“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 13-09-2017, 19:31
QIRXBULAQ


Hər daşında qayasında izi var

Hər gözündə nur çiləyən suyu var

Dərəsi var, təpəsi var, düzü var

Qırxbulağım, Qırxbulağım, Qırxbulaq.


Ləpirində uluların izi var

Hər daşına həkk olunmuş sözü var

Yanar ocaq , istisi var, közü var

Qırxbulağım, Qırxbulağım, Qırxbulaq.


Əyriqarım, Yastıqarım ucasan

Tariximin yaddaşında qocasan

Hər zaman da əzəmətli ucasan

Qırxbulağım, Qırxbulağım, Qırxbulaq.


Qatı duman Qaranlıqda sürünər

Ulu dağlar çən-ciskinə bürünər

Çən qarısı gizlin-gizlin görünər

Qırxbulağım, Qırxbulağım, Qırxbulaq.


Kəklik otu, qaymaq gülü, mixəyi

Saymaq olmur minbir gülü, çiçəyi

Dərdə dərman hər çiçəyi ləçəyi

Qırxbulağım, Qırxbulağım, Qırxbulaq.


Sonaların sonasıdı Qırxbulaq

El-elatın aynasıdı Qırxbulaq

Qoşakilsə yaylağıdı Qırxbulaq

Qırxbulağım, Qırxbulağım, Qırxbulaq.


Sona bulaq bulaqların gözüdü

Göy bulaq da Qırxbulağın özüdü

Borçalımız çeşməlidi, suludu

Qırxbulağım, Qırxbulağım, Qırxbulaq.


Ozanların yığnağıdı Qırxbulaq

Gözəllərin seyrangahı Qırxbulaq

Zahidin də nişangahı Qırxbulaq

Qırxbulağım, Qırxbulağım, Qırxbulaq.


Zahid Hüseynli

Bakı Dövlət Universitetinin əməkdaşı,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!