Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                       
Tarix : 20-04-2018, 06:10
Şeirlərim yaşadır məni

Cavanşir Əsgər 22 noyabr 1961-ci ildə Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub. 1969-cu ildə Qırmızıkənd kəndində orta məktəbə daxil olaraq 1979-cu ildə orta məktəbi bitirib. Həmin il sənədlərini Azərbaycan Neft-Kimya İnstitutunun (indiki Neft Akademiyasının) Kimya-texnologiya fakültəsinə verib və ora daxil olub. 1984-cü ildə ali məktəbi bitirərək təyinatla Neftçala rayonunda yerləşən Yod-brom zavoduna gənc mütəxəssis kimi işə göndərilib. Bir müddət burada işləyəndən sonra Ramana qəsəbəsində yerləşən Bakı Yod zavoduna dəvət edilib. Uzun müddət burada çalışıb. Son bir neçə ildir ki, Xırdalan şəhər bələdiyyəsində işləyir.
Cavanşir Əsgər haqqında qəzetimizin əvvəlki sayında “Vəfalı dost, nəğməkar şair” başlıqlı yazımda ətraflı məlumat vermişdim.
Bəli, yanılmamışam, Cavanşir müəllim həqiqətən gözəl insan, sadiq dostdur.
Bu sözləri yazanda qocaman jurnalist, şair-publisist, gözəl insan, dəyərli dost, el ağsaqqalı İdris Hacızadənin dost haqqında yazdığı bu bəndi yadıma düşdü:

“Vəfalı dost ünvanımdı, adımdı,
Şirin-şəkərimdi, ağız dadımdı.
Ürəyimdə atəşimdi, odumdu,
Əsl dosta canı qurban verərlər”.

Cavanşir müəllim də həmin dostlardandır ki, vaxtaşırı telefon açır, dərdləşirik yazdığı şeirlər haqqında fikrimi öyrənir, fikir mübadiləsi edirik. Cavanşir müəllimin son iki-üç ayda yazdığı şeirləri dəyərli oxucularımıza çatdırmağı özümə borc bilirəm.


Qaçır

Bilmirəm dəliyəm, nəyəm,
Hamı bir az məndən qaçır.
Tabutda ölüyəm, nəyəm,
Hamı bir az məndən qaçır.

Ay da gedir, gün də gedir,
Arxadakı öndə gedir,
Sönsə, kütə kündə gedir,
Hamı bir az məndən qaçır…

Qaçır bulud, qaçır külək,
Durum bir az şəklimi çək,
Sinəmdə dayanmır ürək,
Hamı bir az məndən qaçır.

Hər şey saxta, hər şey yarı,
Sənsən, Mənəm, bir də Tanrı.
Əcəl gəlir mənə sarı…
Hamı bir az məndən qaçır.

Kimi

Boz kölgəmi axtarıram zülmət içində,
Könlüm gəzib, xəyalım arayan kimi…
Heç bilmədim mənmi keçdim, zamanmı keçdi?!
Gördüyümü kipriklərim dalayan kimi…

Hər sevincin əldən uçan bir quş kimidir,
Mənə qalan içimdəki, qəmim olacaq.
Körpü oldum, gözlərimdən keçib getdilər,
Həsrətini məndə tapan mənim olacaq.

Asılmışam bir nəfəslik ipin ucundan,
Yaşayıram həsrət-həsrət olub keçəni.
Bu dünyayla o dünyanın yol ayrıcında,
Şeytan günah gözləyəcək, mən isə səni.

Çıxasan

Atıb özünü içinə,
Qanına batıb çıxasan.
Bu dünyanın yaxası dar,
Cismini yırtıb çıxasan.

Hər oyuna dözdün elə,
Sözdən ağır sözdü elə,
Fələk ovçu, könlün tələ,
Düşdünsə, çətin çıxasan.

Adamlar

Maskalanıb küçələrə çıxdılar,
Üzü yalan, içi talan adamlar.
Torpağı da qarış-qarış böldülər,
Sən yaradan, göydən gələn adamlar.

Dünyaya gəldilər, sevdi bu dünya,
Böyüdü, gördü ki, divdi bu dünya.
Kirayə qaldığı evdi bu dünya,
Ağlayır, üzümə gülən adamlar…

Özünü dağlayan dağlardan aşır,
İçindən qaynayıb, gözündən daşır.
Cəlladı çox olar əyilən başın…
Doğrayan - adamlar, ölən - adamlar…

Əvvəl də körpüdü, son da körpüdü,
Həsərt - işığıdı, zülmət - yüküdü,
Ömür aralıqda kibrit çöpüdü,
Tökülür torpağa sönən adamlar…

***
Bir az işıq verin,
bir azca hava…
Yanğımı azaltmaz
sel, sular mənim…
Sıxın buludları dodaqlarıma…
Boğuluram.
Dikin gözünüzü
qaranlıqlara…
Doldurun camlara
qəm qədəh-qədəh,
Çəkin gecələri
gündüzə tərəf.

Xəyallar dolandı,
gerçəklər sonsuz
İtirmək adətim,
ümidlər cansız…
Sənsizlik imkansız…
Sən də imkansız…
Boğuluram.

Sənsizlikdən boğuluram,
Sənsizlikdən boğuluram.…

Yıxılır

Yıxılırıq hər gün bir az,
üstümüzə qəm yıxılır.
Əyri gedənlər düz gəzir,
düzdə düz gedən yıxılır.

Yollar daşlı, yollar qat-qat,
bir oyundu bu toy, büsat.
Uşaqlar hər gün, hər saat,
böyüklər birdən yıxılır.

Gecələrim qara çuxam,
bir əlimdi, bir də yaxam.
Zirvəyə göylərdən baxan,
ətəyə göydən yıxılır.

Sənsiz

Gün altda qurumuş palçıqdı,
Nəymə gərəkdi Yer sənsiz.
Sənsizlik bir tənha adadı,
Dərdləri oynadır yel sənsiz.

Saplağı üstündə gül əsir,
Yanağa tökülmüş tel əsir,
Göz düşür işıqdan, əl əsir,
Uzanır, uzanır yol sənsiz.

Göz gözü ovsunlar, aldadar,
Göz gözü ovsunlar, anladar,
Göz gözü ovsunlar, ağladar,
Bulanıb, durulmur göl sənsiz.

Gecələr əynimə kürk olub,
Təklənən təklənib tək olub,
Həsrətin ruhuma yük olub,
Gör nələr çəkirəm, gör, sənsiz.

Şeirlərim yaşadır məni

Hüseyn Məmmədov


Paylaş



Bölmə: Ədəbiyyat
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!