə oda qatılan,
Qan töküb, can verib, yanıb çatılan
Ölümün üzünə gülən, anası!
Məğrur ol, ağlama Şəhid anası!

Sən Təbriz, Mübariz anasısan bil,
Dözümlə Vətənə yanasısan bil,
Dərdini, düşməndən danasısan bil,
Qüruru göylərə dəyən, anası!
Məğrur ol, ağlama Şəhid anası!

Bu döyüş yoludu, yanıb, vay demə!
Oğluna, qızına qayıt hay demə!
Nə üçün gedirsən balam, tay demə?!
Bayraqdan libası geyən anası!
Məğrur ol, ağlama Şəhid anası!

Qaralmış göylərdən bulud çəkilir,
Torpağa şəhidin qanı tökülür,
Minlərlə düşmənin beli bükülür,
Ey Vətən torpağın sevən anası!
Məğrur ol, ağlama Şəhid anası!

Hər evin başına bayraq taxılmaz,
Hər ada şəhidlik adı asılmaz,
Hər kəsə bu qədər uca baxılmaz,
Sən düşmən qəddini əyən anası!
Məğrur ol, ağlama Şəhid anası!

Tezliklə şad xəbər gələr, bilərsən,
Qələbə sevinci alıb, gülərsən,
Gözündən qurumaz yaşı silərsən,
Nisgili qəlbindən silən anası!
Məğrur ol, ağlama Şəhid anası!

Rahilə, Vətəndən bil ki, pay olmaz,
İgid anasının gözləri dolmaz,
Nahaq qan heç zaman o yerdə qalmaz,
Sən torpaq qədrini bilən anası!
Məğrur ol, ağlama Şəhid anası!

Ağlama anam

Düşmənə biz gəldik hədə,
Çaldıq bir ilkin qələbə,
Oğlun geri gəlməsə də,
Ağlama, anam, ağlama!

Qarabağın bağrı qara,
Çarpaz yanan qəlbi yara,
Oğullardı ona çara,
Ağlama, anam, ağlama!

Gözlərinə çöküb duman,
Düşmənlərə vermə aman,
Son ümidə çoxdu güman,
Ağlama, anam, ağlama!

Gəl bürünmə qara dona,
Son qoyacaq bu hicrana,
Qovuşacaq oğul, ana,
Ağlama, anam, ağlama!

Payız keçib qış gələcək,
Qələbəmiz tuş gələcək,
Ağ göyərçin quş gələcək,
Ağlama, anam, ağlama!

Xocalını unutmayaq

Od qalandı, oda düşdü,
Yaddan çıxdı, yada düşdü,
Taleyinə qada düşdü,
Allah, buna nə ad qoyaq?
Xocalını unutmayaq.

Bir tarixdir qədim şəhər,
Olmuşdu o nurlu səhər,
Dərdə düşdü, boğdu qəhər,
Allah, buna nə ad qoyaq?
Xocalını unutmayaq.

Unutmayaq o yerləri,
Nər biləkli igidləri,
Nakam ölən şəhidləri,
Allah, buna nə ad qoyaq?
Xocalını unutmayaq.

Dağ üstünə gəldi dağı,
Rəhm etmədi azğın yağı,
Güllələdi hər uşağı,
Allah, buna nə ad qoyaq?
Xocalını unutmayaq.

Zülm elədi azğın düşmən,
O dəhşəti görən gündən
Rahiləyəm, dözmürəm mən,
Allah, buna nə ad qoyaq?
Xocalını unutmayaq.

GedƏk Qarabağa

Gül-çiçəkdən çələng hörək,
Yollara xalı sərək,
Bağçalardan barı dərək,
O zirvəsi qarlı dağa,
Durun gedək Qarabağa.

Xarıbülbül pişvazına,
Bülbüllərin avazına,
Aşıqların tar-sazına,
Boylanmayaq sola, sağa,
Durun gedək Qarabağa.

Həyacandan üzülək biz,
Cıdır düzə düzülək biz,
Bulaqlardan süzülək biz,
Dolanaq o bağça, bağa,
Durun gedək Qarabağa.

Gecikdik biz, keçir zaman,
Səbirsizəm inan yaman,
Düşmənə verməyək aman,
Göydən üstə güllə yağa,
Durun gedək Qarabağa.

Rahilə, at qəm daşını,
Qurut gözünün yaşını,
Qaldırıb dik tut başını,
Qayıdaq biz o xoş çağa,
Durun gedək Qarabağa.

XOCALI DƏRDİ

Hüseyn Məmmədov,
"Bütöv Azərbaycan" qəzeti


Paylaş



Bölmə: Ədəbiyyat
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!