Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                       
Tarix : 12-07-2017, 16:03
İnsan bəzən baxar, dəfələrlə, dönə - dönə. Bəzən də görər, sakitcə, xısın - xısın, daha az. Ancaq min dəfə baxan göz, bir dəfə görən göz qədər dərk etməz, çünki görmək ürək işidir. Deyirlər, baxmaq gözün hərəkəti, görmək isə bir şüur fəaliyyətidir. Lakin bu, yalnız şüur, ağıl fəaliyyəti, gördüklərimizi dərk edib qavramaq, qərara gəlmək fəaliyyəti deyil, həm də şüurun ürəklə bərabər "yola çıxmasıdır". Bu yolda addım atan hər "döyüntü" səni gördüyünə - ONA aparar... O yolun başında elə hey dayanarsan, çəkilməzsən kənara, bəlkə o da səni görər deyə. Ancaq dalana dirənən arzuların hər şeyi görməzdən gələr; onun kimi. Çünki o, görməz səni, hayanda durmağından asılı olmayaraq görməz, çünki o, sadəcə baxanlardanmış...

"İndi gözlərinin qabağındayam,
Hayanda durum ki, görəsən məni?"

Butov.az - ın bu günkü şeir qonağı dramaturq, xalq şairi Nəriman Həsənzadədir.

"İndi gözlərinin qabağındayam, Hayanda durum ki, görəsən məni?" - Nəriman Həsənzadə


Nə qəribədir...

Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam.
İpək saçlarını bir vaxt oxşayan
Elə bil hardasa mən olmamışam.

Səni dostlarımla, tanışlarımla,
Mən tanış edərdim nə vaxtsa bir-bir.
İndi özgələri, yad ehtiramla,
Deyirlər tanış ol, nə qəribədir?!

Yuxuda görərdin nə vaxtsa hər dəm,
Yolumu gözlərdin yollardan uzaq.
Mən sənin yuxundan çıxıb gəlmişəm,
Bu da bir yuxudur, gəl tanış olaq.

Qoluna girərdim, bu, yadındadır?
Gedərdik, yolumuz, arzumuz şərik.
Qolum qollarının lap yanındadır,
Toxunsa, biz indi üzr istəyirik.

Hayanda oldumsa səhər, ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam,
Hayanda durum ki, görəsən məni?

Nəriman Həsənzadə


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!