İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
Tarix : 23-07-2016, 19:03
Gəncliklə qocalığın sərhədində iki “beş” tutan dost

Elbəyi Cəlaloğlu


Günlərin birində qardaşımın da iştirak etdiyi kiçik bir məclisdə barəmdə söhbət düşür. Yardımlı rayonundan olan bir nəfər məni tanıdığını, mənimlə bir süfrə arxasında oturmuş olduğunu və mənim əslən Yardımlı rayonunun Deman kəndindən olduğumu söyləyir. Mübahisə əsnasında qardaşım özünü tanıdır və mənim Borçalıdan olduğumu diqqətə çatdırır. Məsələ o yerə çatır ki, qardaşım həqiqəti məclisə isbat etmək üçün mənə zəng etmək qərarına gəlir və beləliklə məsələ öz həllini tapdı. Doğrusu, bu olay məni sevindirdi. Qeyd etməliyəm ki, mənəvi qazancım hesab etdiyim həmin məsələdə barəsində söhbət açacağım dostumun əvəzsiz rolu olub. Nədən ki, dost olduğumuz vaxtdan onunla birlikdə həm Yardımlı da daxil olmaqla ölkəmizin cənub rayonlarını, həm də Borçalını qarış-qarış gəzdik. Bu səfərlərin təəssüratları mətbuat vasitəsilə zamanında yayınlandığından təkrarçılığa istiqamət almaq istəyim yoxdur, lakin bunları yazası olsam uzun bir hekayət alınar. Belə ki, onunla birlikdə Borçalıda ictimai-siyasi xadimlərlə görüşdük, məşhur sənətkarların ocağını, yaxud da özünü ziyarət etdik və bu təəssüratlar qəzetlərdə öz əksini tapdı. Eynilə də Yardımlının, Lerikin, Masallının, Lənkəranın, Astaranın mənzərəli təbiətini, tarixi abidələrini, qədim ocaq yerlərini, sıx meşələrini seyr etdik, saysız-hesabsız bulaqların suyundan içdik. Onu da deyim ki, əsas dayanacaq yerimiz dostumun Yardımlı rayonunun Şiləvəngə kəndində olan ata ocağı idi. Hər gedişimdə kənd ziyalıları başımıza toplaşar, əsasən tarixi, ədəbi fikir mübadilələri edərdik, sonra da hər zaman yanımda olan sazımı dinləməyə xüsusi vaxt ayırardılar və hətta vurğulayım ki, saz havalarından, - doydum, yoruldum, - deyən olmurdu. Bu sevgilərin müqabilində Yardımlı İcra hakimiyyətinin kənd nümayəndəsi mənim Deman kəndinə səyahətimi təşkil etdi. Həmin səyahətdən olan qeydlərim o zaman qəzetdə dərc olundu və bəlkə də ən uğurlu, ən çox oxunan məqalələrimdən birinə çevrildi. Bunun nəticəsi idi ki, sonralar Deman kəndindən olduğumu düşünənlər meydana çıxdı. Bu sevgiləri mənə qazandıran əziz dostum, sevgili qardaşım, yetkin jurnalist, bir çox maraqlı reportajları ilə yaddaşlara köçmüş, ölkənin ictimai-siyasi həyatında xüsusi yeri olan Xanoğlan Əhmədovdur.
Xanoğlan bəylə təkcə Güney Qafqaza deyil, Güney Azərbaycana da ta Əfqanıstan sərhədlərinə qədər birlikdə səyahətə çıxmışıq. Səyahət zamanı Tehranda, Behişti-Zəhrada bizi polislərin mühasirəyə almasından tutmuş, Qəzvində, Qumda, Gərmisarda, Məşhəddə və s. başımıza gələn maraqlı hadisələrin hərəsi bir məqalə mövzusudur, eyni zamanda şirin xatirələrdir. Bunları deməklə Xanoğlan bəyin şəxsən mənim həyatımın ayrılmaz bir hissəsi olduğunu demək istəyirəm. Maraqlıdır ki, özümüz kimi valideynlərimiz də öz mərhəməti, müdrikliyi, qonaqpərvərliyi, hər kəsə çatacaq sevgiləri ilə bir-birinə çox bənzəyirlər, elə ailəmiz də, övladlarımız da.
Gəncliklə qocalığın sərhədində iki “beş” tutan dost
Bu il iyulun 24-də dostum-qardaşım Xanoğlan Əhmədovun 55 yaşı tamam olacaq. Gəncliyin qocalığı, qocalığın gəncliyi olan bu gözəl yaş həddi artıq insanın özünün özünə hesabat verməsi üçün yetərlidir. Düşünürəm ki, gəncliklə qocalığın sərhədində hər əlində bir “beş” tutmuş Xanoğlan bəyin bu vaxta qədərki istərsə ictimai-siyasi, istərsə ailə, istərsə də yaradıcılıq fəaliyyətini qənaətbəxş hesab etmək olar. Çünki o, son dərəcə çalışqandır, həm də ləyaqətli vətəndaşdır. Bundan başqa, çox gözəl, məsuliyyətli ailə başçısıdır. Tərbiyəli, savadlı övladlar böyüdüb, nəvələri var.
Dostum Xanoğlan bəyi doğum günü münasibətilə cani-könüldən təbrik edir, ona buz baltası kimi can, ailə səadəti, bol ruzi, yaradıcılıq uğurları arzulayıram.


Paylaş



Bölmə: Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!