142 yaşın mübarək! .....                        Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir .....                        Atəşkəs rejimi 132 dəfə pozulub .....                        Elmlər Akademiyasının nizamnaməsində dəyişikliklər edilib .....                        Cocuq Mərcanlı telekommunikasiya xidmətləri ilə tam təmin olunub .....                        "Şah İsmayıl Xətainin heykəli götürüləcək” - Mais Ağayev .....                        Pirallahı qəsəbəsinin baş planı hazırlanıb .....                        "İndi dəyərmi, bir evə görə o gözəl qəlbini sıxmağına, Ana?!" - Elxan Şükürlü .....                        İlham Əliyev Bakının Pirallahı rayonunda “Nərəkənd” kompleksində yaradılan şəraitlə tanış olub .....                       
Tarix : 7-09-2016, 15:26
Elat bayramına mane olan “aypara” və “dolunay”ın qətiyyəti

Elbəyi Cəlaloğlu
araşdırmaçı-yazar, “Borçalı” Cəmiyyətinin mətbuat rəhbəri


İnsanı istər mental, istərsə ailə, və yaxud cəmiyyət sarıdan məyus edən neqativ cəhətlərlə hər kəsin həyatda rastlaşmış olduğunu demək olar. Bu cür məyusedici hallar təfəkkürlə bağlı olanda daha çox ağrıdıcı təsir bağışlayır. Əbülhəsən Bəhmənyar təfəkkürü “düşünmə qüvvəsi” adlandırır və mülahizəsindən belə çıxır ki, təfəkkürün yaratdığı obrazlar iхtiyari olaraq birləşdirmək və ya ayırmaq qabiliyyətinə xidmət edə bilər. Əlbəttə ki, bütün hallarda təfəkkür ayırıcılığa xidmət edirsə, demək çirkin məqsədlə yüklənib. Bunları deməkdə məqsədim nədir?
2016-cı ilin 26 iyulunda Elat bayramı keçirilmədi, daha doğrusu ona xəyanət olunduğundan baş tutmadı. Elat saf ruh daşıyıcısı olduğundan ləkəni, çirki götürməz! Elat bayramı Borçalı türklərinin milli-mənəvi-tarixi-mədəni dünyasını əhatə etsə də, əslində regionun sülh və təhlükəsizliyi ideyası üzərində cərəyan edir, eyni zamanda xalqların dostluq və qardaşlığına, millətlərin birlik və bərabərliyinə xidmət edir. Bu bayram 2009-cu ildə “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin təşəbbüsü, Cəmiyyətin fəallarının dəstəyi və İdarə Heyətinin qərarı ilə mədəni dialoq üzərində qurulub. Çünki siyasi dialoq hər zaman tərəflərin öz siyasi üstünlüyünə xidmət edib, mədəni dialoq isə əsasən qarşılıqlı inteqrasiya xarakteri daşımaqla yanaşı, həm də bəşəri ədalətin qorunması missiyasını özündə əks etdirir. Bunlara parallel olaraq millətlərin tarixi ənənələri, el adətləri, maddi-mənəvi haqları, mədəni dəyərlərinin qorunması və inkişafı bu formatın tərkib hissəsidir. Elatın gücü də məhz bu amildədir. Bəs, 2016-cı ildə “Borçalı Türklərinin Elat mədəniyyəti günü” bayramına necə və nə üçün mane oldular? Xeyli vaxtdır məni düşündürən bax, bu sualdır.
Bu düşüncələrdəykən Elata mane olmaq üçün xüsusi təşkil olunmuş şəbəkəyə nəzər yetirdim. Əvvəlcə bu maneə Bakıdan başladı. “Borçalı” Cəmiyyətində gedən proses demokratik prinsiplərə tam uyğun olduğuna görə, buna qısqanclıqla yanaşanlar onun durdurulmasına səbəb tapmadıqları üçün əvvəlki illərdə “işverənlər” dəstəsini – xüsusi “desant” qrupunu meydana atdılar. Bu dəstə də ağalarını yarıtmadı, özünü doğrultmadı. Sonra bu məsələylə bağlı Tiflisdən və Borçalıdan bəzi ağzında sözünü danışa bilməyənləri, yarı gürcücə, yarı türkcə danışaraq özünü düzəməlli tanımayanları üstümüzə qısqırtdılar. Nolar ki, insan gürcü də ola bilər, türk də. Dərd burasıdır ki, özünü nə gürcü, nə də türk kimi təqdim edə bilməyəsən, ikisinin ortasında bəşərə məlum olmayan bir dildə danışasan və qul düşüncəsilə yaşayasan. Aristotel buyurur ki, qul yaxşı adam ola bilməz, çünki hər şeydən əvvəl o, qul düşüncəsi ilə yaşayır. Nə isə, rəqiblər burada da nailiyyət əldə edə bilmədilıər. Qənaətimə görə, həmin səbəbdən Zəlimxan Məmmədlinin Gürcüstana girişinə yasaq qoyuldu. Bu da qarşı tərəf üçün bəhrə vermədi. Nəhayət, bu il Türkiyəyə də əl atdılar. Uzun sözün kəsəsi, Bakıdan Tiflisə, oradan da Qarsa və İstanbula qədər uzanan aypara şəkilində ayırıcılığa, dağıdıcılığa xidmət edən bir şəbəkə qurdular. Təəssüf doğuran da odur ki, qıraqda müxənnət axtarmadılar, onları öz içimizdə tapdılar. Görünən budur ki, əleyhimizə çalışan qüvvələr müxənnət tapmaqda əziyyət çəkmirlər, sadəcə “yem” göstərməklə ovlarını çox asan formada tuzağa sala bilirlər. “Borçalı” Cəmiyyətinə eyniadlı, qeyri-qanuni alternativ yaratmaqla, onların vasitəsilə Gürcüstan rəsmilərinə “Elat-Dmanisoba bayramı keçirək” təklifilə çıxış etməklə, yaxın, hətta tanınmış dostlarımızın əlinə “silah” verib özümüzə tuşlatdılar. Hətta “Borçalı” Cəmiyyətinin fəalı hesab etdiyimiz, şəxsiyyətinə və bu vaxta qədər cəmiyyətdə tutduğu mövqeyinə güvəndiyimiz insanı belə öz tərəflərinə çəkməyi bacardılar. Onların fitnəsinə uyan “dostlar”ımız isə akademik Ramiz Məmmədov, folklorşünas alim Elxan Məmmədli, professor Tapdıq Həsənov, Respublikanın Əməkdar memarı Ömər Qoçulu, şair-ictimaiyyətçi Mədəd Coşqun, memar Hüseyn Artıkoğlu, professor Telman Əliyev, işadamı Ramiz Həsənov, işadamı Həsən Qurbanov, şair Osman Dərviş, politoloq, doktor Zəlimxan Məmmədli, polkovnik Sabir Aşurov, polkovnik Əlləz Ovçiyev, şair Salman Murğuzlu, Eldar Məmmədli, Hüseyn Yadigarov və s. kimi neçə-neçə nəhəng kişilərin başının üstündən hoppanmağı özlərinə ar bilmədilər. Demək, düşmənlərimiz Azərbaycan mentalitetində ən zəif silahın dost əlində çox güclü göründüyünün fərqindəymişlər. Hətta bu çirkin missiyanı Türkiyədəki bəzi bizə yaxın olan təşkilat nümayəndələrinin də beyninə yeridə bildilər. Sonda isə builki bayram səhnəsində “Elat”, “Borçalı”, “Türk” sözlərini ipdal edib, şərəfsizcəsinə Türkiyə və Azərbaycan bayraqlarını səhnədən endirib, geniş miqyaslı Elat bayramını kiçik bir rayon səviyyəsinə endirərək “Dmanisoba” halına saldılar. Bu utanc gətirən işə əl qoyanların görəsən heç utanmaq xəyallarına gəlirmi??? Bir siyasi hakimiyyətin şovinistliyi, başqa bir siyasi hakimiyyətin post itirmə qorxusu, bəzi qurum və qrupların isə çirkin maddi maraqları sanki birləşdi, bununla da bu il Elat bayramının keçirilməsini mümkünsüz etdilər. Heç kimin ağlına gəlmədi ki, “Borçalı” Cəmiyyəti heç bir dövlətin daxili siyasətinə qarışmayacağını dəfələrlə bəyan edib və bu, Qeyri-hökumət təşkilatı olaraq nizamnəməmizə də uyğun deyil. Əksinə, hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləmiş, onun dövlət atributları və qanunlarına hörmətlə, sevgiylə yanaşmışıq. Maraqlı olanlardan biri də odur ki, builki bayramdan sonra Gürcüstan media orqanlarının hamısı sözləşiblərmiş kimi eyni “Dmanisoba bayramı keçirildi” deyərək, heç Elatdan, onu təşkil edənlərdən və Elatı “Dmanisoba” halına salanları baykot edənlərdən söhbət açmayıblar. Doğurdanmı bu, gürcü birlik nümunəsidir? Bəs, bizim birliyimiz niyə “zəlzələ”yə düçar olub? Qeyd edim ki, bizim içimizdə yalandan “Elat keçirildi” deyərək, özünü gürcü şovinist siyasi sistemininin buyuruq qulu kimi bəlirləyənlər də, bayraqlarımızın endirildiyi “Dmanisoba” səhnəsində çıxış edənlər və saz çalıb şeir deyənlər də tapıldı. Biz “Dmanisoba”nın əleyhinə deyilik, o, bayrama qatılmağımızdan şərəf duyarıq, amma bu, Elat bayramının əleyhinə yönəlirsə, “qazancı” tərəfimizdən “baykot” qərarıdır. Bu aypara şəkilli şəbəkə isə bilsin ki, biz Elat bayramını mütləq keçirəcəyik, özü də aypara şəkilli şəbəkə sistemində deyil, lap elə DOLUNAY kimi büsbütün!!! Qoy, tarixə mənfi obraz kimi daxil olanlar utansın!

“Borçalıdan heç bir nəfər də dilənçi çıxmamasının səbəbi nədir?”


Təxminən on il öncə yaxın bir yoldaşın verdiyi məntiqli sual uzun müddət məni düşündürdü: “Borçalıdan heç bir nəfər də dilənçi çıxmamasının səbəbi nədir?”. Zamanında adət-ənənələrlə bağlı müəyyən bilgilərimə rəğmən cavablandırsam da, bu sualın əsil cavabını sonralar, təsəvvüf elmilə tanış olarkən tapdım. Məlum oldu ki, bu məsələ birbaşa Nəqşbəndiliklə əlaqədardır. Ona görə də, bu sufi təriqətilə bağlı azacıq xatırlamalar etmək qənaətindəyəm.
Nəqşbəndi sufi təriqətinin banisi Əhməd Yəsəvi məktəbinin yetirməsi, 1318-ci ildə Buxara yaxınlığındakı Qəsri-Gündoğan yaylağınada dünyaya göz açmış Xoca Bəhaəddin Nəqşbəndi olmuşdur. O, altı il Xəlil Ataya müridlik etdikdən sonra yenidən Buxaraya qayıtmış, başına müridlər toplamışdır. Bəhaəddin ipək parça və metal üzərinə naxış salmaqla məşğul olduğuna görə “nəqşbəndi” ləqəbini almış və sonra bu ad onun yaratdığı təriqətə verilmişdir. Mövzumuzla bağlı önəmli olan odur ki, digər təriqətlərdən fərli olaraq, Nəqşbəndilikdə sədəqə, ianə yoluyla yox, işləməklə qazanmaq təqdir olunurdu. Yəni Nəqşbəndi təkkələri fəalların öz əməyindən gələn qazanc hesabına fəaliyyət göstərirdi, heç kəsdən təmənna güdülmürdü. Bu təriqət türk-müsəlman inancları sintezinə dayandığından getdikcə insanlar arasında daha çox rəğbət qazanırdı. Nəqşbəndilik təriqəti Qafqaza XVIII əsrin sonlarında daxil olmağa başladı. Bu zaman təriqət siyasiləşməyə məcbur olmuşdu. Buxaralı Şeyx Mənsur Qafqaz xalqlarını rus işğalına qarşı birləşməyə çağırdı. 1823-cü ildə Qafqazda mütəşəkkil şəkildə meydana çıxan Nəqşbəndi hərəkatının təşkilatçısı Kürdəmirli Hacı İsmayılın müridi olmuş, rusların Qafqazda mövcudluğunun şəriətə zidd olmasını əsaslandıran Molla Məhəmməd idi. Mənbələrə görə, Molla Məhəmmədin ideyalarını həyata keçirmək Şeyx Şamilə müyəssər olmuşdur. Lakin 1859-cu ildə hərəkat qan içində boğuldu.
Hacı İsmayılın yolunu davam etdirən, XIX əsr Azərbaycan şairi, əslən Laçın rayonunun Cecimli kəndindən olan Mirhəmzə Seyyid Nigari Nəqşbəndiliyi yaymaqda davam etdi. Bu inanc sistemi Hacı Mahmud Əfəndinin vasitəsilə Borçalıya da hakim oldu. Bu gün də Borçalıda Nəqşbəndiliyə riayət olunur, sufi ritualları qurulur, səma rəqsləri vasitəsilə Allah zikr olunur. Bütün bunların tarixinə varmaqda məqsədim odur ki, Borçalıda dilənçiliyin olmamasına səbəb saf türklük və Nəqşbəndilik təriqətinin qoyduğu yol – təmənnasız və daxili maddi güc hesabına, bir özgəyə güvənmədən yaşamaq, fəaliyyət göstərməkdir. Əlbəttə ki, maddi marağa və ozəl mənafelərə xidmət edən heç bir qurum uğurlara imza ata bilməz. Demək yerinə düşər ki, Nəqşbəndilikdən gələn bu ənənə “Borçalı” Cəmiyyətinin fəaliyyətində də öz əksini tapdı və hesab edirəm ki, əldə olunan uğurlar da bu mahiyyətə dayanır. Amma təəssüf edirəm ki, yuxarıda bəhs etdiyim aypara şəkilli şəbəkə sistemi Borçalı Türk kişisinin mahiyyətinə uyğun davranmadı və qəlbləri dumana büründüyündən başqa cür ola da bilməzdilər.
Ara-sıra Borçalı əsilli olmayan üzvlərimizin cəmiyyətdə fəaliyyət göstərməsini irad tutanlar da oldu. Bunu deyənlərin düşüncəsinə uyğun söyləsək, məgər Borçalıda gəlmə yoxdur və guya sizlər onları tanımırsız? Axı, yeri gəldi-gəlmədi “Borçalı” adından istifadə edib özünü “vətənpərvər”, “təəssübkeş” göstərənlər, bu adı ifadə edərkən ağzına çullu dovşan sığmayanlar elə onlar deyilmi? Hələ mən Gürcüstanda builki parlamentə seçkilər ərəfəsində təxminən 15 nəfər yerli türk namizədləri qoyub, üstəlik onların eyni seçki dairəsində bir-birinə rəqib qoyulduqları bir vaxtda məlumatıma görə, maddi təminat qarşılığında erməni əsilli namizədi dəstəkləyən, bununla da özünü “ziyalı” hesab edən “eloğlularımız”dan söhbət açmqala, qələmimi çirkləndirmək marağında da deyiləm. Eləcə də, yetimxanaları, uşaq evlərini unudub, heç bir qaçqını-köçkünü olmayan Borçalı kəndlərində sünnət mərasimi keçirərək ciblərini doldurmaqla məşğul olan qrupları da həmin siyahıya qatıram. Sonda isə xatırlatmaq istəyirəm ki, Borçalı insanı öz cibinə baxır, yalnız özünə və Allaha güvənir, övladlarının kiçik və böyük toyunu eləməyi isə valideynin şərəf və ləyaqət borcu hesab edir. Ona görə də, onların mənəvi dünyasını alverə çəkmək ən böyük günahdır.

Bakı, 06 sentyabr 2016-cı il






Bölmə: Borçalı, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!