"UNUTSAQ, UNUDULARIQ!.." .....                        Latviya rus diplomatə ölkədən xaric edir .....                        Rusiyada törədilən terrorda ölənlərin sayı artdı .....                        Sabiq milli təhlükəsizlik naziri vəfat etdi .....                        Azərbaycan Ukraynaya silah tədarüküylə bağlı məlumatı təkzib edib - Zaxarova .....                        İran prezidenti HƏMAS lideriylə görüşdü .....                        Şəhid bacısı müdir vəzifəsinə təyin olundu .....                        Latviya da Rusiya ilə sərhədi bağlayır .....                        Elçin Babayev BDU-nun rektoru təyin edildi .....                       
Tarix : 2-02-2018, 09:26
QƏDİM TİFLİSİN CANLI ENSİKLOPEDİYASI
QƏDİM TİFLİSİN CANLI ENSİKLOPEDİYASI

Şəkildə Professor Asif Rüstəmli Mirzə Məmmədoğlu ilə
Əziz oxucular, bir neçə gün əvvəl professor Asif Rüstəmli Tiflisə ezam olunduğunu yazmışdı. Bu gün isə qədim Tiflisdə tanış olduğu bir soydaşımızdan söz açıb. İstədik ki, oxucularımızla bölüşək:
Onunla bir neçə gün əvvəl Tiflisdə qaldığım oteldə görüşdük. Haqqında çox eşitsəm də üzünü görməmişdim. Dostum, professor Bədirxan Əhmədli onu mənə xeyli tərifləmişdi də. Tiflisə ezamiyyətə hazırlıq ərəfəsində onunla görüşməyi də öncədən nəzərdə tutmuşdum. Budur, gələn o idi - orta boy, tökməbədən, mübariz əhval-ruhiyyəli Mirzə Məmmədoğlu... Köhnə dostlar kimi çox mehriban görüşdük. Əvvəldən məlumatım var idi ki, Mirzə müəllimin yazdığı "Qədim Tflis" kitabını tapmaq müşkül məsələdi, nadirəyə çevrilib.
Tanınmış publisist, tərcüməçi kimi fəaliyyət göstərən Mirzə müəllim bu qədim şəhəri, onun əhalisini, Azərbaycan türklərindən olan məşhur ailələrin nəsl şəcərəsini, gürcü - Azərbaycan əlaqələri tarixini mükəmməl bilir. Tflis və onun ictimai-sosial, elmi, ədəbi-mədəni mühiti ilə bağlı yazılan elmi məqalələrin, monoqrafiyaların qeyri-dəqiq məqamlarını üzər çıxaran da birinci o olur. Sənədlərlə və faktlarla işləyən, araşdırma sahəsində xüsusi səriştəsi olan Mirzə Məmmədoğlunu qədim Tiflisin canlı ensiklopediyası da adlandırmaq olar...
İlk iş günündə Arxivlər Departamentində rastlaşdığım çox ciddi problemi sözarası onunla məsləhətləşdim. Qətiyyətlə - narahat olma, o işi mən həll edərəm - dedi. Əslində isə ciddi narahatçılığa əsas var idi. Cib kitabçasını çıxarıb telefonla kimləri isə aramağa başladı. Şəhərin nüfuzlu şəxslərindən biri ilə danışdıqdan sonra bütün problemlər çözələndi...
Mirzə Məmmədoğlu Tiflisin yalnız canlı ensiklopediyası deyil, həm də böyük nüfuz sahibidir. Yaşadığımız cəmiyyətin belə insanlara ciddi ehtiyacı var. Onların qədrini bilməliyik...

Tiflis, 02.02.2018


Paylaş



Bölmə: Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!