Özündən gen düşmək .....                        Köhnəlməz tarixin əski yazısı .....                        Əməkdar artist dəfn olundu .....                        Güclü qadın , güclü şəxsiyyət , güclü alim .....                        İranın Azərbaycandakı səfiri ölkəni tərk edir .....                        Türkiyə XİN razılaşmaya dair bəyanat yaydı .....                        Əhməd Qarayev .....                        Pərnisə Qarayeva .....                        Vətən Qadın .....                       
Tarix : 1-05-2016, 22:23
Borçalı Cəmiyyəti Aşıq Hüseyn Saraclını andı


Borçalı Cəmiyyəti möhtəşəm yubiley mərasimi keçirib


Aprelin 30-də Bakının Xudafərin Şadlıq Sarayında Borçalı Cəmiyyəti tərəfindən Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Ustad Hüseyn Saraclının 100 illiyinə həsr olunmuş "Dədə Camal Məclisi" keçirilib.
Qarabağ uğrunda şəhid olanların və ADNA terroru qurbanlarının xatirəsinə bir dəqiqəlik sükutdan sonra Borçalı İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Borçalının və bütövlükdə Türk Dünyasının iftixarı Aşıq Hüseyn Saraclı şəxsiyyəti haqda açılış nitqi söyləyərək milli dəyərlərimizin qorunması yolunda "Cəmiyyət"in daim israrlı olmasına toxunub və yubiley mərasiminə qatılanlara təşəkkürünü bildirib. O, eyni zamanda Borçalı elinin tanınmış şairi Osman Əhmədoğlunun "Saz amanatı" kitabını da iştirakçılara təqdim edib.
Borçalı Cəmiyyəti Aşıq Hüseyn Saraclını andı

Tədbirin aparıcısı Salman Murğuzlu Hüseyn Saraclının həyat və yaradıcılığı haqda məlumat verdikdən sonra mərasim iştirakçılarının çıxışları başlanıb. Yubileyə qatılan tanınmış saz söz üstaları, o cümlədən Aşıq Hüseyn Saraclının şagirdi Aşıq Murad, Aşıq Tərmeyxan Borçalı, Aşıq Cahangir Quliyev, Solmaz Kosayeva, Səadət Buta, Aşıq Əşrəf, İlham Astanbəyli, Güllü Tumarova, Aşıq Fikrət, Qəzənfər Sazbənd , Aşiq Ayişənin çıxışları alqışlarla qarşılanıb. Mərasim iştirakçıları şair Abbas Abdulla, professor Telman Əliyev, tanınmış jurnalist Qiymət Məhərrəmli, Perm şəhərindən Qorxmaz Qocayev, eləcə də Anadolu, Güney Azərbaycan , Borçalı və Axıska türklərinin təmsilçiləri Babək Muğanlı, İbrahim Bürhanov, Əmirxan Babaşov, Ayxan Xələfov, Tural Qulun da çıxışlarını diqqətlə izləyiblər.

Borçalı Cəmiyyəti Aşıq Hüseyn Saraclını andı
Borçalı Cəmiyyəti Aşıq Hüseyn Saraclını andı
Tədbirdə Borçalı Cəmiyyəti tərəfindən mərasimə Almaniyadan qatılan Avropa Türk Birliyinin sözçüsü Adem Karacaya də xüsusi təşəkkür plaketi təqdim olunub. Yubiley mərasimi sənətçilərin çıxışı ilə davam edib.Tədbirin sonunda söz alan Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli iştirakçılara təşəkkür edərək Türk Dünyasına və Gürcüstana dostluq, qardaşlıq mesajlarını dilə gətirərək milli dəyərlərə sahib çıxan hər kəsi 26 iyulda Gürcüstanın Dmanisi rayonunun Armudlu yaylasına- keçiriləcək sayca 8-ci Elat Mədəniyyəti Gününə dəvət edib.

Butov.az


Paylaş



Bölmə: Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!