Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                        Tofiq Yaqublunun oğlu veteran vəsiqəsi aldı - FOTO .....                        Sabiq nazirin oğlu dindirildi .....                        Dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqləndi .....                        İcra başçısının qardaşı oğluna hökm oxundu .....                        Avtobusların rənglərinə dair tələb müəyyənləşdi .....                        Latviyanın XİN başçısı istefa verəcəyini açıqladı .....                        Paytaxtda ucuz avtomobillər bu tarixdə satışa çıxarılacaq .....                       
Tarix : 16-08-2017, 12:22
Bu gün Bəxtiyar Vahabzadənin günüdür


Bu gün Xalq Şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 92-ci ili tamam olur. O, Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarındandır.

Uzun illər Bakı Dövlət Universitetinin professoru kimi Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasına töhfələr verib. 1951-ci ildə “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik, 1964-cü ildə isə “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda monoqrafiyasını müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsini alıb. O, 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Yetmişdən çox şeir kitabı yazan B. Vahabzadə 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir.

İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Hara gedir bu dünya?”, “Fəryad”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” və “Özümüzü kəsən qılınc” kimi lirik-psixoloji pyesləri hələ də öz aktuallığını saxlayır.

Şair 2009-cu il fevralın 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.

"Ağ saçlar, qara saçlar”


Saçlarıma dən düşür, dən düşür, yaman düşür,
Hər baxanda anamın, ürəyinə qəm düşür.
Bu ağ saçlar, ay ana, səni dərdə salmasın,
Saçımın ağlığından qanın heç qaralmasın!

Alışıram gecələr, masa arxasında mən,
Saçlarım da ağarır, qəlbiminatəşindən.
Sən demə ki balamın bəlkə gizli dərdi var,
Vaxtsız ağaran saçın özgə bir aləmi var.

Ölüm belə qəm deyil bu həyatı duyana,
Mən bu ağ saçlarımla öyünürəm, ay ana!
Qara, şəvə saçları təbiət vermiş mənə,
Mən güvənə bilmərəm onun bu töfhəsinə.
Zəhməti həyatımın ilk bəzəyi sanmışam,
Ağ saçları həyatda mən özüm qazanmışam.

Butov.az


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!