İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
Tarix : 26-08-2017, 13:36
             Səfil `


Hadisələrin başqa cür gedişatında mən kim ola bilərdim? Müəllim? Hakim? İndi bu haqda fikir yürütmək çətindir, bəlkə də heç lazım deyil. Hər şey geridə qalıb. Yekun pərdə. Mən qabaqcadan alnıma yazıldığı kimi bir insan oldum, Fransız ordusunun zabitindən Fransa İmperatoruna qədər yol keçdim. Daha nə arzulaya bilərəm ki? Allah mənə heç bir şeyə dəyişməyəcəyim gözəl bir həyat bəxş edib. Bəzən baş verən hər şeyi xatırlamaq çətin olur, çoxlarının qələbə qazanmağın, ölkəni dəyişməyin və fransız xalqına özünə inamı geri gətirməyin, özlərini royalist adlandıran tulaları ilə birlikdə prussiyalıların, avstriyalıların və ingilislərin ağzını yummağın mümkün hesab etmədikləri döyüşləri. Hər şey var idi: yaxşı və pis, qələbə və məğlubiyyət, sadiqlik və xəyanət, sürgün və qayıtmalar. Mən Fransanı yerdən ayağa qaldırdım, özündən razı avstriyalı və prussiyalıları yerə sərdim, heç kim inanmırdı, lakin mən Fironların Torpağını (Misiri) fəth etməyi və Rusiyanı ram etməyi bacardım. Mənim çoxlu düşmənim var idi, lakin mənə bərabər ola biləcək heç kim yox idi. Heç nə və heç kim məni, Napoleonu – Fransanın qüdrətli İmperatorunu sındıra bilmədi. Sürgündə ikən mən çox şey barəsində düşünürəm. Yada salıram, baş verən hər şeyi təhlil edirəm. Həyatlarının sonuna qədər mənə sadiq olan itirdiyim insanları, avstriyalılara məxsus körpüdən uğursuz keçid zamanı güllədən məni qorumaqla öz həyatını qurban verən Müronu (İtaliyadakı hərbi kampaniya). Marşal Lann – şərəfli insan və mərdlik etalonu, hər şeyi olduğu kimi mənə deyə bilən nadir insanlardan biri. Ölüm ayağında can verərkən o mənə müharibəni dayandırmağı, sülh bağlamağı, hərtərəfli düşünməyi vəsiyyət etdi – bu, 1809-cu il 22 mayda Esslinqdəki döyüşdə həlak olmuş Fransa Marşalı Lannın son sözləri idi. Mən bu günə qədər məndən üz döndərməyənlərin hamısını xatırlayır və sevirəm: həmişə yanımda olan və hətta bütün qardaş və bacılarım xəyanət etdiklərində belə məndən uzaqlaşmayan anamı və bütün küsülüklərə və anlaşmazlıqlara baxmayaraq, hətta boşanmadan sonra da məndən üz döndərməyən Jozefinanı. Biz heç nəyə baxmayaraq əlaqə saxlayırdıq. Müqəddəs Yelena adası özlüyündə həyatımda baş verən bütün şeyləri xatırlamaqda mənə kömək edirdi. Onun dünyadan təcrid olması mənə özümü xatırladırdı, o da mənim kimi tək idi. Təcrid olunmuş. Baxmayaraq ki, mən diqqət mərkəzində idim, tənhalıq hissi məni təqib edirdi, mən hamı kimi deyildim və özüm bunu başa düşürdüm. Bəlkə də bu, geriyə baxmadan irəli getmək üçün mənə güc verirdi. Adanın yüksək sərv ağacları mənə çatdığım zirvələri xatırladırdı. Dalğaların vurduğu bu qayaların gözəlliklərindən zövq alarkən, mən qeyri-ixtiyari olaraq uğurla başa çatacağına heç kimin inanmadığı həlledici döyüşləri və hərbi kampaniyaları xatırlayırdım. Bunlar başqaları üçün əlçatmaz idi, lakin mənim üçün yox: Tulon döyüşü (1793-cü il) – mənim birinci zəfərim, tarixçilər tərəfindən «altı günə altı qələbə» adlandırdıqları İtaliyadakı hərbi kampaniya (1796-cı il), Misirdəki hərbi kampaniya (1798-ci il), Austerlis döyüşü (1805-ci il) və Fridland döyüşü (1807-ci il), bu döyüşlərdən sonra artıq heç kimdə mənim Rusiyanın öhdəsindən gələ biləcəyimə şübhə qalmadı. Tilzit sülh sazişinin imzalanmasından sonra mənim Rusiya ilə döyüşməyimə ehtiyac var idimi? Mən və I Aleksandrın ortaq tərəfləri var idi, biz birlikdə çox şeyə nail ola bilərdik, lakin ingilislərin fitnələri və mənim çılğın xarakterim özünü göstərdi. Lakin bu sadəcə hərbi kampaniya və yeni ərazilərin ələ keçirilməsi deyildi. Bu millətlərin, zəkaların və strateqlərin döyüşü idi. Meşə və qar səltənəti tarixdə həlledici dönüş oldu və mənə qarşı çevrilərək nəticəsi bu oldu ki, Rusiyanı od və qılıncla məğlub etmək mümkün olmayacaqdır. Yaxşı və pis şeylər barədə yada salınacaqlar var. Müqəddəs Yelena adasındakı gecələr gözəldir. Mən əvvəllər ulduzlu səmanın öz gözəlliyi və sonsuzluğu ilə belə cəzb edə biləcəyini düşünməmişdim. Aya baxdıqca mən gənc olduğum illərdəki ilk məhəbbətimi xatırlayıram. Mən onu çox sevirdim, görüşlərimizə qədər olan dəqiqələri sayırdım. Soyuq havada, qarda qapısında dayanaraq onu nə qədər gözlədiyim mənim üçün vacib deyildi, mən sadəcə onu görmək üçün hər şeyi verməyə hazır idim. Aya baxanda onun surəti gözlərimin önünə gəlir: onun simasının incə cizgiləri, işvəli təbəssümlü al dodaqları, gözlərindəki sayrışan işıqlar, mənə necə qulaq asdığı və lazım olduqda məni səmadan yerə qaytarmağı. Bu gözlər Ayın gözəlliyinə bənzəyir. Mən Misirdə ünsiyyətdə olduğum şərq müdriklərinin sözlərini xatırladım. Onlar qadın gözəlliyini Ayın işığına bənzədirdilər, bu sözləri mən heç vaxt unutmayacam, o, belə səslənirdi: «Ayın nuru», bu “Ayın işığı” demək idi. Mən onu səmimi olaraq sevirdim, lakin bizim talelərimizin qovuşması qismət olmadı. O öz ailəsi ilə birlikdə Amerikaya köçdü. Nə qədər onu tapmağa cəhd göstərsəm də, hər şey uğursuzluqla başa çatırdı. Aurel həmişəlik mənim ürəyimdə qaldı, onun adının mənası əbəs yerə qızıl deyildi. Eh… nə qədər şey baş verib. Mən heç bir şey haqda təəssüflənmirəm və Allaha təşəkkür edirəm ki, mənə bu cür yüksəlişlər və enişlər, qələbələr və məğlubiyyətlər, sevgi ilə dolu həyat bəxş edib. Nə barədəsə təəssüflənmək gec və mənasızdır. Əgər həyatı yenidən yaşamaq imkanım olsaydı, mən onu yenə də bu cür yaşayardım.

Mən hiss edirəm ki, tezliklə bu dünyanı tərk edəcəyəm. Mən bundan qorxmuram, mən layiqli yaşadım və gözəl şəkildə gedəcəyəm. Allah məni mühakimə edəcək.


Tamerlan Ələkbərov




Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!